Məhkəmə qərarları › İş №e-2(012)-1295/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1295/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1295/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pulun qaytarılması» və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, X2, X7 və X5 cavabdeh "xxxx" MMC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14938 (on dörd min doqquz yüz otuz səkkiz) manat pul vəsaitini, həmçinin dövlət rüsumu kimi 135 manat pul vəsaitin cavabdehdən tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anası xx.xx.1951-ci il təvəllüdlü Məmmədova Gülşən XXX xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anası uşaq evində böyümüş və ata anası olmamışdır. Hazırda anasının 5 övladı, 1982-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1978-ci il təvəllüdlü X14, 1989-cu il təvəllüdlü İddiaçı və 1991-ci il təvəllüdlü X11 vardır. Şrivan rayon 1 saylı notariat ofisinə müraciət etmiş, bütün qeyd olunan vərəsələr hamısı onun xeyrinə imtina etməsi barədə etibarnamələr vermiş və notariat kontoru tərəfindən vərəsələrin dairəsi müəyyən olunaraq, bunu təsdiq edən məktub vermişdir. Anası xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə mənzilin alqı-satqı müqaviləsi bağlamış və müxtəlif vaxtlarda MMC-yə ödənişlər etmişdir. Ümumillikdə xx.xx.2022-ci il tarixə kimi 19938 manat ödəniş etmiş və 5958 manat qalıq borc Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın , 8- ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üçün qalmışdır. Cavabdeh tərəfindən hissə-hissə ümumillikdə ona 4000 (dörd min) manat ödənişi geri qaytarmışdılar. Lakin qalıq qalan 14938 manat vəsaitin geri qaytarmır və bildirir ki, MMC-nin maliyyə böhranı vardır və nə zaman qaytarılması isə məlum deyildir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, anası xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın , 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 (on dörd min dörd yüz otuz səkkiz) manat pul vəsaitini cavabdehdən tutularaq X5, X2, X7, İddiaçı və X5 xeyrinə tutulması , həmçinin dövlət rüsumu kimi 135 manat pul vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Məhkəmə gedişatında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X6, X14 və X11 cavabdeh "xxxx" MMC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anaları xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında ‘"AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın , 8-ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 (on dörd min dörd yüz otuz səkkiz) manat pul vəsaitini cavabdehdən tutularaq X4, X2, X7, İddiaçı və X5 xeyrinə tutulması, həmçinin dövlət rüsumu kimi 133,31 manat pul vəsaitin cavabdehdən tutularaq müstəqil tələb irəli sürən üçünçü şəxslərin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələbini belə əsaslandırmışlar ki, anaları xx.xx.1951-ci il təvəllüdlü Məmmədova Gülşən XXX xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anaları uşaq evində böyümüş və ata anası olmamışdır. Hazırda analarının 5 övladı, 1982-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1978-ci il təvəllüdlü X14, 1989-cu il təvəllüdlü İddiaçı və 1991-ci il təvəllüdlü X11 vardır. Şrivan rayon 1 saylı notariat ofisinə müraciət etmiş, bütün qeyd olunan vərəsələr hamısı vərəsəlik işi üzrə tanınmışdırlar. Anaları xx.xx.2015-ci il tarixdə “AAAF-İnşaaf' MMC ilə mənzilin alqı-satqı müqaviləsi bağlamış və müxtəlif vaxtlarda MMC-yə ödənişlər etmişdir. Ümumillikdə xx.xx.2022-ci il tarixə kimi 19938 manat ödəniş etmiş və 5958 manat qalıq borc Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8-ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üçün qalmışdır. Cavabdeh tərəfindən hissə-hissə ümumillikdə qardaşları İddiaçı 4500 (dörd min beş yüz) manat ödənişi geri qaytarmışdılar. Lakin qalıq qalan 14438 manat vəsaitin geri qaytarmır və bildirir ki, MMC-nin maliyyə böhranı vardır və nə zaman qaytarılması isə məlum deyildir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. O, bildirdi ki, cavabdeh tərəfindən ona cəmi 4500 manat pul qaytarılmışdır. Həmin pul vərəsələr arasında bərabər şəkildə bölünmüşdür. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini tələbin dəqiqləşməsinə uyğun qəbul etdiyini bildirərək, təmin edilməsinə etiraz etmədi. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X6, X14 və X11 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, bütün 5 vərəsələr arasında mehriban münasibət mövcuddur və öz aralarında analarından miras qalmış pul vəsaitini eyni qaydada böləcəklər. Odur ki, onların iştirakı olmadan yekun məhkəmə aktı qəbul edilməsni məhkəmədən xahiş etmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən və müstəqil tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli No.LM-0105 nömrəli "xxxx" MMC tərəfindən lizinq yolu ilə satılmış təmirsiz mənzil üçün "xxxx" MMC-nin direktor müavini X3 ilə Məmmədova Gülşən XXX qızı arasında müqavilə bağlanmışdır. "xxxx" MMC Abşeron rayonu. Xırdalan şəhəri. H.Əliyev prospekti 167 ünvanında “AAAF- Park* yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 4, mərtəbə 8. ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.m. ibarət 1 otaqlı 58 N»-li mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ile nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsinin qiyməti 830 manat olmaqla, müqavilənin qiyməti cəmi 25896 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 3432 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 22464 manatlıq məbləği 6 il müddətinə ödəniş etməyi və kredit məbləğinin 1 % məbləğində (225 manat) komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Müqavilənin şərtlərinə görə müqavilənin ləğv edilməsi halında Alıcı tərəfindən Cəmiyyətə ödənilmiş vəsait müqavilə şertlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar AAAF İNŞAAT MMC ilə bağlanılmış kredit müqaviləsi tlə əlaqədar Cəmiyyətin birbaşa ve dolaylı bütün məsrəfləri və AAAF İNŞAAT MMC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Alıcıya qaytarılacaq. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədova Gülşən XXX qızı Abşeron rayonu. Xırdalan şəhəri. H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 4, mərtəbə 8. ümumi sahəsi 31.2 kv.m. ibarət 1 otaqlı 58 saylı mənzil üçün cəmi 19938 manat məbləğində vəsait ödəmişdir. Borc qalığı 5958 manat, ümumi dəyər isə 25896 manat göstərilmişdir. AZ-İİ 368078 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Gülşən xx.xx.2021-ci il tarixdə Şirvan Şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 527 saylı qeyd aparılmışdır. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 70-320/2024 saylı arayışın surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Məmmədova Gülşən XXX-in nikah haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasi Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X21 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhumə Məmmədova Gülşən, vəfat etdiyi xx.xx.2021-ci ıl tarixə qədər ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə olan məlumatlara əsasən mərhumənin ailə tərkibi aşağıdakı kimi olmuşdur: 1. oğlu, X8 - 1982, 2. qızı X6-1979, 3. qızı X14 -1978, 4. oğlu İddiaçı-1989, 5.oğlu X11-1991. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Şəhəri 1 Saylı Notariat Ofisinin "xxxx" MMC–yə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1141 saylı məktubundan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş Məmmədova Gülşən qızının adına Şirvan şəhər 1 saylı Notariat ofisində xx.xx.2024-cü ildə vərəsəlik işi (iş № 133) açılmış və qanun üzrə vərəsələri müəyyən olunmuşdurlar: 1.X1 2.Qızı- X6 3.Qızı- X16 4. Oğlu- İddiaçı 5.Oğlu- X11 "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Məmmədova Gülşən XXX qızı arasında bağlanmış 29 may 2015-ci il tarixli LM-0105 nömrəli Mənzilin alqı-satqı müqaviləsi kredit öhdəliklərinin icra olunmaması səbəbindən ləğv edilmiş və müqavilə şərtlərinə müvafiq olaraq cərimə tutulduqdan sonra alıcı Məmmədovaya 18.938 (on səkkiz min doqquz yüz otuz səkkiz) manat qaytarılmalıdır. Bu barədə ona da məlumat verilmişdir. 18.938 (on səkkiz min doqquz yüz otuz səkkiz) manat məbləğinin ona ödənilməsi üçün mərhum (xx.xx.1951 -ci il təvəlüldlü) Məmmədova Gülşən XXX qızının vərəqəsi olmasına dair müvafiq sənədin təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İşin məhkəmədə araşdırılan hallarından məlum olur ki, xx.xx.1951-ci il təvəllüdlü Məmmədova Gülşən XXX xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, uşaq evində böyümüş və ata anası olmamışdır. Şirvan Şəhəri 1 Saylı Notariat Ofisinin məktubundan müəyyən edilir ki, xx.xx.2021-ci ildə vəfat etmiş Məmmədova Gülşən qızının adına Şirvan şəhər 1 saylı Notariat ofisində xx.xx.2024-cü ildə vərəsəlik işi (iş № 133) açılmış və qanun üzrə vərəsələri 1.X1 2.Qızı- X6 3.Qızı- X16 4. Oğlu- İddiaçı 5.Oğlu- X11 müəyyən olunmuşdurlar. Mərhum xx.xx.2015-ci il tarixdə “AAAF-İnşaaf' MMC ilə mənzilin alqı-satqı müqaviləsi bağlamış və MMC-yə ümumilikdə 19938 manat ödəniş etmiş və 5958 manat qalıq borcu qalmışdır. Satıcı "xxxx" MMC ilə alıcı Məmmədova Gülşən XXX qızı arasında bağlanmış 29 may 2015-ci il tarixli LM-0105 nömrəli Mənzilin alqı-satqı müqaviləsi kredit öhdəliklərinin icra olunmaması səbəbindən ləğv edilmişdir. Hazırda iddiaçı anası xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 (on dörd min dörd yüz otuz səkkiz) manat pul vəsaitini cavabdehdən tutularaq X5, X2, X7, İddiaçı və X5 xeyrinə tutulması , həmçinin dövlət rüsumu kimi 135 manat pul vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər anaları xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında ‘"AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın , 8-ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 (on dörd min dörd yüz otuz səkkiz) manat pul vəsaitini cavabdehdən tutularaq X4, X2, X7, İddiaçı və X5 xeyrinə tutulması, həmçinin dövlət rüsumu kimi 133,31 manat pul vəsaitin cavabdehdən tutularaq müstəqil tələb irəli sürən üçünçü şəxslərin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişlər. Cavabdeh isə öz növbəsində iddianın təmin edilməsinə etiraz etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının və üçüncü şəxslərin həmin müqavilə üzrə alıcının vərəsələri olaraq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Lakin məhkəmə hər iki tələb üzrə qeyd edir ki, iddiaçı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər yalnız özlərinə düşən paya mütənasib olaraq cavabdehdən pul tələb edə bilrələr. Belə ki, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilməli, xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 manat pulun 1/5 hissəsi 2887,6 manat pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X6, X14 və X5 cavabdeh "xxxx" MMC-yə qarşı «pulun qaytarılması» tələbi qismən təmin edilməli, xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 manat pulun 4/5 hissəsi cavabdehdən tutularaq X12, X6, X14 və X9 müştərək qaydada ödənilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tələb qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pul vəsaitinin 48,88 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, ödənilmiş 86,12 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin müstəqil tələb üzrə dövlət rüsumu kimi ödənilmiş 133,31 manat məbləğində pul vəsaitinin 124,65 manatı cavabdehdən tutularaq üçüncü şəxslərə ödənilməli, ödənilmiş 8,66 manat dövlət rüsumu üçüncü şəxslərin özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilsin. xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 manat pulun 1/5 hissəsi 2887,6 manat pul və dövlət rüsumu kimi ödənilmiş 48,88 manta pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 86,12 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X6, X14 və X5 cavabdeh "xxxx" MMC-yə qarşı «pulun qaytarılması» tələbi qismən təmin edilsin. xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Gülşən XXX qızının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 4 saylı binanın, 8–ci mərtəbəsində ümumi 31,2 kv/m 1 otaqdan ibarət 58 saylı mənzili üzrə ümumi ödənilmiş 14438 manat pulun 4/5 hissəsi (hər birinə 2887,6 manat olmaqla) və ödənilmiş dövlət rüsumu 124,65 manat "xxxx" MMC-dən tutularaq X12, X6, X14 və X9 müştərək qaydada ödənilsin. Ödənilmiş 8,66 manat dövlət rüsumu üçüncü şəxslərin özlərinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar