Məhkəmə qərarları › İş №e-2(011)-9050/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9050/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9050/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: Cavabdeh 1640 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 180 manatın, nəticə etibarı ilə ümumilikdə 1820 (min səkkiz yüz iyirmi ) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 36.4 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Telefon Mağazasının" satıcısı, İddiaçı Cavabdeh ilə 06 yanvar 2023-cü il tarixində 802 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlamış. 06 yanvar 2023-cü il tarixində 802 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “GALAXY A34 " markalı telefonu 12 aylıq kreditlə 890 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən ilkin ödənişdə daxil olmaqla ödəniş ödənilməmişdir. Bundan əlavə 27 noyabr 2023-cü il tarixində 761 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “REDMİ NOTE 12 PRO” markalı telefonu 10 aylıq kreditlə 750 manat dəyərində almış ilkin ödəniş də daxil olmaqla ödəniş ödənilməmişdir, hazırda qalan 1640 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, o İddiaçı telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. O buna görə ciddi maddi itkilərlə qarşılaşmış. Həmçinin onu da qeyd edir ki, o Əliyev X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. onun geniş müştəri dairəsi vardır. O müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 06 yanvar 2023-cü il tarixində 802 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən “GALAXY A34" nisyə mal satılması müqaviləsinə görə yaranan 890 manat və 27 noyabr 2023-cü il tarixində 761 nömrəli müqaviləyə əsasən “REDMİ NOTE 12 PRO ” Nisiyə mal satılması müqaviləsinə yaranan borc 750 manat olmuşdur. Ümumilikdə müqavilələrdən yaranan 1640 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 180 manat peniya və 36.4 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında 06 yanvar 2023-cü il tarixində 802 nömrəl Nisyə mal satılması müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən borcun əsas məbləği 890 manat, ilkin ödəniş daxil olmaqla ödəniş ödənilməmişdir, bundan əlavə 27 noyabr 2023-cü il tarixində 761 nömrəli Nisyə mal satılması müqaviləsinə əsasən 750 manat dəyərində ilkin ödəniş daxil olmaqla ödəniş ödənilməmişdir, ümumilikdə borcu 1640 manatdır. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən, alıcı ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün 2% həcmində əlavə peniya (cərimə) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 802 nömrəli alqı-satqı müqaviləsinə əlavə 1 ödəniş cədvəlindən görünür ki, ümumi məbləğ 890 manat, ilkin ödəniş daxil olmaqla ödəniş ödənilməmişdir, ödəniş müddəti 12 ay, aylıq ödəniş 74,16 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il əşyaların təhvil-təslim aktından görünür ki, “GALAXY A34 " markalı telefonu alıcı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 761 nömrəli alqı-satqı müqaviləsinə əlavə 1 ödəniş cədvəlindən görünür ki, ümumi məbləğ 750 manat, ilkin ödəniş daxil olmaqla ödəniş ödənilməmişdir, ödəniş müddəti 10 ay, aylıq ödəniş 75 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il əşyaların təhvil-təslim aktından görünür ki, “ REDMİ NOTE 12 PRO ” markalı telefonu alıcı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində 802 saylı müqaviləyə əsasən ödənilməmiş əsas borc məbləği 890 manat peniya pulu olan 90 manat və xx.xx.2023-cü il tarixində 761 saylı müqaviləyə əsasən ödənilməmiş əsas borc məbləği 750 manat peniya pulu olan 90 manat, cəmi əsas borcu 1640 manat, gecikdirilmiş peniya pulu olan 180 manat olmaqla, ümumilikdə 1820 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 36,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Xəbərnamə” məktubundan görünür ki, İddiaçı borclu Cavabdeh müqavilə üzrə 1640 manat borcun 5 (beş) gün ərzində ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 06 yanvar 2023-cü il tarixində 802 nömrəli və 27 noyabr 2023-cü il tarixində 761 nömrəli Nisiyə mal satılması müqavilələri bağlanmışdır, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı X.Y.Qubadov isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 1640 manat ödənilməmiş hissə, 180 manat gecikdirilmiş peniya pulu borcu olmaqla, ümumilikdə 1820 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış peniya (cərimə) məbləğinin azaldılaraq 70 manat həddində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1640 manat ödənilməmiş hissə, 70 manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə ödənilməmiş 1710 manat borc məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş məbləğdən 37,10 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən 1640 manat ödənilməmiş hissə, 70 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 1710 (min yeddi yüz on) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat 10 (on) qəpik tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar