Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8612/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7.274,64 manat borc, ödənilmiş 92.75 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Paşayev İmran Əhmədağa oğlu arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Paşayev İmran Əhmədağa oğluna 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Əhmədağa oğlu 31 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Paşayev İmran Əhmədağa oğlunun vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 05 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Paşayev İmran Əhmədağa oğlunun Banka ödənilməmiş 7.274,64 manat əsas borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 92.75 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin mətninə uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh ərizə ünvanlayaraq bildirmişdir ki, həmin krediti yoldaşı sağ ikən 2019-cu ildə götürmüş və bu barədə məlumat olaraq sadəcə aylıq ödənişin maaşından 304 manatının tutulduğunu oğlu vasitəsilə bilmişdir. Ailə daxili soyuq münasibət olduğuna görə heç bir məbləğlə maraqlanmamış və ümumi bank borcundan məlumatı olmamışdır. Yoldaşı ölən günə kimi həmin məbləğ maaş kartından tutulmuşdur və sonuncu tutulan məbləğ 2021-ci ilin fevral ayına təsadüf edir. Ora yazılan əlavə faizlərə etirazını bildirərək qeyd edir ki, məbləğ cavabdehin hesabına 5.136 manat təşkil edir. Yoldaşı krediti götürən gündən öldüyü günə kimi 4.864 manat kartından pul tutulmuş və ümumi məbləğin, yəni 10.000 manatın 4.864 manatı ödənilmişdir. Ölüm kağızı təqdim etdiyi günə qədərdə maaşından pul tutulurdu. Bankın bu halda faiz dayandırmalı olduğu təqdirdə faizi saxlamadığı göz önündədir. Əlavə olaraq cavabdeh bu 5.139 manata heç bir etirazı yoxdur və ödəməyə hazırdır. Aylıq gəliri 777 manat təşkil edir. Digər banklara ümumilikdə 458 manat ödəniş edir. İddia ərizəsində bankın qeyd etdiyi vərəsəlik üzrə alğısatqı etdiyi maşın 2.600 manata dəmir-metallom əvəzi satılıb və mərhumun borclarına xərclənib. Mərhumun iş yerindən dəfn pulu olaraq aldığı məvacib ilə iş yoldaşı Şəmşirə olan borcunu ödəmişdir. Mərhum ölən zaman heç bir işindən xəbəri olmadığı və onun adından qalan 6.600 manat məbləği ancaq öldükdən sonra öz borclarına xərcləmişdir. Bütün bunları nəzərə alaraq mərhumun banka olan borcunun 7.274,63 qəpik təşkil etməsinə baxmayaraq cavabdehin ödəyə biləcəyi məbləğ 5.139 manatdır. Əlavə olaraq da dövlət rüsumlarından boyun qaçırmır və ödəniş etməyə hazırdır. Bütün bunları nəzərə alıb ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmçinin məhkəmə iclasında izahat verən cavabdeh Fame Pro tərəfindən keçirilmiş qiymətləndirməni təqdim edərək ona ərindən yalnız avtomobilin qaldığını və özünə məxsus “BMW 728İ” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 1.700 manat olduğundan iddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdehin mərhum əri Paşayev İmran Əhmədağa oğlu arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən Paşayev İmran Əhmədağa oğluna 48 ay müddətinə illik 20% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 05 oktyabr 2024-cü il tarixinə borcalan Paşayev İmran Əhmədağa oğlunun 11 sentyabr 2019-cu il tarixli, BPM**********70 saylı Kredit müqaviləsi üzrə banka olan əsas borcu 7.274,64 manat, faiz borcu 0 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehin mərhum əri Paşayev İmran Əhmədağa oğlu 08 fevral 2021-ci il tarixində vəfat etmişdir. Cavabdeh Paşayev İmran Əhmədağa oğlundan qalmış miras əmlakı qəbul etmiş və ona 02 avqust 2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən əmlak “BMW 728İ” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobil borcalanın mülkiyyətində olmuşdur. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirməyə dair hesabatdan görünür ki, “BMW 728İ” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin 1.700 manat olduğu müəyyən edilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya borcu yaranmışdır. Bank yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq göndərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Paşayev İmran Əhmədağa oğlu kredit müqaviləsi üzrə öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımışdır. Lakin sonuncu vəfat etdiyindən hazırkı iş üzrə Cavabdeh onun qanun üzrə vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı mülki iş üzrə cavabdeh qanun üzrə vərəsə olaraq tanınmışdır, bununla o, Paşayev İmran Əhmədağa oğlunın miras qoyduğu öhdəlikləri də qəbul etmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh qəbul etdiyi miras əmlakın həcmində iddiaçının qarşısında məsuliyyət daşıyır. Lakin məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbini qiymətləndirmə aktında qeyd olunan avtomobilin dəyəri həcmində - 1.700 manat həcmində qəbul etdiyini qeyd etsə də, məhkəməyə təqdim etdiyi ərizədə həmin avtomobilin 2.600 manata satıldığını bildirmişdir. Odur ki, məhkəmə iddianın həmin hissədə təmin edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11 sentyabr 2019-cu il tarixli, BPM**********70 saylı Kredit müqaviləsinə əsasən, 2.600 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 92.75 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş rüsumun 32.46 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 60.29 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 sentyabr 2019-cu il tarixli, BPM**********70 saylı Kredit müqaviləsinə əsasən, 2.600 (iki min altı yüz) manat əsas borc olmaqla, ümumilikdə 2.600 (iki min altı yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32.46 (otuz iki manat qırx altı qəpik) manatı və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun 60.29 (altmış manat iyirmi doqquz qəpik) manatı iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-8612/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8612/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver