Məhkəmə qərarları › İş №e-2(012)-1103/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1103/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1103/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı mənzillərin qaytarılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” xx.xx.2014-cü il tarixli E\0392 saylı müqaviləyə əsasən, cavabdeh "xxxx" MMCyə məxsus Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF-PARK” yaşayış massivindəki 1B saylı küçədə inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72.0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili 46 800 manat, 2. həmin binada 72.0 kv.m olan 2 otaqdan ibarət 29 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0151 saylı Müqaviləyə əsasən 46 800 manata, 3 yenə həmin binada 76.0 kv.m olan 2 otaqlı 30 saylı mənzili xx.xx.2015-ci il tarixli E\153 saylı müqaviləyə əsasən 49 400 manata, 4.eyni ünvanda 45.0 kv.m olan 1 otaqdan ibarət 18 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0167 saylı müqaviləyə əsasən 29 250 manata, 5.eyni ünvanda 76.0 kv.m olan 2 otaqdan ibarət 16 saylı mənzili xx.xx.2015ci il tarixli E\0169 saylı müqaviləyə əsasən 46800 manata, 6.eyni ünvanda 55.0 kv.m olan 1 otaqdan ibarət 13 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0179 saylı müqaviləyə əsasən 35750 manata, 7.eyni ünvanda 55.0 kv.m olan 1 otaqdan ibarət 15 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0180 saylı müqaviləyə əsasən 35750 manata, 8.eyni ünvanda 72.0 kv.m olan 2 otaqdan ibarət 17 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0182 saylı müqaviləyə əsasən 46800 manata, 9.eyni ünvanda 52.4 kv.m olan 1 otaqdan ibarət 14 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0184 saylı müqaviləyə əsasən 30060 manata və 10. "xxxx" MMCyə məxsus Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilən 12 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 92.8 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0025 saylı müqaviləyə əsasən 60320 manata alqı-satqı yolu aldığı mənzillərin onun sahibliyinə və istifadəsinə verilməsi, onun həmin mənzillərə köçürülməsi və həmin mənzillərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin ona verilməsinə dair öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və onun ödədiyi 100 manat dövlət rüsumu, 320 manat hüquqi xidmətə görə pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC–dən “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” xx.xx.2014-cü il tarixli E\0392 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF-PARK” yaşayış massivindəki 1B saylı küçədə inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72.0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili 46 800 manat, həmin binada 72.0 kv.m olan 2 otaqdan ibarət 29 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0151 saylı Müqaviləyə əsasən 46 800 manata, yenə həmin binada 76.0 kv.m olan 2 otaqlı 30 saylı mənzili xx.xx.2015-ci il tarixli E\153 saylı müqaviləyə əsasən 49 400 manata, 4.eyni ünvanda 45.0 kv.m olan 1 otaqdan ibarət 18 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0167 saylı müqaviləyə əsasən 29250 manata, eyni ünvanda 76.0 kv.m olan 2 otaqdan ibarət 16 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0169 saylı müqaviləyə əsasən 46 800 manata, eyni ünvanda 55.0 kv.m olan 1 otaqdan ibarət 13 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0179 saylı müqaviləyə əsasən 35 750 manata, eyni ünvanda 55.0 kv.m olan 1 otaqdan ibarət 15 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0180 saylı müqaviləyə əsasən 35 750 manata, eyni ünvanda 72.0 kv.m olan 2 otaqdan ibarət 17 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0182 saylı müqaviləyə əsasən 46 800 manata, eyni ünvanda 52.4 kv.m olan 1 otaqdan ibarət 14 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0184 saylı müqaviləyə əsasən 30 060 manata və "xxxx" MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF- PARK” yaşayış massivindəki B kompleksində inşa edilən 12 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 92.8 kv.m olan 3 otaqdan ibarət 3 saylı mənzili xx.xx.2015-ci il tarixli E\0025 saylı müqaviləyə əsasən 60 320 manata alqı-satqı yolu ilə aldığı mənzillərin cavabdeh tərəfindən başqasına satılması nəticəsində bugünkü bazar qiyməti ilə iddiaçıya 868 660 manat məbləğində maddi ziyan vurulduğundan həmin 868 660 manat məbləğin, iddiaçının ödədiyi 100 manat dövlət rüsumu, 320 manat hüquqi xidmətə görə pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə və cavabdehin əməlində dələduzluq cinayətinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını, "xxxx" MMC-nin təsisçisi X1 iddia tələbi ilə bağlı cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil ərizəsini onunla əsaslandırmışdır ki, Məhkəmənin nəzərinə çatdırırıq ki, mülki iş üzrə İddiaçı ********** nömrəli VÖEN-ə sahib olmaqla vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Hesab edirik ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin də vergi ödəyicisi olması və tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər dairəsinə aid olduğu üçün, məhkəmə mübahisəsinə baxılması üçün müraciət aidiyyəti kommersiya məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı- ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (12 və 13-cü bəndlər). Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, İnternet Vergi İdarəsindən vergi ödəyicisinin məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı ********** saylı VÖEN-ə, cavabdeh "xxxx" MMC isə ********** saylı VÖEN-ə əsasən fəaliyyət göstərən kommersiya subyektləridir. Hazırki mülki işdə hər iki tərəfin vergi ödəyicisi kimi kommersiya subyekti olduqları mübahisəsizdir. Göründüyü kimi, tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Hesab edir ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirik ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edirik ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, o, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi tərəfindən verilmiş vəsatətə etiraz edir. İddiaçı VÖEN-i olsa da, iddiaçı mənzilləri satışı ilə məşğul olmamışdır. İddiaçı maddi imkanı yaxşı olduğundan sadəcə həmin mənzilləri almışdır, mənzilləri satmaq və gəlir əldə etmək məqsədi yoxdur. Gələcəkdə hətta iddiaçı həmin mənzilləri satsa da, dövlətə vergi verəcəkdir. Odur ki, o, işin aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməli, hazırki mülki işin aidiyyatı üzrə göndərilməsi zərurəti müəyyən edildiyindən, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan: -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Vöen: ********** nömrəsi ilə AZ1065, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, "xxxx" MMC Vöen: ********** nömrəsi ilə AZ0100, ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 24.2. maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə tərəflər İddiaçı və "xxxx" MMC vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. Mübahisənin subyektiv tərkibi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan iddia tələbi tərəflər arasında sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, işin mahiyyətindən görünür ki, tərəflər arasında işgüzar əlaqələr olmuş, həmi əlaqələrdən irəli gələrək iddiaçı ilə cavabdeh arşında görülmüş işlərin müqabilində xeyli sayda mənzillərin alqı-satqısı baş vermişdir. Tərəflər arasında həmin mənzillərə dair sonradan imzalanmış razılaşma əqdindən də bunlar öz təsdiqini tapır. Göründüyü kimi iddiadakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflərin subyektiv tərkibi və mübahisənin predmeti sahibkarlıq fəaliyyəti lə bağlı olduğundan hazırki mülki iş kommersiya mübahisələrinə aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarına əsasən, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Həmin Qərarın 11-ci bəndinə əsasən, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda qeyd edilir ki, kommersiya mübahisəsinin subyektlərinin dairəsinə aiddir: (müəyyən şərtlər çərçivəsində mülki hüquq münasibətlərinin bütün tərəfləri kommersiya mübahisəsinin subyekti ola bilərlər): - Kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla) - Fərdi sahibkarlar; -Qeyri-kommersiya hüquqi şəxsləri (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə); - Publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə); - Dövlət orqanları və bələdiyyələr (mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında sahibkarlıq subyektləri ilə bağlanmış mülki hüquqi əqdlərdən irəli gələn tələblər üzrə); - Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində). Həmin Qərarda qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarını nəzərə alıb hesab edir ki, ərizə təmin edilməli, hazırki mülki işdə subyektiv tərkibinə görə iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olmaqla, iddia tələbi predmetinə görə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətdən irəli gələn mübahisə olduğundan mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı, bu səbəbdən də hazırki mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar