Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-995/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh Rəşad oğluna 20000 (iyirmi min) manat borc pul vermişdir. Bununla əlaqədar 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh ondan aldığı 20000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh 20000 manat məbləğində borcu geri qaytarmır. O, dəfələrlə borcunu tələb etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh borcunu ödəməklə əlaqədar məktubla müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, 20000 manat məbləğində borc pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 14 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 14 yanvar 2022-ci il tarixədək borcverənə qaytarılması şərti ilə borc alan Cavabdeh faizsiz olaraq 20000 (iyirmi min) manat məbləğində borc pul vermişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə Cavabdeh müraciət edərək, xx.xx.2021-ci tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə uyğun olaraq öhdəliklərini icra etməsi və həmin müqavilə əsasında sonuncuya verilmiş 20000 manat məbləğində borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə xatırladır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında qanunvericiliyin şərtlərinə uyğun olaraq kredit müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklərin icrası müddəti müəyyən edilmişdir. Lakin müəyyən edilmiş müddət ərzində iddiaçının bildirdiyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri yerinə yetirilməmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi barədə iddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilmiş, lakin bu, müsbət nəticə verməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 20000 manat məbləğində borcu olması tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə təsdiq olunduğundan, borcalan tərəfindən müqavilə öhdəlikləri müəyyən edilmiş müddətdə icra edilmədiyi sübut olunduğundan cavabdeh-borcalan Cavabdeh iddiaçı-borc verən İddiaçı xeyrinə 20000 manat məbləğində pul vəsaititutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təşkil edən məbləğin tam həcmdə tutulması müəyyən edildiyi üçün iddianın məhkəməyə verilməsi zamanı ödənilmiş rüsum məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-995/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-995/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver