Məhkəmə qərarları › İş №e-2(011)-968/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-968/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-968/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh08 iyun 2023-cü il tarixdə №2306/05 saylı kredit müqaviləsi üzrə (əsas+faiz) (32870,68+4909,60) cəmi 37780,28 manat, 25 avqust 2023-cü il tarixdə №2308/08 saylı kredit müqaviləsi üzrə isə (əsas+faiz) (2293,95+360,65) cəmi 2654,60 manat. Yəni hər iki kredit üzrə cəmi (əsas+faiz) 40434,88 (qırx min dörd yüz otuz dörd manat, 88 qəpik) manat məbləğində borcun və ödənilmiş 211,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC -nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış aşağıda göstərilən 2 (iki)redit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. 1.1 Cavabdeh - Cavabdeh İddiaçı BOKT MMC-dən 08 iyun 2023-cü il tarixdə №2306/05 saylı kredit müqaviləsinə əsasən 35,354 (otuz beş min üç yüz əlli dörd) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən, cavabdeh, krediti və onun faizini İddiaçıBOKT MMC-dən kredit alınan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 24 ay ərzində ödəməlidir. Kredit dövrü ərzində ümumi məbləği (əsas+faiz) 35354,00+8158,65 cəmi 43512,65 (qırx üç min beş yüz on iki manat, 65 qəpik) manatı təşkil etmişdir. Ödənişlər ayda bir dəfə həyata keçirilir və ilk üç ayı yalnız faiz borcu (559,77 manat), qalan aylar isə 1992,06 manat təşkil edir. 1.2 Cavabdeh - Cavabdeh İddiaçı BOKT MMC-dən 25 avqust 2023-cü il tarixdə №2308/08 saylı kredit müqaviləsinə əsasən 3031.00 (üç min otuz bir) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən, cavabdeh, krediti və onun faizini İddiaçıBOKT MMC-dən kredit alınan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 12 ay ərzində ödəməlidir. Kredit dövrü ərzində ümumi məbləği (əsas+faiz) 3031,00+338,80 cəmi 3369,30 (üç min üç yüz altmış doqquz manat, 30 qəpik) manatı təşkil etmişdir. Ödənişlər ayda bir dəfə həyata keçirilir və 280,78 manat təşkil edir. 1.3 Cavabdeh yuxarıda göstərilən kredit müqavilələrin şərtlərini pozaraq İddiaçıBOKT MMC-nə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayılarına əsasən: · xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə (əsas+faiz) (2483,32+3180,80) cəmi 5664,12 manat ödədikdən sonra, · xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə (əsas+faiz) (737,06+143,72) cəmi 880,78 manat ödədikdən sonra, Ödənişləri ödəniş cədvəli üzrə həyata keçirməkdən imtina etmiş və 300 günə yaxın gecikmə yaranmışdır. Hal hazırda hər iki kredit müqaviləsi üzrə iddia tələbi aşağıdakı kimidir. - xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə (əsas+faiz) (32870,68+4909,60) cəmi 37780,28 (otuz yeddi min yeddi yüz səksən manat, 28 qəpik) manat qalıq borc, - xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə (əsas+faiz) (2293,95+360,65) cəmi 2654,60 (iki min altı yüz əlli dörd manat, 60 qəpik) manat qalıq borc təşkil edir. Hal hazırda Cavabdehİddiaçı BOKT MMCnə- hər iki kredit üzrə cəmi (əsas+faiz) 40434,88 manat borclu qalmışdır. Bundan əlavə Kredit müqavilələrin 3.6 və 3.7-ci maddəsinə əsasən, ödənişin gecikməsi bir günü ötərsə, gecikdirilmiş hər gün üçün əsas borcun ödənilməmiş məbləginin 0,1% məbləğində cərimə olacaqdır. Buna baxmayaraq cavabdehin hər iki kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Bizim xx.xx.2024-cü il tarixli, №FT/129 saylı pretenziya məktubumuza və çox saylı şifahi müraciətlərimizə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. Adı cəkilən pretenziya məktubunu dəfələrlə biz tərəfdən və kuryer şirkəti tərəfindən zəng və yazışma olmasına baxmayaraq qəbul etməkdən imtina edib. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 19.2.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2023-cü il tarixdə №2306/05 saylı kredit müqaviləsinə əsasən cavabdehə 35,354 (otuz beş min üç yüz əlli dörd) manat məbləğində, 25 avqust 2023-cü il tarixdə №2308/08 saylı kredit müqaviləsinə əsasən 3031.00 (üç min otuz bir) manat məbləğində kredit verilmiş, müqavilələrə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya ümumilikdə 40434,88 manat borclu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Belə olan halda məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmin Məcəllənin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış 08 iyun 2023-cü il tarixdə №2306/05 saylı və 25 avqust 2023-cü il tarixdə №2308/08 saylı kredit müqaviləsinə əsasən manat həcmində puu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və təmin edilmiş iddianın qiyməti (40434,88 manat) nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun əvəzi kimi 211,50 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 08 iyun 2023-cü il tarixli №2306/05 saylı və 25 avqust 2023-cü il tarixli №2308/08 saylı kredit müqaviləsinə əsasən 40434 (qırx min dörd yüz otuz dörd) manat 88 (səksən səkkiz) qəpik həcmində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 211 (iki yüz on bir) manat 50 (əlli) qəpik alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar