Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1127/2024 26.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat pulun, notariat xidmətlərinə görə ödənilmiş 185 manat və dövlət rüsumuna görə ödənilmiş 196 manat olmaqla, cəmi 35381 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat pulun, 1750 manat faiz borcunun, notariat xidmətlərinə görə 185 manat və dövlət rüsumuna görə ödənilmiş 211,30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə vəkil tanışı vasitəsilə tanış olmuşdur. Cavabdeh ondan borc pul istəmiş, o isə ayrı-ayrı vaxtlarda cavabdehə hissə-hissə ödəniş etməklə 35000 manat məbləğində borc vermişdir. O, dəfələrlə cavabdehdən qeyd olunan məbləğdə borcu ödəməyi tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra Cavabdeh yenə ondan əlavə olaraq 35000 manat məbləğində borc pul istəmiş, o da cavabdehə yenidən 35000 manat məbləğində borc vermişdir. Bununla bağlı cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı Notariat Kontorunda 35000 manat pulun verilməsinə dair kredit müqaviləsi rəsmiləşdirilmişdir. Onunla cavabdeh arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 35000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürsə də öhdəliyi bu günədək tam olaraq icra etməmişdir. Qeyri-rəsmi olaraq borca verdiyi 35000 manat məbləğində pul da daxil olmaqla, cavabdehin ona, ümumilikdə, 70000 manat məbləğində borcu vardır. Lakin cavabdehə verdiyi 70000 manat borcun yalnız son 35000 manat məbləğində hissəsi notarial qaydada bağlanmış kredit müqaviləsi ilə təsdiqləndiyindən, o, yalnız kredit müqaviləsi üzrə ona ödənilməli olan borc məbləğini tələb edir. Müqavilədə razılaşdıqları müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş olunmamış və bugünkü günə ona olan borcu 35000 manat təşkil edir. Cavabdehin vəkili-nümayəndəsi borcun 4500 manat məbləğində hissəsinin kart vasitəsilə, 5500 manat məbləğində hissəsinin isə ona birbaşa verildiyini bildirsə də bu, həqiqəti əks etdirmir. Belə ki, borcun ödənilməsini təmin etmək məqsədilə o, cavabdehə ona məxsus kart hesabının nömrəsini göndərmiş, lakin cavabdeh ona deyil, onun da tanımadığı Bayramov adlı şəxsə məxsus karta ödəniş etmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə cavabdeh tərəf iddiaçıya 4500 manat məbləğində pul vəsaitini kart vasitəsilə, 5500 manat məbləğində pulu isə İddiaçı birbaşa özünə ödənildiyini bildirsədə,lakin bununla bağlı hər hansı bir mötəbər sübuta istinad olunmamış, 4500 manat kartına ödəniş edildiyi iddia olunmuş Bayramov adlı şəxsi isə hüquqlarını müdafiə etdiyi İddiaçı tanımır. Cavabdeh kredit üzrə borcu xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürsə də, hal-hazıradək qaytarmamışdır.Ona görə də gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1750 manat iddiaçı əlavə olaraq cavabdehdən tələb edir və bu barədə rəsmi ərizə də təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh tələbi qismən qəbul edir. Belə ki, cavabdeh iddianı 25000 manat məbləğində hissədə qəbul edir, digər 10000 manat hissəsini isə qəbul etmir. Cavabdeh borc üzrə 4500 manat məbləğində pul vəsaitini kart vasitəsilə, 5500 manat məbləğində pulu isə İddiaçı birbaşa özünə ödədiyini bildirir. Odur ki, o, iddia tələbinin 25000 manat məbləğində hissəsində təmin edilməsini, digər hissələrdə isə rədd edilməsini xahiş etdi. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 35000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 35000 manat məbləğində borc verməsi iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan tərəflər arasında bağlanmış və 02 fevral 2023-cü il tarixində notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə tam təsdiq olunur. Notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, cavabdeh almış olduğu pul vəsaitini 1 ay 8 gün müddətində, yəni 10 mart 2023-cü il tarixə qədər ona qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında rəsmi olaraq borc münasibətləri yaranmış, Cavabdeh İddiaçı aldığı 35000 manat pulu qaytarmaq öhdəliyi daşımışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 35000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin illik beş faiz olmaqla 1750 manat hissəsi ilə bağlı qeyd edir ki,bu hissənin də hüquqi əsası olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi 02 fevral 2023-cü il tarixdə bağlandığından tərəflər arasında münasibətlər həmin tarixdən yaranmış və həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsində imperativ olaraq göstərlmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə,gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, borclu Cavabdeh İddiaçı qarşısında öhdəliyi yarandığından o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və əsas borc məbləğinə hesablanmış 1750 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçının vəkili-nümayəndəsi həm iddia həcminin artırılması barədə ərizəsində, həm də məhkəmə iclasında iddiaçının notariat xidmətlərə görə 185 manat məbləğində pul ödədiyini bildirsə də həmin məbləğin 70 manat məbləğində hissəsinin ödənilməsini təsdiq edən qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyindən, məhkəmə notarial xidmətlərə görə ödənilmiş pul məbləğinə münasibətdə qəbz ilə təsdiq edilmiş miqdarda iddianın təmin edilməsini mümkün hesab edir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 211,30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 196 manat məbləğində hissəsi cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qisməntəmin edilsin. Cavabdeh 35000 manat əsas borc, 1750 manat faiz borcu, notariat xidmətlərinə görə ödənilmiş 70 manat və 196 manat məbləğində dövlət rüsumu,ümumilikdə 37016(otuz yeddi min on altı manat) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1127/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1127/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver