Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1068/2024 01.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan tərəfindən ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pulun və dövlət rüsumunun əvəzi kimi 144 manat pulun tutularaq İddiaçı ödənilməsi və tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracddan satılmaqla həmin məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) X8 - 16 iyun 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, Azərbaycan Respublikası CM-nin 162- 1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313- cü maddələri ilə təqsirli bilinərək CMnin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 192.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə,CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə, CMnin 312.2- ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsas cəza ilə əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanıəsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 10 iyul 2014cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq X5 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. X9 - 21 noyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 308.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2. 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 162-1.1-cimaddəsi ilə 2 (iki) ilmüddətə azadlıqdan məhrumetmə, CMnin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 192.2.2- ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, CMnin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-inin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsas cəza ilə əlavə cəzları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3(üç) ilmüddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 09 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq X6 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. X4 - 10 iyun 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2. 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə, CM-nin 192.2.2-cimaddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsas cəza ilə əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimlicəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 11 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq X3 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmlə X2 Azərbaycan Respublikası CM-nin 308.2 və 311.3.3-cü maddələri ilə, X10 Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Həmin hökmlə təqsirləndirilən şəxslərə məxsus bir sıra əmlaklar, o cümlədən ** SK *** dövlət nömrə nişanlı “Nissan Juke” markalı daşınar əmlakın xüsusi müsadirə edilməsi hökm edilmişdir. Tərəfindən maraqlarına toxunan şəxs qismində həmin hökm mübahisələndirilmiş, lakin Sumqayıt Apellyatsiya Məhkəməsinin 1(1050-360/2023 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Lakin həmin hökmdə apellyasiya inistansiyası məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəfindən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri mümkün olması, növbəti ayların ödənişlərinin İddiaçı tərəfindən ödənilməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Bununlada müəyyən edilmişdir ki, avtomobilin ilkin və aylıq ödənişlərinin bir qismi cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına, yəni “MTK”-nın qanunsuz fəaliyyəti ilə əldə edilmiş pul vəsaiti hesabına edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərin mənafeyi nəzərə alınmaqla, habelə avtomobilin dəyərinin bölünüb bir hissəsinə müsadirə tətbiq edilməsi, bir hissəsinə tətbiq edilməməsi mümkün olmadığından kollegiya belə qənaətə gəlir ki, avtomobilə tətbiq edilmiş müsadirə qüvvəsində saxlanılmalı, İddiaçı həmin avtomobilə görə etdiyi hər hansı bir ödənişlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. Cavabdehlə arasında əmək müqaviləsi olmuş və o, rəsmi şəkildə cavabdeh MTK-nın əməkdaşı olmuşdur. Çalışdığı dövr ərzində ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobil İddiaçı ilə NBC Bank ASC arasında bağlanmış xx.xx.2013- cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə kreditlə əldə edilmiş, kredit müqaviləsi üzrə öhdəlikər İddiaçı tərəfindən ödənilməklə xx.xx.2016-cı il tarixədək kredit ödənilmişdir. Məhkəmənin qərarındada qeyd edildiyi kimi həmin avtomobilin alınması üçün 2000 manat ilkin ödəniş və cəmi 10 müddətində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü ilin 7-ci ayınadək aylıq 764.70 manat olmaqla ümumilikdə 7647 manat pul vəsaiti ödənilmişdir. Belə ki, avtomobilin ilkin ödənişi və 10 aylıq ödənişləri məhkəmə hökmünə əsasən MTK tərəfindən ödənilməsi qeyd edilsə də əsl həqiqətdə həmin pul vəsaitləri də ona ödənilməli olan faiz məbləğləri idi. Belə ki, satış təmsilçiləri satışdan müvafiq faizlər alırdı ki, bunu da ona avtomobilin alınması və pulun ona ödənilməsi ilə əvəzləşdirmişdir. Bundan başqa avtomobilin ümumi dəyəri (kredit məbləği və faizlə birlikdə) 27529.22 manat təşkil etmiş məhkəmənin müəyyən etdiyinə görə bunun 9647 manatı cavabdehin vəsaiti hesabına ödənilmişdir. Geri qalan 17882.22 manat onun şəxsi vəsaiti hesabına ödənilmiş və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq edilmişdir. Həmin pul məbləği dəymiş zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-60/2017 saylı, 10 iyul 2017-ci il tarixli hökmünün “Nissan Juke” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilməsi hissəsi dəyişdirilmədən saxlanılması, İddiaçı həmin avtomobilə görə etdiyi hər hansı bir ödənişlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Mülki işin materiallarından olan Ləğv prosesində olan "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC ile İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 00/10885/AFS saylı Kredit müqavilesine esasen 36 (otuz altı) ay müddetine qaytarılmaq şərti ilə 21751(iyirmi bir min yeddi yüz alli bir) manat mebleğinde kredit ayrılmışdır. xx.xx.2016-cı il tarixində yuxarıda qeyd olunan kredit müqavilesi bank qarşısında olan borc öhdəliyi tam icra olunmuşdur. 25.09,2023-ci il tarixinə onun ləğv prosesinde olan "xxxx" qarşısında xx.xx.2013-cü il tarixli 00/10885/AFS saylı Kredit müqaviləsinə əsasən öhdəliyi mövcud deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Onun adına bağlanmış kredit müqaviləsinin ilk ödənişini və ilk 10 aylıq ödənişlərini “Sevil MTK” tərəfindən ödənildiyi üçün “Nissan Juke” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilmişdir. Lakin sözügedən kredit müqaviləsi üzrə qalan ödənişlər İddiaçı tərəfindən ödənilmiş və bu məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəfindən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri-mümkün olması, növbəti ayların ödənişlərinin İddiaçı tərəfindən ödənilməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Bununla da müəyyən edilmişdir ki, avtomobilin ilkin və aylıq ödənişlərinin bir qismi cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına, yəni “MTK”-nın qanunsuz fəaliyyəti ilə əldə edilmiş pul vəsaiti hesabına edilmişdir. Hazırda iddiaçı Cavabdeh MTK-dan tərəfindən ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pulun və dövlət rüsumunun əvəzi kimi 144 manat pulun tutularaq İddiaçı ödənilməsi və tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracddan satılmaqla həmin məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində “Nissan Juke” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilmiş və buna görə də İddiaçı 17882,22 manat maddi ziyan dəymişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da bu hal öz təsdiqini tapmışdır, məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi” Qaydasının 1.2-ci bəndinə görə, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır. Həmin Qaydanın xüsusi müsadirə edilmiş əmlakın aidiyyəti üzrə təhvil verilməsi, istifadəsi və satışını tənzimləyən 3-cü bəndi ilə bəzi əşyaların aidiyyəti üzrə müvafiq dövlət orqanları və təşkilatlarına (məsələn, pul vəsaitlərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X1 Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına, mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə) təhvil verilməli olduğu təsbit edilmişdir. Xüsusi müsadirə edilmiş əmlakın satışının isə Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 3 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir. Məhkəmə, iddia tələbinin tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracdan satılmaqla həmin məbləğin ödənilməsi barədə hissəsinin göstərilən normaları tətbiq etməklə əsaslı olmadığı qənaətinə gələrək, bu hissədə təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi pul tələbi hissəsində tam təmin edildiyindən ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan iddiaçı tərəfindən ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pul və 144 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan iddiaçı tərəfindən ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pul və 144 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1068/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1068/2024
01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver