Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1135/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşaq 12 yanvar 2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsi, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) AZN, mediasiya xərci olan 50(əlli) AZN pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 26 avqust 2011 ci il tarixli, 2(012)–1214/2011 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ogluna qarşı “ nikahın pozulması və aliment tələbi” nə dair iddiası qismən təmin edilərək, 12 yanvar 2009-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 76 manat olmaqla sabit pul məbləğındə alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda himayəsində olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, uşaq böyüdükcə tələbatlarını ödəmək üçün əlavə vəsaitə ehtiyac yaranır. Uşağın təhsili ilə əlaqədar mütəmadi olaraq xərcləri artmaqdadır. Uzun müddət alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciət etməmişdir. Qanunvericiliyin tələbinə əsasən mediasiya müraciət edilmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir, bunun əsasında da mediator tərəfindən arayış verilmişdir. Həmçinin tərəfindən ilkin mediasıyanın keçirilməsi üçün 50 manat pul ödənmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cü il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1214/2011 saylı, 26 avqust 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Abşeron rayon Qeydiyyat şöbəsində qeydə alınmış, 06 yanvar 2009-cu il tarixli, 06 saylı nikah qeydi ləğv edilməsi, 12 yanvar 2009-cu il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında qalması müəyyən edilməsi, Cavabdeh 12 yanvar 2009-cu il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə hər ay 76 (yetmiş altı) manat məbləğində aliment tutulması, alimentin tutulma müddəti 01 iyul 2011-ci il tarixdən X4 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1214/2011 saylı, 26 avqust 2011-ci il tarixli qətnaməsi tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaq ananın yanında saxlanılmış və Cavabdeh 12 yanvar 2009-cu il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə hər ay 76 (yetmiş altı) manat məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı bu məbləğin 300 manata qaldırılmasını tələb edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik baş verməmişdir. İddiaçı isə onun hər hansı gəlirlərinin olması və ya artması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, əvvəlki qət edilən 76 manat alimentin məbləğinin 300 manata qaldırılmasına heç bir hüquqi əsas yaranmamışdır. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, onun saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Abşeron Rayon Məhkəməsinin 2(012)-1214/2011 saylı, 26 avqust 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən vəkilə ödənilmiş hüquqi yardıma görə pul və mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələbi də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1135/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1135/2025
14.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver