Məhkəmə qərarları › İş №e-2(012)-1285/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1285/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1285/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-127/2013 saylı, 07 yanvar 2013cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 05 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 127/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 05 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması tutulan alimentin 100 manat məbləğində müəyyən edilməsi və pul vəsaitinin Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməsi barədə qətnamə qət edilmişdir. O, Cavabdeh ilə 20 iyul 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaq vardır. Cavabdeh fərdi işlə məşğuldur, belə ki o, yaxşı qazanc əldə edir və onun aylıq qazancı 1000-1500 manat təşkil edir. Lakin uşağın saxlanmasına heç bir köməklik göstərmir. X1 spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Övladının müalicəsi üçün lazım olunan dərmanlar çox bahadır. Özü heç yerdə işləmir. Bu səbəbdən övladının maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Başqa yerdən qazancı yoxdur. Hazırda qət edilən məbləğ indiki reallıqda uşağın saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdi. O qeyd etdi ki, hər ay birgə nikahdan doğulmuş uşaq üçün 235 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh bu barədə məhkəməyə ərizə təqdim etdi. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 820304 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 05 yanvar 2012-ci il tarixdə X3 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-127/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, boşanmadan sonra 05 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 anasının himayəsinə verilməsi, Cavabdeh 05 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması tutulan alimentin 100 manat məbləğində müəyyən edilməsi və pul vəsaitinin Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-127/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 05 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması tutulan alimentin 100 manat məbləğində müəyyən edilməsi və pul vəsaitinin Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-127/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən 05 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-127/2013 saylı, 07 yanvar 2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 05 yanvar 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar