Məhkəmə qərarları › İş №e-2(012)-109/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-109/2023

30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-109/2023 30.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1035 manat və 40 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 1175 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli AL-1719 saylı “X2” əsasında lizinqə verilmiş “RAVON NEXİA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi ADİ 10474 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039484 ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində araməsafəsi qaydalarını pozmuşdur və xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1035 manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 1035 manat zərər dəymişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi 23 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdehə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. 18 noyabr 2021-ci il tarixdə də Cavabdeh pretenziya göndərilmiş, lakin pretenziyaya heç bir cavab verilməmişdir. Bundan əlavə cavabdeh 900 manat məbləğində depozit qoysa da, müqavilənin şərtlərinə əsasən, avtomobil 3 aydan tez qaytarılarsa, depozit geri qaytarılmır. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iclasında izahatında bildirdi ki, “RAVON NEXİA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi ADİ 10474 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039484 ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün onn istifadəsinə verilmişdir. O avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yol-nəqliyyat hadisəsi törətdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Həmçinin maşını təhvil alarkən İddiaçı maşına görə depozitə 900 manat məbləğində pul qoymuşdur. Cavabdeh əlavə olaraq mülki iş üzrə məhkəmə tədqiqatıın yekunlaşması mərhələsində 13 yanvar 2021-ci il tarixli icarə müqavilədindəki imza oxşasa da, ona məxsus olmadığını məhkəmənin diqqətinə çatdıraraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli, 78 saylı icarə müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli AL-1719 saylı “X2” əsasında lizinqə verilmiş “RAVON NEXİA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi ADİ 10474 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039484 ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı Şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “RAVON NEXİA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi ADİ 10474 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039484 ağ rəngli) avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 9/6848 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS servis”-in xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 850 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 9/6848 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, “RS servis”-in xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 850 manat müəyyən edilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli AL-1719 saylı “X2” əsasında lizinqə verilmiş “RAVON NEXİA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi ADİ 10474 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039484 ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində araməsafəsi qaydalarını pozmuş və xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP_4154862 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində “RAVON NEXİA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi ADİ 10474 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039484 ağ rəngli) avtomobilə zərər dəymişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 850 manat məbləğində pul və 40 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan Bakı Şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə təstiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Cavabdeh son məhkəmə iclasında 13 yanvar 2021-ci il tarixli icarə müqavilədindəki imza oxşasa da, ona məxsus olmaması barədə izahatı yalnız formal mülahizəyə əsaslandığından mənhkəmə həmin izahata tənqidi yanaşmışdır Bundan başqa 2017-ci il buraxılışlı “Ravon Nexia” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil 3 aydan tez iddiaçıya qaytarıldığından, cavabdeh tərəfindən depozitə qoyulmuş 900 manat tərərlər arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən depozitin geri qaytarılmaması nəzərdə tutulduğundan və tərəflər könüllü olaraq iradə ifadələrini nümayiş etdirdiyindən, cavabdehin həmin xüsusata da istinad etməsinin hüquqi əsası yoxdur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 noyabr 2022-ci il tarixli, 9/6848 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçının hüquqi yardımla əlaqədar ödədiyi 100 manat məbləğində xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 850 manat pul, 40 manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 990 manat pul tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 noyabr 2022-ci il tarixli, 9/6848 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar