Məhkəmə qərarları › İş №e-2(012)-1058/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1058/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1058/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsi üzrə 460,58 manat əsas borc, 170,18 manat faiz borcu olmaqla, 630,76 manat borc və xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı kredit müqaviləsi üzrə 765,62 manat əsas borc, 203,19 manat faiz borcu, 0,01 cərimə faizi olmaqla, 968,82 manat borcun, həmçinin ödənilmiş 36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********56 nömrəli X11 müqaviləsi və xx.xx.2023-cü il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X4 illik 24 faizlə, 36 ay müddətinə 1000 manat məbləğində kredit limiti ayrılmış və illik 17 faizlə, 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X2 xx.xx.2024-cü ilədək xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsi üzrə banka ödənilməmiş 460,58 manat əsas borc, 170,18 manat faiz borcu olmaqla, 630,76 manat borc, xx.xx.2023-cü il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 765,62 manat əsas borc, 203,19 manat faiz borcu, 0,01 cərimə faizi olmaqla, 968,82 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 36 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-39326/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən X4 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən X4 12 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X2 xx.xx.2024-cü il tarixədək xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsi üzrə banka ödənilməmiş 460,58 manat əsas borc, 170,18 manat faiz borcu olmaqla, 630,76 manat borc, xx.xx.2023-cü il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 765,62 manat əsas borc, 203,19 manat faiz borcu, 0,01 cərimə faizi olmaqla, 968,82 manat borcu qalmışdır. İş materiallarında olan 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Abşeron rayonu, Xırdalan şəhəri, X7, keçid-1, döngə-3, ev 40 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan, yəni Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Respublika Dəri Zöhrəvi X10 Şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-7/3-1373/2023 nömrəli məktubuna əsasən X2 480,10 manat pul məbləğindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 04 avqust 2024-cü il tarixli, 1364 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2023-cü il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Oğlu Cavabdeh onun vərəsəsidir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 739.1-ci, 1133.1-ci, 1151.1-ci və 1306.1-ci maddələri təşkil edir. İşin faktiki hallarından göründüyü kimi "xxxx" ASC ilə borclu-mərhum X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsi və xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın miras qoyanın oğlu — Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilmiş və ona 01 noyabr 2023-cü il tarixdə, 2V-434 reyestrlə 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisində miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum X5 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsi və xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı kredit müqaviləsi üzrə Cavabdeh vərəsə olaraq "xxxx" ASC qarşısında öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsi və xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 36 manat və 0,40 manat xidmət haqqı cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, BPM**********56 nömrəli X11 müqaviləsinə əsasən 460,58 manat əsas borc, 170,18 manat faiz borcu olmaqla, 630,76 manat və xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı kredit müqaviləsinə əsasən 765,62 manat əsas borc, 203,19 manat faiz borcu, 0,01 cərimə faizi olmaqla, 968,82 manat, ümumilikdə 1599,58 manat borc, ödənilmiş 36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı X2 vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar