Məhkəmə qərarları › İş №e-2(011)-9047/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9047/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9047/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********37523 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün, 601.32 (altı yüz bir manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 60.68 (altmış manat altmış səkkiz qəpik) manat cərimə xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, VİNİL MAT,VİNİL ŞƏFFAF İmei kod **********81006 SAMSUNG GALAXY A04 markalı telefon üçün 257.84 (iki yüz əlli yedi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 25.16 (iyirmi beş manat on altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********11844 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 201.05 (iki yüz bir manat beş qəpik) manat ödənilməmiş hissə, 20.95 (iyirmi manat doxsan beş qəpik) manat cərimə Ümumilikdə 1167 manat borc, 31.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********37523 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF İmei kod **********81006 SAMSUNG GALAXY A04 markalı telefon, İmei kod **********11844 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 1167 (min yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 679.32 (altı yüz yetmiş doqquz manat otuz iki qəpik) manat (18 ay x 37.74 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********37523 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 662 (altı yüz altmış iki) manat olmaqla ondan, 601.32 (altı yüz bir manat otuz iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60.68 (altmış manat altmış səkkiz qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 485.84 (dörd yüz səksən beş manat səksən dörd qəpik) manat (18 ay x 25.88 manat + 20 manat ilkin ödəniş) olan VİNİL MAT,VİNİL ŞƏFFAF İmei kod **********81006 SAMSUNG GALAXY A04 markalı telefon üçün ümumilikdə, 283 (iki yüz səksən üç) manat olmaqla ondan, 257.84 (iki yüz əlli yedi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.16 (iyirmi beş manat on altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 752.04 (yeddi yüz əlli iki manat dörd qəpik) manat (18 ay x 41.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11844 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 222 (iki yüz iyirmi iki) manat olmaqla ondan, 201.05 (iki yüz bir manat beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.95 (iyirmi manat doxsan beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 856.99 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İmei kod **********37523 XİAOMİ REDMİ NOTE 12 markalı telefona dair xx.xx.2023-cü il tarixli, VİNİL MAT, VİNİL ŞƏFFAF İmei kod **********81006 SAMSUNG GALAXY A04 markalı telefon, İmei kod **********11844 XİAOMİ REDMİ NOTE 12 markalı telefona dair xx.xx.2022-ci il tarixli və İmei kod **********11844 XİAOMİ REDMİ NOTE 12 markalı telefona dair xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş aylıq ödənişləri yerinə yetirməyərək müqavilə şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 662 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 283 manat, xx.xx.2023-cü il tarixlii müqavilə üzrə 222 manat olmaqla, ümumilikdə 1167 manat təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır və iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 662 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 283 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 222 olmaqla, ümumilikdə 1167 manat borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 31,67 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 662 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 283 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 222 manat olmaqla, ümumilikdə 1167 (min yüz altmış yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 67 (altmış yeddi) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar