Məhkəmə qərarları › İş №e-2(011)-899/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-899/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-899/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 36 ( otuz altı ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15000 ( on beş min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır.

2. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 1122766/32493 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinə əsas borcu 14320.39 ( on dörd min üç yüz iyirmi manat otuz doqquz qəpik) manat, faiz borcu 1206.23 ( bir min iki yüz altı manat iyirmi üç qəpik) manat, cəmi 15526.62 ( on beş min beş yüz iyirmi altı manat altmış iki qəpik) manat təşkil edir.

İddiaçının tələbi:

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14320.39 ( on dörd min üç yüz iyirmi manat otuz doqquz qəpik) manat əsas, 1206.23 ( bir min iki yüz altı manat iyirmi üç qəpik) manat faiz, cəmi 15526.62 ( on beş min beş yüz iyirmi altı manat altmış iki qəpik) manat borcun, həmçinin ödənilmiş 136.98 ( yüz otuz altı manat doxsan səkkiz qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14320.39 (on dörd min üç yüz iyirmi manat otuz doqquz qəpik) manat əsas,1206.23 (min iki yüz altı manat iyirmi üç qəpik) faiz olmaqla, cəmi 15526,62 manat (on beş min beş yüz iyirmi altı manat altmış iki qəpik) manat borcun, həmçinin ödənilmiş 136,98 (yüz otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun; İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 13776,23 (on üç min yeddi yüz yetmiş altı manat iyirmi üç qəpik) manat əsas, 508,64 (beş yüz səkkiz manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 14284,87 (on dörd min iki yüz səksən dörd manat səksən yeddi qəpik) manat borcun, həmçinin, ərizəyə görə ödənilmiş 133,26 (yüz otuz üç manat iyirmi altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14320.39 (on dörd min üç yüz iyirmi manat otuz doqquz qəpik) manat əsas,1206.23 (min iki yüz altı manat iyirmi üç qəpik) faiz olmaqla, cəmi 15526,62 manat (on beş min beş yüz iyirmi altı manat altmış iki qəpik) manat borcun, həmçinin ödənilmiş 136,98 (yüz otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun; İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 13776,23 (on üç min yeddi yüz yetmiş altı manat iyirmi üç qəpik) manat əsas, 508,64 (beş yüz səkkiz manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 14284,87 (on dörd min iki yüz səksən dörd manat səksən yeddi qəpik) manat borcun, həmçinin, ərizəyə görə ödənilmiş 133,26 (yüz otuz üç manat iyirmi altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

7. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı heç bir etiraz və ya əlavə sənəd məhkəməyə təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

8. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini qeyd etmiş, baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 15000 manat məbləğdə kredit verilmişdir.

11. xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən müqavilə 36 ay müddətinə, aylıq 512,63 manat məbləğindədir.

12. xx.xx.2023-cü il tarixli 1122766/32493 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi əsasında “Borcalana” veriləcək 15000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri “Borcalan” bank qarşısında öz öhdəlikləri tam yerinə yetirənədək zamin olmağı, “Borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

13. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinə əsasən 15.000 manat kredit Cavabdeh2 verilmişdir.

14. 22 iyun 2023-cü il tarixli 6-3/0/08-4583 nömrəli pretenziyaya (xx.xx.2023-cü il tarixli poçt qəbzinə) əsasən, Cavabdeh2 və Cavabdeh1 öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq edilmiş, qeyd olunan ödəniş yerinə yetirilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

15. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, ödənilmiş əsas borc 679,61 manat, faiz borcu 352,78 manat olmaqla, ödənilməli əsas borc 14320.39 manat, ödənilməli faiz borcu 1206,23 manat olmaqla, cəmi 15526,62 manat təşkil edir.

16. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 15000 manat məbləğdə kredit verilmişdir.

17. xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən müqavilə 36 ay müddətinə, aylıq 512,63 manat məbləğindədir.

18. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinə əsasən 15.000 manat kredit Cavabdeh2 verilmişdir.

19. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, ödənilmiş əsas borc 1223,77 manat, ödənilmiş faiz borcu 1226,04 manat, ödənilməli əsas borc 13776,23 manat, ödənilməli faiz borcu 508,64 manat olmaqla, cəmi borc 14284,87 manat təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:

22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə araşdərması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqavilələri bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).

24. Həmçinin, digər Cavabdeh1 zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Eyni zamanda əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2). İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zaminlik müqavilələrinin 3.1-ci maddəsinə əsasən zamin həm borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həm də faizlərə və digər xərclərə görə borc olanla birgə tam məsuliyyət daşıyır.

25. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

26. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia hər iki müqavilə üzrə irəli sürülmüş iddia tələblərinə münasibətdə təmin edilməli, xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14320.39 (on dörd min üç yüz iyirmi manat otuz doqquz qəpik) manat əsas,1206.23 (min iki yüz altı manat iyirmi üç qəpik) faiz olmaqla, cəmi 15526,62 manat (on beş min beş yüz iyirmi altı manat altmış iki qəpik) manat borc müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

27. xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 13776,23 (on üç min yeddi yüz yetmiş altı manat iyirmi üç qəpik) manat əsas, 508,64 (beş yüz səkkiz manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 14284,87 (on dörd min iki yüz səksən dörd manat səksən yeddi qəpik) manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən irəli sürülmüş iddia tələbi üçün ödənilmiş dövlət rüsumu 136,98 (yüz otuz altı manat doxsan səkkiz qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən irəli sürülmüş iddia tələbi üçün ödənilmiş dövlət rüsumu 133,26 (yüz otuz üç manat iyirmi altı qəpik) manat isə Cavabdeh2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14320.39 (on dörd min üç yüz iyirmi manat otuz doqquz qəpik) manat əsas,1206.23 (min iki yüz altı manat iyirmi üç qəpik) faiz olmaqla, cəmi 15526,62 manat (on beş min beş yüz iyirmi altı manat altmış iki qəpik) manat borc tutularaq İddiaçı ASC-yə ödənilsin.

3. Ödənilmiş 136,98 (yüz otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.

4. xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 13776,23 (on üç min yeddi yüz yetmiş altı manat iyirmi üç qəpik) manat əsas, 508,64 (beş yüz səkkiz manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 14284,87 (on dörd min iki yüz səksən dörd manat səksən yeddi qəpik) manat borc tutularaq İddiaçı ASC-yə ödənilsin.

5. Ödənilmiş 133,26 (yüz otuz üç manat iyirmi altı qəpik) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar