Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3319/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh4 (üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisi) qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilələrə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında “Mənzil alqısatqısı haqqında” 25 aprel 2014-cü il tarixli iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, Cavabdeh1 MMC ünvan 1 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında mənzilləri satmaq hüququ ilə inşa etdiyi yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzili və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzili “Alıcı”ya – İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. 42 saylı mənzilə dair Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin dəyəri 42300 (qırx iki min üç yüz) AZN, 45 saylı mənzilə dair Müqavilənin 3-cü bəndinə əsasən isə, mənzilin dəyəri 60691 (altmış min altı yüz doxsan bir) AZN olmuşdur. Həmin məbləğlər iddiaçı tərəfindən tam olaraq ödənilmiş və bu barədə ona 25 aprel 2014-cü il tarixli Maliyyə Arayışları verilmişdir. Maliyyə Arayışlarında qeyd olunur ki, mənzillərin ümumi dəyəri Alıcı İddiaçı tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. İddiaçı dəfələrlə cavabdehlər Cavabdeh1nə və "xxxx" Mənzil Tikinti Kooperativinə müqavilə şərtlərinə uyğun olaraq mənzillərin ona təhvil verilməsini tələb etsə də, cavabdehlər indiyədək mənzilləri təhvil verməmiş və bununla bağlı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Halbuki Cavabdeh1 MMC ilə aralarında bağlanmış hər iki müqavilənin 2-ci bəndində qeyd olunur ki, “MMC” mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarını həyata keçirmək imkanlarından məhrum olmuşdur. Odur ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilin və həmin binanın “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilinin ona təhvil vermək vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək bildirmişdir ki, iddia ərizəsini təqdim etdiyi vaxt mübahisə predmeti olan mənzillərin qanunsuz olaraq digər şəxslərə satılması barədə məlumatı olmamışdır. Sonradan əldə etdiyi məlumata görə, ona məxsus 45 saylı mənzilə dair digər şəxslə də qanunsuz olaraq Bakı şəhəri 43 saylı notariat ofisində 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 43 saylı notariat ofisinə həmin müqaviləyə dair notariat işinin təqdim edilməsi ilə bağlı verdiyi sorğuya cavabdan aydın olur ki, qeyd olunan ilkin alqı-satqı müqaviləsi “Satıcı” “Cavabdeh3 ilə “Alıcı” Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı haqqında müqaviləsi”nə əsasən bağlanmışdır. xx.xx.2014-cü il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı haqqında müqaviləsi” guya "xxxx" MMC-nin direktoru X3 ilə alıcı Cavabdeh3 arasında bağlanmışdır. Lakin həmin müqavilənin saxta olması açıqaşkar görünür. Belə ki, guya müqavilə "xxxx" MMC-nin hazırda həbsdə olan keçmiş direktoru X3 tərəfindən imzalanmışdır. Halbuki imzanın tamamilə başqa şəxsə məxsus olduğu görünür. Müqavilənin tərtibi forması, üslubu, şrifti və s. elementləri də fərqlənir. Bütün bunlardan əlavə, təkcə bir fakt yetərlidir ki, həmin müqavilə etibarsız hesab edilsin. Belə ki, müqavilədə alıcı Cavabdeh3 yeni nəsil şəxsiyyət vəsiqəsi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələri isə 2018-ci ildən etibarən verilməyə başlanmışdır. Necə ola bilər ki, şəxs yeni nəsil şəxsiyyət vəsiqəsi ilə 2014-cü ildə müqavilə bağlasın? “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Cavabdeh3 xx.xx.1986-cı il təvəllüdlüdür. Onun şəxsiyyət vəsiqəsində vəsiqənin etibarlılıq müddəti xx.xx.2031-ci il göstərilmişdir. Buradan aydın olur ki, ona şəxsiyyət vəsiqəsi 2021-ci ildə verilib. 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsində də şəxsiyyət vəsiqəsinin xx.xx.2021-ci il tarixində verildiyi barədə qeyd var. Deməli, Cavabdeh3 həmin şəxsiyyət vəsiqəsi ilə 2014-cü ilə gedib müqavilə bağlaması mümkün deyil və bu fakt guya "xxxx" MMC-nin direktoru X3 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin saxta olduğunu və etibarsızlığını sübut edən mübahisəsiz haldır. Əldə etdiyi məlumata görə, ona məxsus mənzilə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilə dair Cavabdeh4 ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli daha bir alqı-satqı müqaviləsi bağlanıb və Cavabdeh4 hazırda həmin mənzildə yaşayır. Notariat işində olan sənədlərdən biri də "xxxx" MMC tərəfindən verilən xx.xx.2014-cü il tarixli “Maliyyə Arayışı” adlı sənəddir. Guya həmin sənəd də "xxxx" MMC-nin keçmiş direktoru Xanlar Cəfərov tərəfindən imzalanmışdır. Həmin sənəddə qeyd olunur ki, mənzilin ümumi dəyəri 60000 AZN məbləğində alıcı Cavabdeh3 tərəfindən tam ödənilmişdir. Onlara təqdim edilən xx.xx.2021-ci il tarixli digər “Maliyyə Arayışı” adlı sənəddə isə qeyd olunur ki, eyni mənzilə görə Cavabdeh4 tərəfindən də 60000 AZN ödənilmişdir. Göründüyü kimi, həm "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin, həm həmin müqaviləyə istinadən bağlanmış 27 sentyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin, həm də eyni mənzilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı açıqaşkardır. Odur ki, göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilinin alqısatqısına dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin, həmin mənzilə dair xx.xx.2021-ci ildə Bakı şəhəri 43 saylı notariat ofisində Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış və Reyestrdə 3M-2798 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin və cavabdeh "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və ona təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və bildirdi ki, onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə əsasən, MMC-yə məxsus Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən binanın V girişi yaşayış sahəsinin 8-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 129,13 kv/metr, ümumi dəyəri 60000 (altmış min) manat olan 45 saylı mənzil ona satılmışdır. Onun tərəfindən qeyd olunan məbləğ ödənilmiş, MMC-yə borcu olmaması ilə bağlı AVRO QRAND” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maliyyə arayışı verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mənzilə dair Cavabdeh3 ilə aralarında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, məhkəmə iclasınını keçririlməsi ilə əlaqədar işlərinin çoxluğunu nəzərə alaraq nümayəndələrinin iştirakı olmadan kçeirilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh3, ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Satıcı "xxxx" MMC-nin direktoru X3 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 4, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqdan ibarət 42 saylı mənzili ümumi dəyəri 42300 manat olmaqla alıcıya satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 4, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69.15 kv.m olan, 42 saylı mənzilin ümumi dəyəri 34575 manat olmaqla alıcı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin ümumi dəyəri 60691 manat olmaqla alıcı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur. - Satıcı "xxxx" MMC-nin direktoru X3 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60691 manat olmaqla alıcıya satmışdır. - Satıcı "xxxx" MMC-nin direktoru X3 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60000 manat olmaqla alıcıya satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin ümumi dəyəri 60000 manat olmaqla alıcı Cavabdeh3 tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur. - Satıcı "xxxx" MMC-nin direktoru X1 ilə alıcı Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, MMC ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzili ümumi dəyəri 60000 manat olmaqla alıcıya satmışdır. - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 5 ünvanında inşa edilən “V” girişli, 8-ci yaşayış məntəqəsində 3 otaqlı ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh3 satılacaq mənzili 60000 manat qiymətləndirir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilin ümumi dəyəri 60000 manat olmaqla alıcı Cavabdeh4 tərəfindən tam ödənilmiş, MMC-yə borcu yoxdur. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/240 nömrəli arayışdan görünür ki, Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (Qalubiyyə) 21-ci məhəllədə yerləşən "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının V blokunun 9-cu mərtəbəsində 45 nömrəli mənzildə xx.xx.2021-ci ildən yaşayır. - "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkəmənin 2(012)-3319/2023 saylı, 23 iyun 2023-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 18 yanvar 2014-cü il tarixdə "xxxx" MTK (sədr Nümayəndə3) ilə Cavabdeh1 MMC (direktor X3) arasında podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qalubiyyə) küçəsindəı 21-ci məhəllə ünvanında olan torpaq sahəsində layihə əsasında 12 mərtəbəli 7 girişli yaşayış binasının 5 girşini Cavabdeh1 MMC tərəfindən tikilməsi istifadəyə və təhvil verilməsi razılaşdırılmışdır. Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən Podratçı Cavabdeh1 MMC sifarişçi "xxxx" MTK-nın ona təqdim etdiyi layihə sənədləri əsasında 5 girişli 12 mərətəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, abadlıq və kommunikasiya işlərini öz şəxsi vəsaiti hesabına həyata keçirir, bunun mıiqabiləndə sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, torpaq üzərində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni {əlli faizini) podratçıya verir. Podrat müqaviləsinin 2.4-cii bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50%) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş hər iki tərəfin təsdiq etdiyi dislokasiya (cədvəl) bölgüsü əsasında ayrı-ayrılıqda aparır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri "xxxx" MTK-da lazımı qaydada təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. Məktubda qeyd olunan B girişindəki 42 nömrəli, V girişindəki 45 nömrəli mənzillər bölgüyə əsasən Cavabdeh1 MMC tərəfindən satılması nəzərdə tutulub. Həmin mənzillərin İddiaçı satılması barədə nə Cavabdeh1 MMC, nə də İddiaçı "xxxx" MTK-ya heç bir məlumat verməmişlər. Lakin 2023cü il may-iyun ayları ərəfəsində İddiaçı qardaşı Ramil Abdullayev "xxxx" MTK-ya müraciət edərək, yuxarıda göstərilən mənzilləri 2014-cü ildə “Avro Qrand“ MMC-dən qardaşı İddiaçı adına almasını bildirmişdir. Hal-hazırda 42 nömrəli mənzil boşdur. 45 nömrəli mənzil isə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına "Avro Qrand” MMC-nin direktoru X1 tərəfindən rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, 1.1. Abşeron rayon icra hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə "xxxx"MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qolubiyya) küçəsində 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişlisinin Cavabdeh1 MMC tərəfindən tikilməsi istifadəyə və təhvil verilməsi nəzərdə tutulur. 2.1. Təsdiq edilmiş layihə əsasmda 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisinin “AVRO MMC” (bundan sonra podratçı) tərəfindən tərəflər arasında hazırkı müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3-il 6-aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulur. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı və ünvan 4, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqdan ibarət 42 saylı mənzillərə dair "xxxx" MMC-nin direktoru X3 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilələri bağlanmışdır. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı və ünvan 4, tikintidə olan yaşayış binasının “B” giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.m olan 2 otaqdan ibarət 42 saylı mənzillərə dair bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqısatqısı haqqında müqavilələr bağlanarkən, həmin müqavilələrdə nəzərdə tutulmuş öhdəliklər tam olaraq iddiaçı tərəfindən icra edilmiş, həmçinin qeyd olunan müqavilələr qanunvericiliyin tələblərinə əsasən, tərəflərin qarşılıqlı iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Bu fakt mülki iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli maliyyə arayışları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilinə dair Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, habelə həmin mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 43 saylı notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli “Mənzil alqı-satqısı haqqında” müqaviləsi bağlanmış və həmin mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş, MMC-yə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Cavabdeh3 (ŞV: AA*******, ASAN İmişlixx.xx.2021) Bakı şəhəri 43 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizə ilə "xxxx" MMC-yə müraciət edərək, ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının digər şəxsin adına keçməsinə razılıq vermişdir. Bundan sonra "xxxx" MMC ilə Cavabdeh4 arasında həmin mənzilə dair xx.xx.2021-ci il tarixli “Mənzil alqı-satqısı haqqında” müqavilə bağlanmış və həmin mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş, MMC-yə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Daha sonra qeyd olunan mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə ilkin alqı satqı müqaviləsi bağlanmış və Cavabdeh3 "xxxx" MMC ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə əsasında ona satılmış həmin mənzili 60000 min manata Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Beləliklə, məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri həmin əqdlərin etibarlı hesab edilməsinə əsas olan şərtlərə cavab versə də, tərəflər müqavilənin bütün mühüm şərtlərinə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə ki, iş materiallarında xx.xx.2014-cü il tarixli Podrat müqaviləsindən müəyyən olunur ki, Abşeron rayon icra hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə "xxxx"MTK-ya Xırdalan şəhəri H.Aslanov (indiki Qalubiyyə) küçəsində 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişlisinin Cavabdeh1 MMC tərəfindən tikilməsi, istifadəyə və təhvil verilməsi nəzərdə tutulmuşdur. Mənzillərin alqı-satqı müqavilələrindən görünür ki, ünvan 4, tikintidə olan yaşayış binasının “V” giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh3, xx.xx.2014-cü il tarixdə İddiaçı və xx.xx.2021-ci il tarixdə Cavabdeh4 satılmışdır. MMC mənzilin ilk sahibinin İddiaçı olduğunu bildiyi halda, mənzilin bağlanma tarixindən 7 il müddət keçəndən sonra, yəni, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 ilə mənzil alqı-satqısına dair müqavilə bağlamaqla qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, müqavilənin etibarlı hesab edilməsi üçün zəruri şərtlərə cavab verməmişdir. Beləliklə, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə dair növbəti dəfə alqı-satqı müqaviləsi bağlamaqla mənzili ikinci dəfə satmış "xxxx" MMC mənzilin ilk sahibi olduğu halda, bilərəkdən qanunvericiliyin tələblərini pozduğundan bağlanmış ikinci müqavilə də iradə ifadəsinin zədələnməsi yolu ilə tərtib olunmuşdur. Başqa sözlə, həmin əqdin etibarsızlığı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, yəni, qeyd olunan əqd “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunmuş və bağlandığı andan da etibarsız hesab edilməlidir. Bundan əlavə, ünvan 5 ünvanında inşa edilən “V” girişli, 8-ci yaşayış məntəqəsində 3 otaqlı ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində 3M-2798 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 həmin müqaviləni yeni nəsil şəxsiyyət vəsiqəsi (ŞV: AA*******, xx.xx.2021, ASAN-İmişli, FİN: GZ6H70, xx.xx.1986) vasitəsi ilə etmişdir. Həmçinin, Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış mənzilin alqı-satqısı haqqında müqavilədən də görünür ki, həmin müqavilə bağlanarkən alıcı kimi çıxış edən Cavabdeh3 şəxsiyyəti vəsiqəsinin seriyası AA******* kimi qeyd olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, Cavabdeh3 məxsus şəxsiyyət vəsiqəsi 2021-ci il tarixdə verilməsinə baxmayaraq, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin sonradan tərtib edilməsi və müqavilənin əhəmiyyətsiz əqd olunması əsasını verir. Mülki Məcəllənin: 337.1 maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/240 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh4 xx.xx.2021-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (Qalubiyyə) 21-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının V blokunun 9-cu mərtəbəsində 45 nömrəli mənzildə yaşayır. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ünvan 5 ünvanında inşa edilən “V” girişli, 8-ci yaşayış məntəqəsində 3 otaqlı ümumi sahəsi 129.13 kv.m olan 3 otaqdan ibarət 45 saylı mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış mənzilin alqı-satqısı haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə və Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində 3M-2798 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh4 sözügedən mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən, yəni Cavabdeh1nə münasibətdə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sözügedən mənzillə bağlı onunla "xxxx" Mənzil Tikinti Kooperativi arasında hər hansı bir yazılı razılaşma və ya öhdəlik müqaviləsinin bağlanmasına, həmçinin bununla bağlı hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyindən, "xxxx" Mənzil Tikinti Kooperativi sözügedən mübahisə ilə əlaqədar cavabdehlik daşımadığından məhkəmə hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən edildiyindən həmin tələb üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə, həmin mənzilə dair cavabdehlər "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2021-ci ildə Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış və Reyestrdə 3M-2798 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “V” giriş, 8-ci mərtəbə, ümumi sahəsi 129,13 kv.m. olan 3 otaqlı 45 saylı mənzilindən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi (indiki Qalubiyyə küçəsi), 21-ci məhəllə ünvanında yerləşən yaşayış binasının “B” giriş, 9-cu mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 42 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. Cavabdehlər ”Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul tutlaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov