Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8435/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3857,48 manat əsas, 3,43 manat faiz borcu olmaqla, cəmi 3860,91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 58,61 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Salmanov Fərid Əli oğlu arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 105804-528937/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16% dərəcəsi ilə 4000 manat məbləğində krеdit vеrilmişdir. Salmanov Fərid Əli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Salmanov Fərid Əli oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Salmanov Fərid Əli oğluna dair Bakı şəhəri 6 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 6 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, Salmanov Fərid Əli oğlunun vərəsəsi kimi Cavabdeh, Salmanov Əli Fərid oğlu və X1 tanınmış və bu barədə xx.xx.2021 və xx.xx.2024-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən cavabdehlər miras əmlakdan pay almışlar. Bundan sonra Salmanov Fərid Əli oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 06 oktyabr 2025-ci il tarixinə kredit müqaviləsi üzrə 3857,48 manat əsas borc və 3,43 manat faiz borcu olmaqla, cəmi 3860,91 manat məbləğində kredit bоrcu yaranmışdır. Tərəflərin mövqeləri: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı ASC ilə Salmanov Fərid Əli oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 105804-528937/2 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Salmanov Fərid Əli oğluna illik 16% dərəcəsi ilə, 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən xx.xx.2021-ci il tarixli 105804-528937/2 saylı kredit müqaviləsi üzrə aylıq ödəniş 195,85 manat təşkil edir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 185795 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov Fərid Əli oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-750 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov Fərid Əli oğlunun vərəsələri X1, Cavabdeh və Salmanov Əli Fərid oğlu miras əmlak olan "xxxx" ASC-də olan 1505,07 manat məbləğində pul vəsatindən hər biri 1/3 hissədə miras payı almalıdır. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-749 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov Fərid Əli oğlunun vərəsələri X1, Cavabdeh və Salmanov Əli Fərid oğlu miras əmlak olan “X4” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər biri 1/3 hissədə miras payı almalıdır. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-332 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov Fərid Əli oğlunun vərəsələri X1, Cavabdeh və Salmanov Əli Fərid oğlu miras əmlak olan “Nissan Sunny” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər biri 1/3 hissədə miras payı almalıdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli 105804-528937/2 saylı kredit müqaviləsi üzrə əsas borc 3857,48 manat, faiz borcu 3,40 manat olmaqla, cəmi borc 3860,91 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdə cavabdehin xx.xx.2021-ci il tarixli 105804-528937/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 3857,48 manat əsas, 3,43 manat faiz olmaqla, cəmi 3860,91 manat borcu yarandığı qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, banka olan borc məbləğinin tam olaraq 5 gün müddətinə ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: İddiaçı ASC ilə Salmanov Fərid Əli oğlu arasında xx.xx.2021-ci il tarixli 105804- 528937/2 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Salmanov Fərid Əli oğluna 24 ay müddətinə, illik 16% olmaq şərtilə, 4000 manat məbləğində kredit verilmişdir. Salmanov Fərid Əli oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Salmanov Fərid Əli oğlunun vərəsələrinin dairəsi və ondan qalan miras əmlaklar müəyyən edilərək, onun ailə üzvləri X1, Cavabdeh və Salmanov Əli Fərid oğluna qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Salmanov Fərid Əli oğlundan miras qalmış əmlaklar “Nissan Sunny” minik markalı **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobildən, “X4” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildən və "xxxx" ASC-də olan 1505,07 manat məbləğində pul vəsatindən ibarətdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd edilən müddəalarda istehlak kredit müqaviləsinə və borc müqavilsinə verilən anlayışlardan görünür ki, istehlak kredit müqaviləsinin predmeti borc məqsədilə verilən pul vəsaitidir və borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçıya) pul vəsaitini borc verməyi, yəni pula olan mülkiyyət hüququnu borcalana keçirməyi, borcalan isə aldığı borc pulu bağladığı müqavilə ilə müəyyən edilmiş şərtlər və faizlərlə və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. İşin materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Salmanov Fərid Əli oğlu arasında xx.xx.2021-ci il tarixli 105804-528937/2 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Salmanov Fərid Əli oğluna 24 ay müddətinə, illik 16% olmaq şərtilə, 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borclu Salmanov Fərid Əli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi notariusu tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərək, Babayeva X2 Əli Fərid oğluna qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Bundan sonra Babayeva X2 Fərid Əli oğlundan miras qalmış “Nissan Sunny” minik markalı **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobili, “X4” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili və "xxxx" ASC-də olan 1505,07 manat məbləğində pul vəsatini vərəsə olaraq qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Salmanov Fərid Əli oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında krediti və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaq öhdəliyi götürmüş, lakin onun vəfat etməsi nəticəsində kredit öhdəliyi icrasız qalmışdır. Nəticədə vərəsə olan Cavabdeh İddiaçı ASC qarşısında vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi kimi krediti qaytarmaq öhdəliyi daşımaqdadır. Lakin, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən borclu vəfat edən vaxta qədər yaranmış yaranan faiz borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və vəfat etmə tarixinə qədər yaranmış faiz borcunun qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilərək 3857,48 manat məbləğində əsas borc, 3,43 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2021-ci il tarixli 105804-528937/2 saylı kredit müqaviləsinə görə 3857,48 manat əsas borc, 3,43 manat faiz borcu, 58,61 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3919,52 (üç min doqquz yüz on doqquz manat əlli iki qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-8435/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8435/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver