Məhkəmə qərarları › İş №e-2(012)-1316/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1316/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1316/2025 23.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının təmin olunması, mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv edilməsi, cavabdehin çıxarılması, sahiblik hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə “A” giriş, 08-cu mərtəbəsində 47 saylı mənzilə dair cavabdehlə bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə və xx.xx.2017-ci il tarixli maliyyə arayışının ləğv edilməsi, cavabdehin həmin sahədən çıxarılması və sahiblik hüququna xitam verilməsi, 2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının təmin olunması, mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Abşeron rayonu, 21-ci məhəllədə tikdiyi çoxmərtəbəli binasında “A” giriş” 8-ci mərtəbədə yerləşən, sahəsi 164,21 kv. metr olan, 47 saylı mənzilə dair onun sahiblik və istifadə hüquqlarının təmin olunması, həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, X1 həmin mənzilə dair sahiblik hüquqlarının ləğv olunması və mənzildən çıxarılmasına dair qərarının çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil məhkəməyə vəsatət ünvanlayaraq, ünvan 116/2025 saylı mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil vəsatətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 -ci məhəllədə yerləşən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsindəki 47 saylı mənzilə dair mənim sahiblik və istifadə hüquqlarımın təmin olunması, həmin mənzilin mənə təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, Cavabdeh2 həmin mənzilə dair sahiblik hüquqlarının ləğv olunması və mənzildən çıxarılmasına” barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən qeydiyyata alınaraq hakim Habil Əhmədovun icraatına verilmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 MMC Cavabdeh2 qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının “A” girişinin 8-ci və 10-cu mərtəbəsindəki 47 və 55 saylı mənzillərə dair alqı-satqı müqavilələrinin və maliyyə arayışlarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizələri Abşeron rayon məhkəməsi tərəfindən bir icraatda birləşdirilərək hakim Habil Əhmədovun icraatına verilmişdir. Göründüyü kimi iddia eyni tərəflər arasında və eynicinsli mübahisə ətrafında olduğundan hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" MMC Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv edilməsi, cavabdehin çıxarılması, sahiblik hüququna xitam verilməsi barədə iddia ərizəsi 2(012)-584/2025 sayla xx.xx.2024-cü il tarixində hakim Habil Əhmədovun icraatına daxil olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının təmin olunması, mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi isə 2(012)-1316/2025 sayla xx.xx.2024-cü il tarixində hakim Habil Əhmədovun icraatına daxil olmuşdur. Göründüyü kimi hər iki tərəfin iddia ərizəsi eyni xarakterli tələblərdən ibarətdir. Ona görə də hər iki işin eyni xarakterli, iddiaların isə eyni cavabdehə qarşı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, hazırki 2(012)-1316/2025 saylı mülki iş 2(012)-584/2025 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. -43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. -169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı sahiblik və istifadə hüquqlarının təmin olunması, mənzilin təhvil verilməsi tələbinə dair 2(012)-1316/2025 saylı mülki iş, iddiaçı "xxxx" MMC Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv edilməsi, cavabdehin çıxarılması, sahiblik hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(012)-584/2025 saylı mülki işlə birləşdirilsin. Mülki işlər bir icraatda birləşdirildiyindən 2(012)-1316/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar