Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-93/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00233-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 41140 manat məbləğində qalıq, ona hesablanmış 8 084,20 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8 862 manat məbləğində dəbbə pulu, cəmi 58 086,20 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 264,20 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, mənzil 3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158.1 kv.m sahəsi olan daşınmazəmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 200 000 AZN müəyyən olunmaqlaaçıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 41 140 manat məbləğində qalıq, ona hesablanmış 8 084,20 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8 862 manat məbləğində dəbbə pulu, cəmi 58 086,20 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 264,20 manat məbləğində pulun İddiaçı BOKTASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00233-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 kreditin əsas borcu üzrə 41140,00 manat məbləğində qalıq, ona hesablanmış 10872,52 manat faiz borcu, 16422,00 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 4021, 44 manat faiz, cəmi 72455,96 manat pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A,185, 187, 187A, 187B, 187C, 189, 189A, 189B, mənzil 3, yeni qaydalarla: Az 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində razılaşdırılmış 200000 manat müəyyən edilməklə hərracdan satılması və onun satışından əldə edilmiş pul hesabına borcun və dövlət rüsumu 374,20 manat məbləğində pulun İddiaçı BOKT ASC-nə ödənilməsi; ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi N.Nümayəndə iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin restruktruzasiyası məqsədilə xx.xx.2021-ci il tarixdə yeni kredit müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tariхli, 2021/00233-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 42000 məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Bundan sonra həmin məbləğ xx.xx.2021-ci il tarixli müqavilə üzrə kredit borcunun ödənilməsi üçün Kredit təşkilatına ödənilmiş, bu səbəbdən də verilmiş kredit məbləği nağd qaydada cavabdehə verilməmişdir. Cavabdehin qeyd etdiyi 39000 civarında məbləğin cavabdehə nağdılaşdırılaraq verilməsi barədə kassa çeki isə xx.xx.2021-ci il tarixli müqaviləyə aiddir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, mənzil 3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158.1 kv.m sahəsi olan daşınmaz əmlak ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu xx.xx.2021-ci il tariхli, 2021/00233- 01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpotekailə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 200 000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKTASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Sonda iddiaçının nümayəndəsi N.Nümayəndə deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və xx.xx.2022-ci il il tarixli məhkəmə iclasına həmin etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddianı qəbul etmirlər, çünki Bankın tələbi və təqdim etdiyi sənədlər əsassızdır. Belə ki, məxaric qəbzindən göründüyü kimi təşkilat cavabdehə xx.xx.2021-ci il tarixdə 39760 manat pul vəsaiti vermişdir. Hazırda isə cavabdehdən 42000 manat pul tələb edir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli kredit müqaviləsindəki imzalar borcluya məxsus deyil. Cavabdeh iddiaçının qeyd etdiyi kimi 42000 AZN pul vəsaiti Bankdan almamışdır. Cavabdeh mütəmadi olaraq ödənişləri etmiş, lakin bir müddət əvvəl belə rəqəm fərqi yarananda bankdan izah tələb etmiş və onlar guya Bankın vəziyyəti yaxşı olmadığından krediti sağlamlaşdırdıqlarını və kredit şərtlərində müəyyən dəyişilik etdiklərini qeyd ediblər. Halbuki, cavabdeh və həyat yoldaşına bu barədə heç bir məlumat vermədən edilməklə təşkilat kobud hüququ pozuntusu etmişdir. Tərəflər ipoteka müqaviləsi imzalasa da, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindəki imza cavabdehə aid deyil, həmçinin 42000 manat məbləğində pulun alınmasına dair da işdə sübut yoxdur, çünki həmin məbləğ cvavbdehə verilməmişdir.Digər bir məqam ondan ibarətdir ki, təşkilat onun əmlakının qiymətini qat qat aşağı yazmışdır. Həmin mənzil Koroğlu metrostansiyasının yanında, yeni tikilənbinalrda yerləşir. Mənzil Heydər Əliyev prospektində Asan Xidmət olan binada yerləşir. Həmin binada mənzilin kvadrat metri elə 4000 manat təşkil edir. Mənzili tam təmirlidir və yeni təmirdən çıxıb. Mənzilin hazırda bazar dəyəri 600.000 manat təşkil edir. İddiaçı isə mənzilin 200.000 manat qiymətləndirilməsini xahiş edir. Mənzilin qiymətləndirilməsi ilə razı deyilik. Sonda C Vəkil qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh1 və borc alan X3 arasında olan xx.xx.2021-ci il tarixli 2021/001112-01İP saylı X2 ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 22 aprel 2021-ci il tarixli 2021/00112--01 №-li İstehlak kredit müqaviləsinə, 13 iyun 2018-ci il tarixli 2018/00249-01 №-li İstehlak Kredit Müqaviləsinə və 09 sentyabr 2021-ci il tarixli 2021/00233-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir, ipoteka predmeti Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A,185, 187, 187A, 187B, 187C, 189, 189A, 189B, (yeni qaydalarla: Az 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158,10 kv.m ümumi sahədən ibarət 3 saylı mənzildir. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli 2021/00233-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən illik 30%-lə 42000 manat məbləğində kredit verilmişdir, kredit üzrə ödəniş xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.20221-ci il tarixdə 500 manat olmaqla, cəmi 2000 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 2021/00233-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən, bank tərəfindən kredit alana illik 30%-lə 12 ay müddətinə 42000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, kredit xx.xx.2021-ci il tarixli 2021/00112-01 №-li Kreditin restrukturizasiyası üçün verilmişdir. Həmin Müqavilənin əlavə şərtlərinə əsasən, Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyəti hüququ ilə tam Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, mənzil 3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) (reyestr nömrəsi: **********56-05301-093022, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) ipoteka qoyulur. İpoteka predmeti "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində likvid dəyəri 200000 (iki yüz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 hesabına 42000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Borc haqında arayışdan görünür ki, Cavabdeh2 2021/00233-01 №-li İstehlak Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan qalıq borc kreditə görə 41140 manat, müqavilə bitənə kimi hesablanmış faiz borcu 10872,52 manat, dəbbə borcu 16422 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz 4021,44 manat olmaqla, cəmi 72455,96 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2021/00112-01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 2021/00112-01 №li İstehlak Kredit Müqaviləsinə əsasən, bank tərəfindən kredit alana illik 30%-lə 24 ay müddətinə 40000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, Müqavilənin əlavə şərtlərinə əsasən, Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyəti hüququ ilə tam Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, mənzil 3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) (reyestr nömrəsi: **********56-05301-093022, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) ipoteka qoyulur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Məxaric orderindən görünür ki, xx.xx.2021-ci il tarixli 2021/000112-01 saylı kredit müqaviləsinə əsasən 39760 manat məbləğ Cavabdeh2 tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 3 saylı mənzil əsasında Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-ə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli elektron müraciətə əsasən hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, mənzil 3-ə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 bildiriş məktubu göndərilməklə ondan xx.xx.2021-ci il tarixli 2021/00233-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən borcunu ödəməsi tələb edilmiş, əks halda ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlayacağı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, m.3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 3075 nömrəli reyestr kitabının 287093 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 264,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1399 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 35-38-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli 2021/00233-01 saylı kredit müqaviləsində “Borcalan” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8943 saylı ekspert rəyindən görünür ki, maliyyə arayış məlumatları, xx.xx.2021-ci il tarixdə bağlanmış 2021/00233-01 №-li Kredit Müqaviləsi şərtlərini nəzərə alaraq Cavabdeh2 iddiaçı ) İddiaçı BOKT ASC-ə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 41140 manat, faiz borcu üzrə 7959,35 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 41140 manat, faiz borcu üzrə 10770,58 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, m.3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən mənzilin hazırkı bazar qiymətinin təqribən 498015 (dörd yüz doxsan səkkiz min on beş) manat və hazırkı bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 458490 (dörd yüz əlli səkkiz min dörd yüz doxsan) manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 350 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3272-9/3447 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, m.3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 434000 manat və likvid dəyəri 413000 manat məbləğində müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 12 ay müddətinə illik 30 faiz olmaqla 42000 manat məbləğində kredit verilməsini nəzərdə tutan 09 sentyabr 2021-ci il tarixli 2021/00233- 01№-li İstehlak Kredit Müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 42000 manat məbləğində krediti bankdan götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq ipoteka müqavilə bağlanmış, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, m.3 (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən mənzil İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 431000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas və faiz borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, tələb edilən əsas borc və faiz məbləğini müəyyən edərkən məhkmə mühasibatlıq ekspertinin rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas borc və faiz məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq əsas borc 41140 manat, faiz borcu üzrə 10770,58 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən 09 sentyabr 2021-ci il tarixli 2021/00233-01№-li İstehlak Kredit Müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 1500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləğini müəyyən edərkən "xxxx" MMC-nin rəyini və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə texniki-tikinti ekspertinin rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, hər iki ekspertiza üzrə əldə olunmuş nəticələr bir-birlərinə yaxın olduqlarından, bu rəylər sübut kimi qəbul edilməli, mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun dəyəri 413000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 09 sentyabr 2021-ci il tarixli 2021/00233-01№-li İstehlak Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 41140 manat,10770,58 manat məbləğində faiz və 1500 manat məbləğində dəbbə pulu, cəmi 53410,58 manat məbləğində borc İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158,10 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilin qiyməti 413000 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin İddiaçı BOKT ASC-yə olan borcu silinməli, satışdan əldə olunan pul qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməli, mənzil satıldıqdan 1 ay sonra mənzil boşaldılaraq təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 250,23 manat Cavabdeh2 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 124 manat, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat, əmlak qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyərini təşkil edən 350 manat cavabdehə aid edilməli, ondan 424 manat alınaraq dövlət büdcəsinə, 350 manat isə alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 09 sentyabr 2021-ci il tarixli 2021/00233-01№-li İstehlak Kredit Müqaviləsinə əsasən əsas borc kimi 41140 manat, faiz borcu kimi 10770,58 manat, cərimə borcu kimi 1500 manat olmaqla, cəmi 53410 (əlli üç min dörd yüz on) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 250 (iki yüz əlli) manat 23 (iyirmi üç) qəpik tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158,10 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, borc Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158,10 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “Finoko BOKT ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158,10 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilin likvid 413000 (dörd yüz on üç min) manat müəyyən edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, 183A, 185A, 185, 187, 187A, 187B, 187C, 189,189A, 189B, (yeni qaydalarla: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 185, M10, m3) ünvanında yerləşən 158,10 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququna xitam verilsin və mənzi boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh2 məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manat, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Cavabdeh2 Qiymətləndirməyə dair ekspertizası tədqiqatının dəyərini təşkil edən 350 (üç yüz əlli) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-93/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-93/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver