Məhkəmə qərarları › İş №e-2(012)-1225/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1225/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1225/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 14445 manat məbləğində maddi ziyanın, ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun, 121 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin əvəzinin, 17 manat notariat xərclərinin əvəzinin ümumilikdə isə 14718 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə Abşeron rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 9718 manat məbləğində maddi ziyanın, ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun, 121 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin əvəzinin, 17 manat notariat xərclərinin əvəzinin ümumilikdə isə 9991 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh idarə etdiyi Nexia Ravon 10R3 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “MERSEDES BENZ” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız hala düşmüş və nəticədə iddiaçıya 14445 manat məbləğində maddi zərər dəymişdir. Həmin vaxt avtomobili idarə edən vətəndaş X5 DİN 102 xidmətinə zəng edərək Abşeron rayonu Saray qəsəbəsində idarə etdiyi Mercedes markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ravon markalı avtomobil vuraraq uzaqlaşmasını və xəsarət almasını bildirmişdir. Həmçinin bildirir ki, şikayəti üzrə Abşeron rayon polis idarəsinin TŞnin baş təhqiqatçısı polis mayoru X3 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron rayon polis idarəsinin DYPŞ-nə göndərilmişdir. Həmçinin bildirir ki, cavabdeh X1 idarə etdiyi Nexia Ravon 10R3 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-ə məxsusdur. Belə olan halda hesab edir ki ,cavabdeh "xxxx" MMC də baş vermiş yol nəqliyyat hadisəsinə görə mülki məsuliyyət daşıyır. Bundan başqa bildirir ki, sığorta şirkəti tərəfindən ona dəymiş maddi ziyanın 5000 manat hissəsi ödənilmişdir. Həmçinin iddia tələbimi məhkəməyə verərkən tərəfimdən 135 manat məbləğində dövlət rüsumu, vəkilə etibarnamə verərkən notariat kontoruna 17 manat dövlət rüsumu və məhkəmədə vəkillə təmsil olunmağı üçün 121 manat məbləğində 9 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqı ödənilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -VEV Avtoservis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, İddiaçı məxsus “MERSEDES BENZ” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 14445 manat maddi ziyan vurulmuşdur. -Abşeron RPİ-nin TŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/2762/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan “Vev avto servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, 2017-ci il buraxılışlı “Mercedes Benz” E220D markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti-12095 manat; təmir-bərpa işlərinin qiyməti 2150 manat olmaqla, cəmi 14245 manat, dəyişilməli hissələrin qiyməti-10075 manat; təmir-bərpa işlərinin qiyməti- 2150 manat olmaqla, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə, cəmi 12225 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanda, Cavabdeh isə ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh idarə etdiyi Nexia Ravon 10R3 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “MERSEDES BENZ” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız hala düşmüş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh idarə etdiyi Nexia Ravon 10R3 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğundan iddiaçıya dəyən zərərin 5000 manatı digər cavabdeh "xxxx" MMC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı 9718 manat məbləğində maddi ziyanın, ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun, 121 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin əvəzinin, 17 manat notariat xərclərinin əvəzinin ümumilikdə isə 9991 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, işin araşdırılaan hallarından müəyyən edildiyi kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsiri nəticəsində iddiaçının avtomobilinə ziyan dəymiş, digər cavabdeh "xxxx" MMC sığorta şirkəti sığorta ödənişi etmiş, hüquqları pozulduğu üçün iddiaçının, dəymiş ziyana görə cavabdehdən ziyanın ödənilməsi ilə bağlı məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-9/2762/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan “Vev avto servis” tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktına əsasən 2017-ci il buraxılışlı “Mercedes Benz” E220D markalı, **- ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti- 10075 manat; təmir-bərpa işlərinin qiyməti-2150 manat olmaqla, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə cəmi 12225 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 12225 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Bundan əlavə Cavabdeh idarə etdiyi Nexia Ravon 10R3 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğundan iddiaçıya dəyən zərərin 5000 manatı sığorta şirkəti "xxxx" MMC tərəfindən ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 12225 manat dəymiş ümumi zərərdən, iddiaçıya ödənilən 5000 manat sığorta ödənişi çıxılmaqla, 7225 manat məbləğində pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən edildiyi kimi "xxxx" MMC sığorta şirkəti icbari sığorta haqqında qanunun tələblərinə uyğun olaraq vurulmuş zərərə görə qanunla müəyyən edilmiş sığorta ödənişinin yuxarı həddində olan 5000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəmiş, öz üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin şəxsə münasibətdə təmin edilməməlidir. Bundan əlavə iddiaçı tələbində 121 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin əvəzini və 17 manat notariat xərclərinin əvəzini tələb etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 135 manat dövlət rüsumunun 100 manat məbləği cavabdehlərdən tutularaq iddiaçıya, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarınının ümumi dəyəri olaraq 50 manat pul vəsaitinin 37 manat məbləği cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh dəymiş ziyana görə 7225 (yeddi min iki yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatlarıına görə 37 (otuz yeddi) manat pul vəsaiti cavabdehlər Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar