Məhkəmə qərarları › İş №e-2(011)-9133/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9133/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9133/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Zeynallı (Zeynalova) Aytən Çingiz qızı ilə ləğv prosesində olan QSC “Bank Standart” KB arasında tərtib olunmuş 16 yanvar 2009-cu il tarixli 130/01/879/09 saylı kredit müqaviləsinə üzrə 1.106,22 manat qalıq borcun və ona hesablanmış faizlərin iddiaçı Zeynallı (Zeynalova) Aytən Çingiz qızının hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. O, bildirmişdir ki, cavabdeh Nəsimi rayonu ərazisində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının vəkili vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin vəsatətini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında qeydə alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Odur ki, cavabdeh tərəfin vəsatəti təmin edilərək, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Bakı şəhəri, Nəsimi rayonu ərazisində qeydiyyatda olduğundan, hazırkı mülki işə Xətai Rayon Məhkəməsində baxılması mümkünsüzdür və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar