Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8652/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı nüqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən PALTARYUYAN SAMSUNG, İmei kodu **********08108 SAMSUNG GALAXY A23 markalı telefon, QAZAN DƏSTİ SHOSMAN 11 PARCAGRANİT 4MM DEMİR QULPLU, İMEİ KODU **********55327 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, MİNİ SOBAHOFFMANN, İMEİ KODU **********78603 BLACKVİEW A70 markalı telefon almış və nəticədə 1496 (min dörd yüz doxsan altı) manat borc yaranmışdır.
2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1331.1 (min üç yüz otuz bir manat on qəpik) manat (18 ay x 73.95 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG üçün ümumilikdə 650 (altı yüz əlli) manat olmaqla ondan, 590.4 (beş yüz doxsan manat qırx qəpikik) manat ödənilməmiş hissə, 59.6 (əlli doqquz manat altmş qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır.
3. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 705.96 (yeddi yüz beş manat doxsan altı qəpik) manat (18 ay x 39.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********08108 SAMSUNG GALAXY A23 markalı telefon üçün 387 (üç yüz səkəsn yeddi) manat olmaqla ondan, 351.26 (üç yüz əlli bir manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 35.74 (otuz beş manat yetmiş dörd qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır.
4. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.92 (üç yüz əlli iki manat doxsan iki qəpik) manat (17 ay x 20.76 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ SHOSMAN 11 PARCAGRANİT 4MM DEMİR QULPLU üçün 159 (yüz əlli doqquz) manat olmaqla ondan 144.52 (yüz qırx dörd manat əll iki qəpik) manat ödənilməmiş hissə, 14.48 (on dörd manat qırx səkkiz qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır.
5. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 241.92 (iki yüz qırx bir manat doxsan iki qəpik) manat (18 ay x 13.44 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********55327 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 146 (yüz qırx altı) manat olmaqla ondan 132.12 (yüz otuz iki manat on iki qəpik) manat ödənilməmiş hissə, 13.88 (on üç manat səksən səkkiz qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır.
6. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 316.98 (üç yüz on altı manat doxsan səkkiz qəpikik) manat (18 ay x 17.61 manat + 0 manat ilkin ödəniş) olan MİNİ SOBAHOFFMANN üçün 91 (doxsan bir) manat olmaqla ondan, 82.28 (səksən iki manat iyirmi səkkiz qəpikik) manat ödənilməmiş hissə, 8.72 (səkkiz manat yetmiş iki qəpikik) manat cərimə pulu miqdarında borc yaranmışdır
7. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 351 (üç yüz əlli bir) manat (12 ay x 29.25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********78603 BLACKVİEW A70 markalı telefon üçün 63 (altmış üç) manat olmaqla ondan, 57.14 (əlli yeddi manat on dörd qəpik) manat ödənilməmiş hissə, 5.86 (beş manat səksən altı qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır.
8. Cavabdehin cəmi ödədiyi məbləğ 1942.16 manat təşkil edir.
İddiaçının tələbi:
9. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün, 590.4 manat ödənilməmiş hissə, 59.6 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********08108 SAMSUNG GALAXYA23 markalı telefon üçün 351.26 manat ödənilməmiş hissə, 35.74 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, QAZAN DƏSTİ SHOSMAN 11 PARCAGRANİT 4MM DEMİR QULPLU üçün 144.52 manat ödənilməmiş hissə, 14.48 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********55327 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 132.12 manat ödənilməmiş hissə, 13.88 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MİNİ SOBAHOFFMANNüçün 91 manat olmaqla ondan, 82.28 manat ödənilməmiş hissə, 8.72 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********78603 BLACKVİEW A70 markalı telefon üçün, 57.14 manat ödənilməmiş hissə, 5.86 manat cərimə, ümumilikdə, 1496 manat borc və 34.96 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
10. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər:
11. xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə və ona əlavəyə əsasən PALTARYUYAN SAMSUNG üçün cavabdeh 18 ay müddətinə hər ay 73.95 manat olmaqla, ümumilikdə 1331.02 manat ödəməyi öhdəsinə götürmüşdür.
12. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli ******* saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
13. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh ******* nömrəli müqaviləyə əsasən PALTARYUYAN SAMSUNG markalı əşya tam qüsursuz halda təhvil verilmişdir.
14. xx.xx.2022-ci il tarixli 04061706 saylı müqavilə və ona əlavəyə əsasən SAMSUNG GALAXY A23 (İmei kodu **********08108) markalı telefon üçün cavabdeh 18 ay müddətinə hər ay 39.22 manat olmaqla, ümumilikdə 706.03 manat ödəməyi öhdəsinə götürmüşdür.
15. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 04061706 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
16. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 04061706 nömrəli müqaviləyə əsasən SAMSUNG GALAXY A23 (İmei kodu **********08108) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir.
17. xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə və ona əlavəyə əsasən QAZAN DƏSTİ SHOSMAN 11 PARCAGRANİT 4MM DEMİR QULPLU üçün cavabdeh 17 ay müddətinə hər ay 20.76 manat olmaqla, ümumilikdə 352.92 manat ödəməyi öhdəsinə götürmüşdür.
18. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli ******* saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
19. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh ******* nömrəli müqaviləyə əsasən QAZAN DƏSTİ SHOSMAN 11 PARCAGRANİT 4MM DEMİR QULPLU markalı əşya tam qüsursuz halda təhvil verilmişdir.
20. xx.xx.2022-ci il tarixli 04061880 saylı müqavilə və ona əlavəyə əsasən XİAOMİ REDMİ NOTE 11 (İmei kodu **********55327) markalı telefon üçün cavabdeh 18 ay müddətinə hər ay 13.44 manat olmaqla, ümumilikdə 241.97 manat ödəməyi öhdəsinə götürmüşdür.
21. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 04061880 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
22. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 04061880 nömrəli müqaviləyə əsasən XİAOMİ REDMİ NOTE 11 (İmei kodu **********55327) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir.
23. xx.xx.2022-ci il tarixli 10781935 saylı müqavilə və ona əlavəyə əsasən MİNİ SOBAHOFFMANN üçün cavabdeh 18 ay müddətinə hər ay 17.61 manat olmaqla, ümumilikdə 316.94 manat ödəməyi öhdəsinə götürmüşdür.
24. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 10781935 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
25. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 10781935 nömrəli müqaviləyə əsasən MİNİ SOBAHOFFMANN markalı əşya tam qüsursuz halda təhvil verilmişdir.
26. xx.xx.2022-ci il tarixli 13682379 saylı müqavilə və ona əlavəyə əsasən BLACKVİEW A70 (İmei kodu **********78603) markalı telefon üçün cavabdeh 12 ay müddətinə hər ay 29.25 manat olmaqla, ümumilikdə 350.99 manat ödəməyi öhdəsinə götürmüşdür.
27. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 13682379 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
28. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 13682379 nömrəli müqaviləyə əsasən BLACKVİEW A70 (İmei kodu **********78603) markalı telefon tam qüsursuz halda təhvil verilmişdir.
29. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə ödənilməmiş məbləğ 1496 manat təşkil edir.
30. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə icrasını gecikdirməsi məhkəməyə müraciət ediləcəyi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
35. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
36. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən PALTARYUYAN SAMSUNG üçün 590,40 manat ödənilməmiş hissə, 59,60 manat cərimə, xx.xx.2022-ci il tarixli 04061706 saylı müqaviləyə əsasən SAMSUNG GALAXY A23 (İmei kodu **********08108) telefon üçün 351,26 manat ödənilməmiş hissə, 35,74 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən QAZAN DƏSTİ SHOSMAN 11 PARCAGRANİT 4MM DEMİR QULPLU üçün 144,52 manat ödənilməmiş hissə, 14,48 manat cərimə, xx.xx.2022-ci il tarixli 04061880 saylı müqaviləyə əsasən XİAOMİ REDMİ NOTE 11 (İmei kodu **********55327) markalı telefon üçün 132.12 manat ödənilməmiş hissə, 13.88 manat cərimə, xx.xx.2022-ci il tarixli 10781935 saylı müqaviləyə əsasən MİNİ SOBAHOFFMANN üçün 82.28 manat ödənilməmiş hissə, 8.72 manat cərimə, xx.xx.2022-ci il tarixli 13682379 saylı müqaviləyə əsasən BLACKVİEW A70 (İmei kodu **********78603) markalı telefon üçün 57.14 manat ödənilməmiş hissə, 5.86 manat cərimə, ümumilikdə, 1496 manat borc pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.96 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 590,40 manat ödənilməmiş hissə, 59,60 manat cərimə, xx.xx.2022-ci il tarixli 04061706 saylı müqaviləyə əsasən 351,26 manat ödənilməmiş hissə, 35,74 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 144,52 manat ödənilməmiş hissə, 14,48 manat cərimə, xx.xx.2022-ci il tarixli 04061880 saylı müqaviləyə əsasən 132.12 manat ödənilməmiş hissə, 13.88 manat cərimə, xx.xx.2022-ci il tarixli 10781935 saylı müqaviləyə əsasən 82.28 manat ödənilməmiş hissə, 8.72 manat cərimə, xx.xx.2022-ci il tarixli 13682379 saylı müqaviləyə əsasən üçün 57.14 manat ödənilməmiş hissə, 5.86 manat cərimə, ümumilikdə, 1496 manat (min dörd yüz doxsan altı) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova