Məhkəmə qərarları › İş №e-2(011)-9093/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9093/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9093/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021 üçün 3323.34 (üç min üç yüz iyirmi üç manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 332.66 (üç yüz otuz iki manat altmış altı qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ÜTÜ MASASİ MAGNACOMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE üçün 635.28 (altı yüz otuz beş manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 65.72 (altmış beş manat yetmiş iki qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefon üçün 268.06 (iki yüz altmış səkkiz manat altı qəp) manat ödənilməmiş hissə, 26.94 (iyirmi altı manat doxsan dörd qəp) manat cərimə, Ümumilikdə 4670 manat borc, 66.70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2Ü02T1Ü, MASASİ MAGNA COMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 4670 (dörd min altı yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4825,92 (dörd min səkkiz yüz iyirmi beş manat doxsan iki qəpik) manat (24 ay x 201.08 manat + 0 manat ilkin ödəniş) , APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021 üçün ümumilikdə, 3656 (üç min altı yüz əlli altı) manat olmaqla ondan, 3323.34 (üç min üç yüz iyirmi üç manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 332.66 (üç yüz otuz iki manat altmış altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1151.82 (min yüz əlli bir manat səskən iki qəpik) manat (18 ay x 63.99 manat + 0 manat ilkin ödəniş) ÜTÜ MASASİ MAGNACOMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE üçün ümumilikdə, 719 (yeddi yüz on doqquz) manat olmaqla ondan, 635.28 (altı yüz otuz beş manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.72 (altmış beş manat yetmiş iki qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 751.92 (yeddi yüz əlli bir manat doxsan iki qəpik) manat (12 ay x 62.66 manat + 0 manat ilkin ödəniş) SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd, VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU**********34914 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 295 (iki yüz doxsan beş) manat olmaqla ondan, 268.06 (iki yüz altmış səkkiz manat altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.94 (iyirmi altı manat doxsan dörd qəpik) manat cərimə; Cəmi ödədiyi məbləğ 2484.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il , xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03466708 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021-i müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021 Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 10816197 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən İddiaçı, ÜTÜ MASASİ MAGNACOMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE müştəriyə satmış, o isə mallarrı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, ÜTÜ MASASİ MAGNACOMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03466709 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən İddiaçı, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefonu müştəriyə satmış, o isə mallarrı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əlavələrin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz peniya ödəyir. İş materiallarında olan 04 yanvar 2024-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021 üçün 3323,34 manat ödənilməmiş hissə, 332,66 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ÜTÜ MASASİ MAGNACOMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE üçün, 653,28 manat ödənilməmiş hissə, 65,72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefon üçün 268,06 manat ödənilməmiş hissə, 26,94 manat cərimə, ümumilikdə 4670 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********74 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 66,70 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC, Cavabdeh xx.xx.2024-cü il tarixdə müqavilə üzrə borcunu 3 iş günü müddətdə ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında, APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021 ÜTÜ MASASİ MAGNA COMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd, VİNİL ŞƏFFAF 2 ədəd İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefona dair xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır, iddiaçı, müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə - müqavilələrin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 3323,34 manat ödənilməmiş hissə, 332,66 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 653,28 manat ödənilməmiş hissə, 65,72 manat cərimə; xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, 268,06 manat ödənilməmiş hissə, 26,94 manat cərimə, ümumilikdə 4670 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 15 markalı komputer, MİCROSOFT OFFİCE HOME&STUDENT 2021 ÜTÜ, MASASİ MAGNA COMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefon üçün 3323,34 manat ödənilməmiş hissə, 332,66 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ÜTÜ MASASİ MAGNACOMFORT, ÜTÜ TEFAL, PLİTƏ GORENJE üçün, 653,28 manat ödənilməmiş hissə, 65,72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, SAMSUNG 35W CHARGER, PLYONKA İSTEHSALİ 2 ədəd,VİNİL ŞƏFFAF 2 ədəd, İMEİ KODU **********34914 SAMSUNG GALAXY A24 markalı telefon üçün 268,06 manat ödənilməmiş hissə, 26,94 manat cərimə, ümumilikdə 4670 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 66,70 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 3323,34 manat ödənilməmiş hissə, 332,66 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 653,28 manat ödənilməmiş hissə, 65,72 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 268,06 manat ödənilməmiş hissə, 26,94 manat cərimə, ümumilikdə 4670 (dörd min altı yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat 70 (yetmiş) qəpik Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar