Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1279/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq 500 (beş yüz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə yanaşı, ilkin iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərilmiş Cavabdeh2 və Cavabdeh1 cavabdeh qismində tanınaraq sonunculardan 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq 500 (beş yüz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 5 ildir ki, Cavabdeh2 ilə tanışdır. İddiaçı hərbçidir, 2016-cı il “Aprel” döyüşlərinin iştirakçısıdır, ikinci qrup üzrə əlildir, 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsində çalışır. 2019-cu ilin iyul ayında dostluq münasibətində olduğu Cavabdeh1 telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq şirkət vasitəsi ilə tikinti materiallarının satışını təmin etmək üçün iddiaçının tanımadığı şəxslərə 40000 (qırx min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. İddiaçı qeyd olunmuş məbləğdə pulun onda olmadığını bildirsə də, həmin günü dostu Cavabdeh1 Cavabdeh2 ilə onun yanına gələrək təkidlə pulu borc qarşılığında verməyə xahiş etmişdir. Əlavə olaraq, Cavabdeh2 bildirmişdir ki, onların qazancı olacaq və həmin qazancdan iddiaçıya da müəyyən məbləğdə pul veriləcəkdir, lakin həmin qazancın konkret məbləği haqqında heç nə deyilməmişdir. İyul-avqust aylarında davam edən xahişlərdən sonra iddiaçı 40000 (qırx min) manat məbləğində Cavabdeh3 borc qarşılığında pul vermiş və bir müddət sonra 2500 (iki min beş yüz) məbləğində qazancla birlikdə həmin 40000 manat ona qaytarılmışdır. Daha sonra İddiaçı dostu Cavabdeh1 vasitəsi ilə Cavabdeh3 müxtəlif vaxtlarda 50000 (əlli min), 150000 (yüz əlli min) manat məbləğində pul vermişdir. Nəticədə, cavabdehin ona cəmi 210000 (iki yüz on min) manat məbləğində borcu yaranmışdır. Cavabdeh vəd etmişdir ki, həmin məbləği xx.xx.2019-cu il tarixində qaytaracaq. Lakin, verdiyi vədə sonradan əməl etməmiş, İddiaçı ona verdiyi məbləği geri qaytarmamışdır. İddiaçı pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Buna görə də tərəflər arasında narazılıqlar yaranmış, rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunmuş faktla bağlı cinayət tərkibi yoxdur. İddiaçı Cavabdeh1 vasitəsi ilə, sonuncu isə Cavabdeh2 iştirakı ilə Cavabdeh3 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş və almış, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh3 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da, sonuncu dəfə aldığı 210000 manatla bağlı onların arasında mübahisə yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçının onlara 210000 manat verməmişdir. Daim iddiaçıdan pul alınmış sonra qazancla iddiaçıya qaytarılmışdır. İddiaçıya 57000 manat xeyir verilmişdir. İddiaçı axırıncı dəfə ona 100000 manat, bir dəfə də 50000 manat vermiş, o da həmin pulları Hakimə vermiş, Hakim də Emilə həmin pulları vermişdir. Hətta özü də özünün pulundan 50000 manat Emilə vermişdir. O, 150000 manat pulun verilməsində vasitəçidir. Emil pulu qaytarmadığından Həsrət polisə müraciət etmişdir. Emil pulun qaytarılması üçün vaxt istəmişdir. Emil pulu qaytarmadığından iddiaçı prokurorluğa müraciət etmişdir. Emil onun da pulunu qaytarmamışdır. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Gündüz Həsrəydən pul olub ona vermiş, o da Emilə pulu vermişdir. Pul hissə-hissə verilmişdir. Həsrət bir dəfə 100000 manat, bir dəfə də 50000 manat, Gündüz də öz pulundan 50000 manat vermişdir. Gündüz 150000 manat Həsrətin verdiyi pulu, həmçinin Gündüz öz pulundan 50000 manat ona vermişdir. O da həmin pulları Emilə vermişdir. Həsrət ona birbaşa pul verməmişdir. Gündüz və o pulun Emilə verilməsində vasitəçi olmuşdurlar. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbləri ilə bağlı münasibətini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əlbir olaraq ona qarşı dələduzluq edib 210.000 manatını ələ keçirmələri barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması həmin hissədə CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və Cavabdeh1 tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolunda 2020-ci ilin fevral və ya mart ayında onların odlu silahla ölüm lə hədələnməsi və sonuncuların onların üzərinə odlu silah olan tapança çəkmələri barədə izahatlarında göstərdikləri öz təsdiqini tapmadığından həmin hissədə material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərar verilmişdir. -Qərardan həmçinin görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilnişdir ki, İddiaçı Cavabdeh1 vasitəsi ilə, sonuncu isə Cavabdeh3 iştirakı ilə Cavabdeh2 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh2 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da sonuncu dəfə aldığı 210.000 manatla bağlı onların arasında mübahisə yaranmışdır. -Qərardan həmçinin görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, barəsində 10cu Polis Bölməsində aparılan araşdırma zamanı ona məlum olubdur ki, Həsrət ərizə yazanda pulun bir qisminin onun, bir qisminin isə Gündüzün olduğunu deyibdir. Amma Həsrət həmişə guya pulun hamısının ona çatmalı olduğunu deyirdi. O aldığı pulların kimin olması barədə heç vaxt bilməmişdir, o pulu Hakim vasitəsi ilə Gündüzdən almışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivi, 4-cü küçə, 5, Fərhadov X1 rayonu, Maşanlı ərazi dairəsi, Alikeyxalı kəndi, Əliyev X5 rayonu, Borsunlu ərazi dairəsi, Borsunlu kəndi, Namazov X4 rayonu, Xırdalan şəhəri, Ə.Kürçaylı küçəsi, ev 13 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında iddiaçıya 150000 manat borcunun olması öz təsdiqini tapmışdır. Cavabdehlər borcu ödəməyi öhdəsinə götürmələrinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmişlər, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İlkin olaraq, iddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində cavabdehlərdən ümumilikdə, 210000 manat borcun qaytarılmasını xahiş etmişdir. Belə ki, tərəflər arasında qazanc məqsədi ilə borc hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehlərə ayrı-ayrı vaxtlarda 100000 manat, 50000 manat (iki dəfə) pul vəsaiti vermiş və iddiaçı tərəfindən cavabdehlərə ayrı-ayrı vaxtlarda pulun verilməsi cavabdehlər tərəfindən inkar edilməmişdir. Mülki Prosessual Məcəllənin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, mülki iş materiallarına əlavə olunmuş, cavabdehlərin izahatları əsasında cavabdehlərin iddiaçıya olan 150000 manat pul borcunun olması öz təsdiqini tapır. Bununla belə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıdan borc pul almadıqlarını bildirsələr də, izahatlarında iddiaçıdan 150000 manat pul aldıqlarını təsdiq etmişdirlər. İddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində qiymətini 210000 manat pulun cavabdehlərdən alınmaqla ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı 210000 manat pulun verildiyinə dair sübutlarını, həmçinin Cavabdeh2 pul verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi olduğu halda iddia ərizəsini həmin hissədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin hissədə əsaslı hesab edilməməklə təmin edilmir. Buna görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etirafı əsasında 150000 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbləri əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 500 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 150000 (yüz əlli min) manat, ödənilmiş dövlət rüsumuna görə 500 (beş yüz) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 150500 (yüz əlli min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov