Məhkəmə qərarları › İş №e-2(011)-8986/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8986/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8986/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı 26 dekabr 2019-cu il tarixli, XDK5798397-M saylı borc müqaviləsinə əsasən 1370 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat cərimə borcu və 37 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1707 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin yaşayış yerini Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 10, mənzil 2 qeyd etsə də, sonradan “Ellektron Məhkəmə” İnformasiya sistemindən şəxsi məlumatları əsasında müəyyən edilmişdir ki, müəyyən edilmişdir ki, cavabdehin yaşayış yeri Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 88E-dir Buna görə də, məhkəmə hesab edir ki, işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində deyil, aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin yaşayış yeri Bakı şəhəri, Xətai rayonu ərazisində deyil, Sumqayıt şəhəri ərazisində olduğundan, iş ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar