Məhkəmə qərarları › İş №e-2(011)-8518/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8518/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8518/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin bank hesabına köçürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzr mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş 250 manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək, övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancının dörddə biri hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi və mediasiya prosessinin keçirilməsi üçün onun tərəfdən ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2014cü il təvəllüdlü X1 üçün tutulan alimentin 60% məbləğinin X2 adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-813/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 2340 nömrəli nikah haqqında şəhadətnamə ilə Cavabdeh ilə arasında qeydə alınan nikah pozulmuş, həmin nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq ödənilməsi qət edilmişdir, hal-hazırda Xətai rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatlarının qarşılanmasına kifayət etmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir, böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin, o hal-hazırda heç-bir yerdə çalışmır və maddi vəziyyəti aşağıdır. Cavabdeh şəxsin övladının daha yaxşı yaşaması üçün, ona daha yaxşı qayğı göstərmək və bu zaman maliyyə çətinlikləri ilə üzləşməmək üçün kifayət qədər imkanı və vəsaiti vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş xx.xx.2024-cü il tarixli VH-209 nömrəli müraciətə cavab olaraq Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-7/2-29386/2024 saylı məktuba əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixindən qüvvədə olan əmək müqaviləsi ilə 5360 (beş min üç yüz altmış ) manat əməkhaqqı aldığı müəyyən olunmuşdur. Cavabdehin aldığı əməkhaqqına münasibətdə X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində təyin edilmiş alimentin dəyişdirilərək cavabdehin gəlirinin müəyyən hissəsi olaraq qazancın dörddə biri hissəsində aliment təyin olunmasına zərurət yaranmışdır. Bununla bağlı, mediasiya prosessi zamanı cavabdehlə razılaşmaq istəsək də, o, bu təklifinə müsbət fikir bildirməyərək bundan imtina etmiş və mediasiya sessiyası zamanı da iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsinə elektron qaydada etiraz təqdim edərək bildirmişdir ki, e-2(011)-8518/2024 saylı mülki işə dair Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Tərəf iddia ərizəsində aliment məbləğlərini ödədiyini və heç vaxt gecikdirmədiyini qeyd etsə də, 2(011)-813/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi icra olunmadığından xx.xx.2024cü il tarixdən etibarən cavabdehin öhdəliyi icra edilməsi üçün onun əmək haqqına yönəldilmişdir. Buna dair sübutlar qoşma hissədə məhkəməyə təqdim edilir. Bu hal tərəfin iddia ərizəsində səmimi olmadığını göstərir. Eyni zamanda cavabdehin uşağına qarşı biganə münasibəti də, işin mübahisələndirilməyən hallarından biridir. Cavabdeh öz iddiasında qeyd edir ki, uşaqlar üçün ayrılmış aliment onların ehtiyacları üçün qarşılanmalıdır. Sual etmək istəyir ki, ayda 250 manat məbləğində pul uşağın hansı ehtiyacını qarşılaya bilər? Nəzərə alınsa ki, uşaq məktəblidir, onun normal geyinməsi, qidalanması, vaxtaşırı sağlamlıq üçün tibbi nəzarətləri, məktəbə gedib-gəlməsi və sair gündəlik xərcləri, həmçinin təhsilinin inkişaf etdirilməsi üçün əlavə repititor xərclərini də nəzərə alsa övladının aylıq ehtiyacları kifayət qədər yuxarıdır. Bütün bunlarla yanaşı onların maddi imkanı əvvəllər çox yaxşı olduğundan övladı ayrıldıqları tarixədək maddi tərəfdən heç-bir sıxıntı çəkməmişdir. Lakin, hal-hazırda maddi sıxıntılarının olması uşağının güzaranında mənfi yönümlü dəyişikliklərə gətirib çıxarmaqdadır. Onun əvvəldən bəri olan tələbatlarını artıq qarşılaya bilmir. Qeyd edilənlərdən, onun işsiz olmağından və cavabdehin qarşılıqlı iddia tələbində göstərdiyi qeyri səmimi tələblərindən də, aydın olur ki, cavabdehin əmək haqqının dörddə bir hissəsi uşağının aylıq ehtiyaclarının qarşılanması üçün onsuz da tam olaraq kifayət etməyəcəkdir. Bu hal göstərir ki, müəyyən ediləcək alimentin bir hissəsinin uşağın adına açılacaq bank hesabına köçürülməsi nəinki onun heç övladının da maraqlarına uyğun gəlmir. Odur ki, qarşılıqlı iddia ərizəsi rədd edilməli, onun iddia tələbi tam təmin edilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh – qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 250 manat məbləğində aliment məbləği tərəfindən kifayət qədər artıq həcmdə ödənilmiş, alimnet məbləğindən əlavə övladının digər tələbatları üçün də lazım olan hər şeyi etmişdir və edir, iddiaçı da ərizəsində onun alimenti ödəmədiyi halını qeyd etməmişdir, çünki heç vaxt aliment ödəməkdən yayınmamışdır, belə bir şey ağlına da gəlməyib, icra şöbəsi tərəfindən alimnetin tutulması üçün iş yerinə məktub göndərilsə də, o ödənişləri birbaşa uşağının anasının kartına atmışdır. Bir ata kimi övladının tələbatlarını qarşılamalı olduğunu, onun layiqli bir insan kimi böyüməsi üçün öhdəliyinin olduğunu qəbul edir, buna görə də uşağı üçün xərclədiyi heç nə üçün peşman deyil. Lakin bir şey nəzərə alınmalıdır ki, uşaqlar üçün ödənilən alimnet məbləği məhz onların saxlanılması üçün nəzərdə tutulub, bu məbləğ bir valideyn tərəfindən digər valideynə ödənilən pul məbləği deyil, ancaq uşaqların saxlanılması üçün təyin edilir və bu məbləğin uşağa, onun təminatına xərclənməsi mütləqdir. Hər bir valideynin hüququ var ki, uşağı üçün ödədiyi alimnetin onun mənafeyi üçün xərcləndiyinə əmin olsun, bununla bağlı onun haqlı maraqları qorunsun. Buna görə də, övladının adına bank hesabı açılmalı və övladı üçün ödədiyi aliment məbləğinin müəyyən hissəsi onun adına açılmış bank hesabına köçürülməli, övladı özü 18 yaşına çatdıqdan sonra həmin hesaba yığılmış vəsaitdən öz mənafelərinə uyğun olaraq istifadə etməlidir. Nəzərə alınsa ki, aliment onun əmək haqqından tutulacağı təqdirdə, əmək haqqı yüksək olduğuna görə maaşından müəyyən hissə kimi tutulacaq aliment məbləği də kifayət qədər yüksək olmaqla aliment məbləğinin müəyyən hissəsinin uşağın adına açılacaq bank hesabına köçürülməsi onun mənafelərinə, təminat səviyyəsinə ciddi təsir etməyəcək. Digər tərəfdən o özü də uşağı üçün lazım olan, onun ehtiyacı olan hər şeyi onun üçün edir. Yəni aliment məbləğinin uşağın bank hesabına köçürülməsi tərəflərin maraqlarına uyğundur, hazırda o özü işləyir və uşağı üçün lazım olan ehtiyacları qarşılaya bilir, lakin onun işində hər hansı problem olması uşağın təminatı cəhətdən yaxşı olmayacaq, üstəlik nəzərə alınsa ki, övladının hələ 10 yaşı var, böyüdükcə onun tələbatları daha da arta bilər, alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi onun gələcəyi üçün qarantiya olacaq, 5 ildir ki, aliment ödəyir və alimentin təyin olunduğu 2019-cu ildən bu günə qədər onun ödədiyi aylıq aliment məbləği, yəni 250 manat ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunundan hər zaman çox olmuşdur, hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manatdır, növbəti il isə bu məbləğin 246 manat olması nəzərdə tutulur, onun əmək haqqından ¼ hissədə tutulacaq aliment məbləğinin (1340) 40%-i 536 manat edəcək ki, bu da ölkə üzrə hazırda müəyyən edilmiş yaşayış minimumundan 2 dəfədən artıq çox olmaqla, kifayət qədər yüksəkdir, həmçinin ölkə üzrə yaşayış minumumunun artışına baxdıqda bu məbləğin övladı 18 yaşına çatana qədər 536 manata çatmayacağını demək olar, iddiaçı özü uşağı xərclərinin çox olduğunu qeyd etsə də, bu real deyil. Sonda Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-813/2019 saylı Qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Əliyeva (Hətəmova) Nərgiz Əkrəm qızı arasında xx.xx.2013-cü il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 2340 №-li akt qeyd ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X2 Əliyeva (Hətəmova) Nərgiz Əkrəm qızının himayəsində saxlanılması, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Hətəmova) Nərgiz Əkrəm qızına ödənilməsi, alimentin tutulmasının qətnamə elan olunduğu tarixdən hesablanması, qətnamənin aliment hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı və cavabdehin birgə xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/16/2024-001144 saylı Arayışdan görünür ki, İddiaçı mediasiay prosesində iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh mediasiaya prosesində iştirak etməmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan və DOST Agentliyinin məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 5360 (beş min üç yüz altmış) manat təşkil edir. İş materiallarında olan Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin "xxxx" MMC-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-813/2019 saylı icra sənədi üzrə borclu Cavabdeh tələbkar X5 xx.xx.2024-cü il tarixədək 2880 manat borcu yarandığından, borc qurtaranadak borclunun aylıq əmək haqqının 50% hissəsi (vergilər tutulduqdan sonra qalan məbləğdən) borc qurtardıqdan sonra isə hər ay borclunun aylıq əmək haqqından sabit 250 manat məbləğində aliment tutularaq tələbkar X3 bank hesabına köçürülməsi və icra sənədinin icra vəziyyəti barədə rübdə bir dəfə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var və hal-hazırda onlar iddiaçının yanındadırlar, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-813/2019 saylı Qətnaməsinə əsasən, tərəflər arasındakı nikahın pozulması, uşağın saxlanılması üçün hər ay 250 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir, cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir, hər ay 5360 manat məbləğində əmək haqqı alır, iddiaçı uşağın saxlanılması üçün tutulan aliment məbləğinin miqdarının dəyişdirilərək cavabdehin əmək haqqının ¼ hissəsində tutulmasını, cavabdeh isə alimentin 60%-nin uşağın adına açılacaq bank hesabına köçürülməsini tələb edir. Bununla belə, aliment məbləğinin artırılmasını və ondan müəyyən hissənin uşağın adıan açılmış bank hesabına köçürülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(011)-813/2019 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, Cavabdeh maddi vəziyyətində dəyişiklik olması, onun əmək fəaliyyəti ilə məşğul olmaqla müntəzm gəlirə malik olması, onun əmək haqqının (5360 manat) məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment miqdarından çox olması, bunun da uşaqların mənafeyi baxımından əhəmiyyəti nəzərə alınmalı və cavabdehdən hər ay əmək haqqının 1/4 (dörddə bir) hissəsi məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş aylıq yaşayış minimumunu (235 manat), cavabdehin əmək haqqından ¼ hissədə tutulacaq aliment məbləğini (1340 manat) və bu məbləğin qanunvericiliklə müəyyən edilmiş hissəsinin (50%) miqdarını (670 manat), bu məbləğin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan kifayət qədər yüksək olmasını, eyni zamanda həmin məbləğin uşaq üçün hazrıda ödənilən aliment məbləğindən (250 manat) 2 dəfədən artıq çox olmasını, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına - onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və digər zəruri tələbatlarına kifayət edəcəyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi və təyin ediləcək alimnetin 50%-i uşağın adına açılmış bank hesabında köçürülməsi mümknüdür. Məhkəmə, qarşılıqlı iddia tələbinə dair verilmiş etirazda göstərilən dəlilləri, həmin tələbin rədd edilməsi üçün yetərli hesab etmir. Belə ki, qarşılıqlı cavabdeh etirazda gösətərilən dəlillərin təsdiqi üçün hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclaslarında iştirak etməməklə də etirazı əsaslandırmamışdır. Bundan başqa qarşılıqlı cavabdeh etirazda əksinə öz maraqlarını irəli çəkmiş, onu özünün maddi sıxıntıları ilə əlaqələndirmişdir ki, həmin əsaslar məhkəmə tərəfindən nəzərə alına bilməz, çünki aliment bilavasitə uşağın saxlanması, tərbiyəsi və təhsilinə xərclənən məbləğdir və ondan başqa məqsədlərlə istifadə uşağın mənafeyinə uyğun deyil. Məhkəmə, alimentin artırılması müddətinə münasibətdə isə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması və onun 50%-nin uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Həmin Məcəllənin 55.6-cı maddəsinə əsasən, uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmin Qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.9-cu bəndinə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli Qərardadına əsasən, Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment tutulmalı, alimnetin 50%-i uşağın adına açılmış bank hesabına köçürülməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, hazırki iddia qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 16080 (1430x12) manat olduğundan cavabdehdən dövlət mədaxilinə 138,24 manat dövlət rüsumu alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-813/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay onun əmək haqqının ¼ (dörddə bir) hissəsi məbləğində aliment Cavabdeh alınsın. Cavabdeh əmək haqqının ¼ (dörddə bir) hissəsi məbləğində tutulan alimentin 50% (əlli faizi)-i İddiaçı verilsin, 50% (əlli faizi)-i X2 adına açılacaq bank hesabına köçürülsün. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat, alınaraq İddiaçı ödənilsin. Cavabdeh 138 (yüz otuz səkkiz) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar