Məhkəmə qərarları › İş №e-2(011)-9344/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9344/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9344/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı X3, Cavabdeh X4 iştirakları ilə, İddiaçı X3 cavabdeh X5 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh X5 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 2012-ci il 12 may tarixində olan Ağdam rayon Qeydiyyat şöbəsində 754722 saylı aktla bağlanmış nikahın pozulması, birgə nikahdan olan övladları 2013-cü il təvəllüdlü Bərxudarov Kənan və 2016-cı il təvəllüdlü Bərxudarova Aynanın onun himayəsində qalması, birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay hər uşaq üçün 220 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X8 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, iddia tələbinin qismən qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh V.Bərxudarov eyni zamanda bildirmişdir ki, birgə nikahlarından olan 18 fevral 2013-cü il təvəllüdlü X6 və 09 sentyabr 2016-cı il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun himayəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında uşaqlarla bağlı mübahisə olduğu üçün 18 fevral 2013-cü il təvəllüdlü X6 və 09 sentyabr 2016-cı il təvəllüdlü X2 hansı valideynin yanında qalması barədə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 255.0.7-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası MPM-nin 258-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır və həmin məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 255, 256, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh X5 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair 2(011)-7944/2023 saylı mülki iş 18 fevral 2013-cü il təvəllüdlü X6 və 09 sentyabr 2016-cı il təvəllüdlü X2 hansı valideynin yanında qalması barədə rəy verilməsi üçün Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilsin. İş üzrə icraat rəy alınanadək dayandırılsın. Qərardadın dayandırmaya aid hissəsindən qərardad rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar