Məhkəmə qərarları › İş №e-2(012)-114/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-114/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-114/2024 14.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2255 manat məbləğində pulun, 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 220 manat məbləğində vəkil xidmətlərinə görə çəkilən xərclərin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, ona məxsus Nissan Sunny markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri 8 Noyabr prospekti və Xəqani Rüstəmli küçəsinin kəsişməsində, digər nəqliyyat vasitəsini (Ford Kuga markalı, ** FD *** dövlət qeydiyyat nömrəli) idarə edən cavabdeh, yol-nəqliyyat qaydalarını pozaraq (işıqforun qırmızı işığında hərəkəti davam etdirərək) onun nəqliyyat vasitəsinə çırpılmış və nəticədə ona maddi ziyan dəymişdir. Cavabdeh verdiyi izahatında işıqforun qırmızı işığının yanmasına baxmayaraq, nəqliyyat vasitəsi ilə hərəkəti davam etdirməsini təsdiq etmişdir. Nəticə etibarı ilə, hadisə barədə inzibati xəta haqqında protokol tərtib olunmuş və cavabdehə inzibati tənbehin verilməsi haqqında qərar qəbul edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona 7255 manat məbləğində zərər dəymişdir (dəymiş zərərin hesablanmasına dair aktın surəti əlavə olunur). Bu məbləğin 5000 manat hissəsi “Azərsığorta” DSKŞ tərəfindən (sığorta ödənişi kimi) ona ödənilmişdir. Lakin qalan məbləğin ödənilməsi barədə cavabdehə müraciət etdikdə, o, bu məbləği (2255 manat) ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən, işdə olan ekspert rəyinə uyğun miqdarda qəbul etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan AD 479993 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Sunny” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İşdə olan Abşeron rayon X2 Şöbəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, 26 noyabr 2022-ci ildə baş vermiş yolnəqliyyat hadisəsinə görə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan dəymiş ziyanın hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “Nissan Sunny” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa edilməsi üçün 7255 manat tələb olunur. İşdə olan sığorta şəhadətnaməsinin təfsilatından görünür ki, İddiaçı mülkiyyətində olan “Nissan Sunny” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək DSK Şirkətində icbari sığortalamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 39/4601 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «AutoDoc» servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Nissan Sunny” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5675 manat müəyyən edilir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7988/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «AutoDoc» servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Nissan Sunny” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5675 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci ildə idarə etdiyi “Ford Kuga” markalı, ** FD *** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospektində yol-hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının mülkiyyətindəki idarə etdiyi avtomobilə zərər dəymişdir. Bakı şəhəri X2 Şöbəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. DSK Şirkəti tərəfindən dəymiş ziyana görə ona 5000 manat pul ödənilmişdir. Hazırda iddiaçı avtomobilinin xərcinin ödənilməmiş hissəsi olaraq 2255 manat pulu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 5675 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən xx.xx.2022-ci il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin 39/4601 saylı və 3-16-16/2-9/7988/2023 saylı rəylərini daha mötəbər sübut növü kimi qəbul edir. Dəymiş zərərin 5000 manat hissəsi sığorta qurumu tərəfindən iddiaçıya ödənildiyindən, məhkəmə hesab edir ki, qalan 675 (5675-5000) manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 675 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat pul vəsaiti isə tərəflərdən Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 675 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 50 manat pul Cavabdeh və 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar