Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8655/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU BEKO üçün, 464,8 (dörd yüz altmış dörd manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 46,2 (qırx altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********40824 olan SAMSUNG GALAXY A14 markalı telefon üçün 76,31 (yetmiş altı manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 7,69 (yeddi manat altmış doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********01198 olan NOKİA 105 markalı telefon üçün 13,94 (on üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 1,06 (bir manat altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 610 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, SOYUDUCU BEKO, İmei kodu **********40824 olan SAMSUNG GALAXY A14 markalı telefon, İmei kodu **********01198 olan NOKİA 105 markalı telefon alınmış və nəticədə 610 (altı yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1544,4 (min beş yüz qırx dörd manat dörd qəpik) manat (18 ay x 85,8 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU BEKO üçün ümumilikdə, 511 (beş yüz on bir) manat olmaqla, ondan 464,8 (dörd yüz altmış öd manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46,2 (qırx altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 458,04 (dörd yüz əlli səkkiz manat dörd qəpik) manat (12 ay x 38,17 manat ilkin ödəniş) olan **********40824 İmei kodlu SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə, 84 (səkəsn dörd) manat olmaqla ondan, 76,31 (yetmiş altı manat otuz bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,69 (yeddi manat altmış doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 84,96 (səksən dörd manat doxsan altı qəpik) manat (12 ay x 7,08 manat + 0 manat ilkin ödəniş) olan **********01198 İmei kodlu NOKİA 105 markalı telefon üçün ümumilikdə, 15 (on beş) manat olmaqla ondan, 13,94 (on üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1,06 (bir manat altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1532,35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında BEKO markalı soyuducuya dair xx.xx.2023-cü il tarixli, İmei kodu **********40824 olan SAMSUNG GALAXY A14 markalı telefona dair xx.xx.2023-cü il tarixli, İmei kodu **********01198 olan NOKİA 105 markalı telefona dair xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş aylıq ödənişləri yerinə yetirməyərək müqavilə şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 511 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 84 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 manat olmaqla, ümumilikdə 610 manat təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır və iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 511 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 84 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 manat olmaqla, ümumilikdə 610 manat borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 511 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 84 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 manat olmaqla, ümumilikdə 610 (altı yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-8655/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8655/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver