Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1023/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (X1 qanun üzrə vərəsələri) 19 avqust 2020-ci il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqavilə üzrə əsas borca görə 1975,83 manat, faiz borcuna görə 478,34 manat olmaqla, cəmi 2454,17 manat məbləğində pulun və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz Filialı ilə X3 arasında bağlanmış 19 avqust 2020-cu il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən illik faiz dərəcəsi 25 % olmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 19 avqust 2020-cu il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqaviləyə görə borclu öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 19 avqust 2020-ci il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqavilə üzrə borcun məbləği əsas borca görə 1975,83 manat, faiz borcuna görə 478,34 manat olmaqla, cəmi 2454,17 manat təşkil edir. Nizami rayon Qeydiyyat Şöbəsinin verdiyi ölüm haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Hazırda bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X1 xx.xx.2021-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 19 avqust 2020-ci il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqaviləyə görə borcunu mərhumun qanun üzrə 1-ci dərəcəli vərəsələrindən tələb edir. Bakı şəhəri 18 saylı notariat ofisinin məlumatına görə xx.xx.2022-ci il tarixli 2V-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur. Bu səbəbdən 19 avqust 2020-cu il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqavilə üzrə qalıq borc tam şəkildə X1 qanun üzrə vərəsələri, yəni cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 avqust 2020-ci il tarixli, MFKRK-2033 saylı kartmane xidməti üzrə müqavilədən görünür ki, X2 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 25 faizlə 2000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, X1 qanun üzrə vərəsələrinin 19 avqust 2020-ci il tarixli, MFKRK-2033 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü tarixinə əsas borca görə 1975,83 manat, faiz borcuna görə 478,34 manat olmaqla, cəmi 2454,17 manat məbləğində borcu vardır. İş materiallarından olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə ölmüş X1 qanun üzrə vərəsələridirlər. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə X3 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, X3 müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, borcu yaranmışdır. Bank bu borcu özünün xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə əsaslandırmışdır. Bu arayışdan müəyyən olunur ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 19 avqust 2020-cu il tarixli, MFKRK-2033 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü tarixinə əsas borca görə 1975,83 manat, faiz borcuna görə 478,34 manat olmaqla, cəmi 2454,17 manat məbləğində borc yaranmışdır. Məhkəmə bu maliyyə arayışını borcun tutulması üçün mötəbər sübut kimi qəbul edir. Bununla belə, işdən görünür ki, kredit müqaviləsi üzrə borclu X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür və Cavabdeh1, Cavabdeh2, habelə Cavabdeh3 onun qanuni vərəsələridirlər. Bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş N.T.Səfərov xx.xx.2021-ci il tarixdə ölmüş, kredit öhdəlikləri (miras passivi) onun qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, habelə Cavabdeh3 keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, N.T.Səfərovun vərəsələri kimi Cavabdeh1, Cavabdeh2, habelə Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 1975,83 manat əsas borc, 478,34 manat faiz borcu olmaqla, cəmi 2454,17 manat pul alınaraq İddiaçı ASC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1975,83 manat əsas borc, 478,34 manat faiz borcu olmaqla, cəmi 2454,17 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 45 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1023/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1023/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver