Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-99/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 02:50-də R.Behbudov küçəsində idarə etdiyi X8 markalı, ** FH *** nömrəli avtomobillə svetaforun qadağanedici işarəsi verildikdən sonra hərəkətini davam etdirdiyi üçün həmin avtomobilin mülkiyyət hüququ əsasında İddiaçı MMCyə məxsus “Fiat Doblo” markalı, ** JY *** nömrəli avtomobillə və bir neçə digər avtomobillərlə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir.
2. Yol-nəqliyyat hadisəsi araşdırılmış və inzibati xəta törətmiş şəxs – Cavabdeh barəsində Bakı şəhər DYPİ-nin polis mayoru X2 tərəfindən xx.xx.2022-ci il tarixli X7 iş üzrə İXP ******* nömrəli protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında eyni tarixdə ******* nömrəli qərar qəbul edilmiş və Hüseynov X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Protokola əsasən iddiaçıya məxsus avtomobilə maddi zərərin vurulması öz təsdiqini tapmışdır.
3. Bundan sonra dəymiş zərərin həcminin müəyyən edilməsi və avtomobilin təmiri ilə əlaqədar iddiaçı “Autocolors” avtoservisə müraciət etmiş (fiziki şəxs: X4, VÖEN: **********), adıçəkilən avtoservis tərəfindən detallara və görüləcək işlərə görə 10.596 (on min beş yüz doxsan altı) manat vəsaitin sərf olunacağı bildirilmiş və bununla əlaqədar xx.xx.2022-ci il tarixli “avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısı” tərtib edilmişdir.
4. Avtomobil icbari sığorta qaydasında sığorta edildiyinə görə dəymiş zərərin 2.180,95 (iki min yüz səksən manat doxsan beş qəpik) manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Qalan zərərin ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət edilsə də, o, bununla əlaqədar iddiaçıya hər hansı ödəniş etməmişdir.
İddiaçının tələbi:
5. İddiaçınə məxsus “Fiat Doblo” markalı, ** JY *** nömrəli avtomobilə vurulmuş zərərə görə 8.415,05 (səkkiz min dörd yüz on beş manat beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat olmaqla, cəmi 8.520,05 (səkkiz min beş yüz iyirmi manat beş qəpik) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, “Grand Avtoservis” qiymətləndirmə tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli qiymətləndirmə cədvəlinə əsasən, dəymiş yekun zərər 5200 manat məbləğindədir. Odur ki, daha öncə aparılmış rəyin birtərəfli düzgün aparılmadığı mövqeyindən çıxış edilməsi, təqdim edilmiş qiymətləndirmə rəyinin nəzərə alınmasını, iş materiallarına əlavə edilməsini və məhkəmə yekun aktı çıxarılarkən tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə diqqət yetirilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil öz izahatında bildirmişdir ki, birinci ekspert rəyini əsaslı sayırlar, iş materiallarına onlar tərəfindən qüsur aktı da əlavə edilmişdir. İkinci ekspert rəyində iki fərqli qiymət var və bunun əsaslandırılması yoxdur. Ona görə də birinci rəy etibarlıdır. İddia tələblərini müdafiə etmiş, məhkəmədən tələbin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, həmin maşının bugünkü günə olan ziyanı 5200 manatdır. Sonuncu əlavə edilmiş ərizədə bu aydın görünməkdədir. 5200 manatdan 2000 manat sığorta ödənişi çıxılarsa yerdə qalan pulun 1500 manatını ödəməyə hazırdır. Qalan pulu isə notarial qaydada müqavilə bağlamaqla aylıq ödəyə bilər. O maşını idarə edərkən maşın sürüşmüş və başqa maşına dəymiş həmin maşın isə şirkətin maşınına dəymişdir. 12 minlik maşına 10 minlik ziyan hesablanması çoxdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. xx.xx.2022-ci il tarixli X7 İXP ******* nömrəli protokola əsasən, Cavabdeh AR İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
10. xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında ******* nömrəli elektron qərara əsasən, Hüseynov X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir.
11. xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemi.
12. xx.xx.2022-ci il tarixli, 33-D/23 nömrəli etibarnaməyə əsasən, İddiaçı MMC-nin direktoru Hətəmov Hikmətə PİAT DOBLO adlı nəqliyyat vasitəsinin idarəsi üçün verilir. Etibarnamə 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək etibarlıdır.
13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən, ehtiyat hissələri üzrə cəmi zərər 6256 manat, iş cədvəli üzrə cəmi zərər 1090 manat, ümumilikdə zərər 7346 manat məbləğindədir.
14. "xxxx" ASC tərəfindən verilmiş CML-5836/2022-AKT6632/22 nömrəli, xx.xx.2022ci il tarixli sığorta aktına əsasən, "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərərin məbləği 7346 manat, hesablanmış sığorta ödənişi 2180,95 manat məbləğindədir.
15. “Autocolors” avtoservis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısına əsasən, cəmi zərər 10596 manat məbləğindədir.
16. Cavabdeh ekspertizanın təyin edilməsi haqqında vəsatətə əsasən, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin və avtomobilin təmiri ilə əlaqədar xərclərin müəyyən olunması üçün ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
17. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 13 iyul 2023-cü il tarixli 9/3410 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, nəzəri hesablama yolu ilə “**********” VÖEN xx.xx.2022-ci il tarixli qüsur aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılış “Fiat Doblo” markalı, **- JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9185 manat müəyyən edilmişdir.
18. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək öz vəsaiti hesabına təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
19. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 01 dekabr 2023-cü il tarixli 9/7711 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Fiat Doblo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7346 manat müəyyən edilmiş, nəzəri hesablama yolu ilə “AutoColorS” avtoservisin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Fiat Doblo” maraklı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9185 manat müəyyən edilmişdir.
20. “Grand Avtoservis” qiymətləndirmə tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli qiymətləndirmə cədvəlinə əsasən, dəymiş yekun zərər 5200 manat məbləğindədir.
21. Digər sənədlər.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
23. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu: 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
27. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
28. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “Fiat Doblo” markalı, ** JY *** nömrəli avtomobil və bir neçə digər avtomobillər zədələmişdir. Avtomobil icbari sığorta qaydasında sığorta edildiyinə görə dəymiş zərərin 2.180,95 (iki min yüz səksən manat doxsan beş qəpik) manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir.
29. Tərəflər arsında dəymiş ziyanın həcmi ilə bağlı mübahisə mövcuddur. Belə ki, mülki iş materiallarına əlavə edilmiş dəymiş zərərin hesablanması ilə bağlı müxtəlif məbləğlər əks olunan sənədlər mövcuddur. (§13, §15, §17, §19, §20)
30. “Fiat Doblo” markalı avtomobilin təqdim olunmuş fotoşəkillərini sözügedən qiymətləndirmə aktları (o cümlədən ekspert rəyləri) ilə müqayisəli tədqiq edən məhkəmə hesab edir ki, mübahisənin ədalətli həlli üçün sığorta şirkətinin aktı əsas götürülməli, iddiaçıya dəymiş ziyanın məbləği məhz həmin akt əsasında müəyyənləşdirilməlidir.
31. Belə ki, iddiaçının və cavabdehin sifarişi əsasında hesablama aparan şirkətlərin qiymətləndirmə aktlarında dəyişdirilməli hissələr və təmir bərpa işlərinin qiyməti arasında fərqlər mövcuddur. Cavabdehin təqdim etdiyi aktda qeyd edilmiş məbləğ ağlabatan və digər aktlarla mütənasib deyil. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş əmtəəşünaslıq ekspertizasının rəyləri də məhz mülki iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş CML-5836/2022-AKT6632/22 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta aktı və “Autocolors” avtoservis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli akt əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, aktlarda təmir bərpa işlərinin qiyməti arasında fərqlərin mövcudluğu heç bir aktda əsaslandırılmır. Bu isə azad bazar şəraitində xidmət haqqlarının müxtəlif hesablanmasından qaynaqlanır və sifarişçinin seçimindən asılıdır.
32. Məhkəmə hesab edir ki, iddiaçı tərəf "xxxx" ASC tərəfindən verilmiş CML- 5836/2022-AKT6632/22 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta aktı əsasında sığorta ödənişini alan zaman bu aktı mübahisələndirmədiyindən, akt tərtib olunan zaman avtomobilə real baxış keçirildiyini, eyni zamanda avtomobilə vurulmuş ziyan (fotoşəkillər) və sığorta aktı arasına mütənasiblik olduğundan məhkəmə Azsığorta” ASC tərəfindən verilmiş CML- 5836/2022-AKT6632/22 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta aktı əsas götürərək dəymiş ziyanın hesablanmasını ədalətli hesab edir.
33. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 5165,05 (7346-2180.95=5165,05) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 71,65 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə 50 manat və 100 manat məbləğində olmaqla, ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
36. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh maddi ziyana görə 5165,05 (beş min yüz altmış beş manat beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia verilərkən ödənilmiş 71,65 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat və 50 (əlli) manat olmaqla cəmi 150 manat Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova