Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1244/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 820,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 681,85 manat və 35,03 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1537,68 manat borcun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/8131 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********34470 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-cı il tarixli ******* saylı akt əsasında 820,80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildirir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin sentyabrdekabr ayları üzrə 125,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 781,50 manat sərfiyyat borcu və limitdən əlavə 11,40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-avqust ayları üzrə 673,15 manat sərfiyyat və limitdən əlavə 76,10 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinin 35,40 manat borcu, cəmi 1703,05 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh 1021,20 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 681,85 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumilikdə 1502,65 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, sayğacdan istifadə üzrə yaranmış 681,85 manat məbləğində borcu qəbul edir. Lakin o, sayğaca müdaxilə etməmiş və kənar xətdən istifadə etməmişdir. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, Cavabdeh həyətində 2 ev vardır. Cavabdehin oğlu da eyni qaz xəttindən qanunsuz istifadə edir. Hazırda yeni sayğac quraşdırılsa da, kənar xətlər həmin yerdədir. Cavabdehin oğlu əvvəllər də kənar xətdən istifadə etmiş, lakin cərimə edilməmişdir. Lakin bu dəfə gecə saat 01:00 radələrində o, ünvana baxış keçirən zaman cavabdehin oğlunu kənar xətdən istifadə etdiyinə görə cərimə etmişdir. İş materialarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 820,80 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********34470 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin ümumilikdə 1502,65 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi Cavabdeh aktlar üzrə hesablanmış 820,80 manat və 35,40 manat borc məbləğləri də daxil olmaqla, sərf olunan təbii qaza görə ümumilikdə 1502,65 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, ümumi borc məbləğindən aktlar üzrə hesablanmış 820,80 manat və 35,40 manat borc məbləğləri çıxılmaqla, (1502,65 manat – (820,80 + 35,40 manat) = 646,45 manat) qalan 646,45 manat məbləği abonentin debitor borcunu təşkil edir. Bundan əlavə 35,40 manat borcun yarandığını təsdiq edən akt iş materiallarında mövcud deyildir. Lakin iddiaçı təşkilatın nümayəndəsi xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 820,80 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi İddiaçı vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması ədalətlilik və mütənasiblik meyarlarına uyğin gəlir. (820,80 : 3 = 273,60 manat). Odur ki, İddiaçı tərəfindən Cavabdeh yaşadığı abonent kodu-**********34470 olan, Abşeron rayonu, Quşçuluq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 820,80 manat borcdan 273,60 manat saxlanılmaqla qalan borc silinməlidir. “X3”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qayadalarının” təsdiq edilməsi haqqında AR DNŞ Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı Qərarının 2-ci bəndinə görə İddiaçı İB Qaydaların öz fəaliyyətində tətbiq olunmasını, eləcə də istehlakçılarla bağlanmış qazın alqı-satqı müqavilələrində nəzərə alınmasını təmin etməlidir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydalar sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda tətbiq olunur. Bu halda, istehlakçı tərəfindən bu hallara uyğun gələn X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X3»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X3»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkət tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,03 manat dövlət rüsumu cavabdehdən iddiaçı şirkətin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 273,60 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 646,45 manat olmaqla, cəmi 920,05 manat pul və 35,03 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1244/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1244/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver