Məhkəmə qərarları › İş №e-2(011)-9020/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9020/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9020/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 – İddiaçı ASC-nin kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı – cavabdehdən 300 manat əsas borc, 15 manat faiz, 36 manat kredit üzrə xidmət haqqı, 249 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 630 manat tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. Ərizədən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı ASC-nə güzəşt edilmiş borcun məbləğini (Cavabdeh "xxxx" BOKT MMC-nə olan borcunun həcmini müəyyən edən) müəyyən edən sənədlər və məhkəməyədək bildirişin göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284- 3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 284-3.2.4-cü maddəsinə görə tələbin əsaslılığını təsdiq edən sənədlər ərizəyə əlavə edilməlidir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, mövcud kiçik iddia ərizəsi tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilmədən verildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı – cavabdehdən 300 manat əsas borc, 15 manat fazi, 36 manat kredit üzrə xidmət haqqı, 249 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 630 manat tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar