Məhkəmə qərarları › İş №e-2(012)-1009/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1009/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1009/2025 21.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2014-RO saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 10040,04 manat məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 120,12 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, bu mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2014-RO saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 9683,23 manat əsas borc, 26,95 manat faiz borcu olmaqla, cəmi 9710,18 manat məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 120,12 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, bu mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı yenə MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2014-RO saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 8154,25 manat əsas borc, 15,86 manat faiz borcu olmaqla, cəmi 8170,11 manat məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 120,12 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, bu mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra da iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2014-RO saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 7769 manat əsas borc və 6,52 manat faiz borcu olmaqla, ümumilikdə 7775,52 manat kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 120,12 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, bu mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" ASC-nin hazırki mülki iş (e-2(012)-1009/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 120.12 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-yə (VÖEN: **********) qaytarılsın. Ekspertiza xərci olan 100 manat pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis xərci olan 500 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar