Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8832/2025 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ilə Cavabdeh arasında BE131586 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyəsatış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 29-dən gec olmamaqla 17 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE088470 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 20-dən gec olmamaqla 6 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE127812 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 14 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE131586 saylı müqaviləyə əsasən 231,98 manat əsas borc, 0 manat cərimə, BE088470 saylı müqaviləyə əsasən 87,99 manat əsas borc, 0 manat cərimə, BE127812 saylı müqaviləyə əsasən 53,98 manat əsas borc, 0 manat cərimə, ümumilikdə 373,95 ( üç yüz yetmiş üç manat doxsan beş qəpik ) borcu qalmışdır.
İddiaçının tələbi:
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE131586 saylı xx-xx-2024-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 231,98 (iki yüz otuz bir manat doxsan səkkiz qəpik) əsas borc, 0 manat cərimə, BE088470 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 87,99 (səksən yeddi manat doxsan doqquz qəpik) əsas borc, 0 manat cərimə, BE127812 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 53,98 (əlli üç manat doxsan səkkiz qəpik) əsas borc, 0 manat cərimə, ümumilikdə 373,95 (üç yüz yetmiş üç manat doxsan beş qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə borc müqaviləsi bağlamışdır. hazırda cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya ümumilikdə 373,95 manat əsas borcu qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. xx.xx.2024-cü tarixli, BE131586 №-li nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, borc 18 ay müddətinə aylıq 17 manat olmaqla müəyyən edilmişdir.
8. xx.xx.2025-ci il tarixli borca dair arayışa əsasən, xx.xx.2024-cü tarixli, BE 131586 №-li borc müqaviləsi üzrə qalıq borc 231,98 manat məbləğindədir.
9. xx.xx.2025-ci il tarixli bildirişə əsasən, cavabdehin xx-xx-2024 tarixli, BE131586 sayılı nisyə-alqı satqı müqaviləsinə, xx.xx.2025-ci il tarixinə 231,98 manat borcu yaranmışdır.
10. xx.xx.2025-ci il tarixli borca dair arayışa əsasən, xx.xx.2024-cü tarixli, BE088470№-li borc müqaviləsi üzrə qalıq borc 87,99 manat məbləğindədir.
11. xx.xx.2025-ci il tarixli bildirişə əsasən, cavabdehin xx-xx-2024 tarixli, BE088470 saylı nisyə-alqı satqı müqaviləsinə, xx.xx.2025-ci il tarixinə 87,99 manat borcu yaranmışdır.
12. xx.xx.2024-cü tarixli, BE088470 №-li nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, borc 24 ay müddətinə aylıq 6 manat olmaqla müəyyən edilmişdir.
13. xx.xx.2025-ci il tarixli borca dair arayışa əsasən, xx.xx.2024-cü tarixli, BE127812 №-li borc müqaviləsi üzrə qalıq borc 53,98 manat məbləğindədir.
14. xx.xx.2025-ci il tarixli bildirişə əsasən, cavabdehin xx-xx-2024 tarixli, BE127812 saylı nisyə-alqı satqı müqaviləsinə, xx.xx.2025-ci il tarixinə 53,98 manat borcu yaranmışdır.
15. xx.xx.2024-cü tarixli, BE127812№-li nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, borc 12 ay müddətinə aylıq 14 manat olmaqla müəyyən edilmişdir.
16. Digər sənədlər.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
20. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
21. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh BE131586 saylı, xx-xx-2024-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 231.98 (iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat, BE088470 saylı, xx-xx-2024 il tarixli alqı-satqı müqaviləsinə əsasən 87,99 (səksən yeddi manat doxsan doqquz qəpik) manat, BE127812 saylı, xx-xx-2024 il tarixli alqı-satqı müqaviləsinə əsasən 53,98 (əlli üç manat doxsan səkkiz qəpik) manat olmaqka ümumilikdə 373,95 (üç yüz yetmiş üç manat doxsan beş qəpik) əsas borc məbləği tutularaq İddiaçı MMCnin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh BE131586 saylı, xx-xx-2024-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 231.98 (iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat, BE088470 saylı, xx-xx-2024 il tarixli alqısatqı müqaviləsinə əsasən 87,99 (səksən yeddi manat doxsan doqquz qəpik) manat, BE127812 saylı, xx-xx-2024 il tarixli alqı-satqı müqaviləsinə əsasən 53,98 (əlli üç manat doxsan səkkiz qəpik) manat olmaqla ümumilikdə 373,95 (üç yüz yetmiş üç manat doxsan beş qəpik) əsas borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova