Məhkəmə qərarları › İş №e-2(011)-8754/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8754/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8754/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan 29 iyul 2010-cu il təvəllüdlü X1, 29 dekabr 2011-ci il təvəllüdlü X2 və 02 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin 2025-ci il üçün nəzərdə tutulmuş hər ay sabit pul məbləğində və mediasiya üçün sərf olunmuş 60 manat hesablanaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1415/2024 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin indeksasiya edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud tələbə iddia icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarının icrası (icra icraatı) qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı alimentin tutulması ilə bağlı qüvvədə olan sonuncu qətnaməni qəbul etmiş məhkəməyə həmin məhkəmənin öz qətnaməsi ilə tutulan alimentin indeksasiyası tələbi ilə müraciət edə bilər. Başqa sözlə, iddiaçı hal hazırda qüvvədə olan və icrası həyata keçirilən Cəlilabad Rayon Məhkəməsinin qətnaməsinin indeksasiya olunması məqsədilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiya edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya alimentin məbləğinin indeksasiya edilməsi baradə məhkəmə qətnməsinin icrası (icra icraatı) qaydasında, həmin qətnaməni qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar