Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1308/2024 06.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pulun və 141 manat məbləğində dövlət rüsumunun və 1000 manat məbləğində vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15000 (on beş min) manat məbləğində borc pul (kredit) vermişdir. 15000 (on beş min) manat məbləğində borc pul (kredit) iddiaçı tərəfindən notariusun "xxxx" ASC-nin Sumqayıt filialında olan depozit hesabına köçürülmüş, notariusun məktubu əsasında cavabdeh həmin məbləği bankdan almışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddət başa çatsa da, cavabdeh aldığı krediti geri qaytarmamışdır. Kredit müqaviləsinin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə, məhkəmə qaydasında həll olunur. Bu səbəbdən də, tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə yazılı şəkildə bildiriş göndərilmişdir ki, 10 gün müddətində borcunu ödəsin əks halda, məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh ona göndərilən yazılı bildirişə heç bir əhəmiyyət verməmişdir. Bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Bundan əlavə, iddiaçı cavabdehə məxsus Leobank kartına (kartın son 8 rəqəmi: ********) onun istəyi ilə xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat məbləğində pul köçürməklə əlavə olaraq 2000 (iki min) manat borc vermişdir. Beləliklə, cavabdehin iddiaçıya 17000 (on yeddi min) manat məbləğində borcu yaranmışdır. Lakin yazılı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət olunur. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 15000 manat 00 qəpik (on beş rniıı manat sıfır qəpik) məbləğində pulu hal hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq 'MUĞANBANK'' ASC Sumqayıt 8 -.saylı şöbəsi vasitəsi ilə borc verir. "Borc alan" krediti xx.xx.2023 tarixinədək "Borc verənə" tam şəkildə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı 15000 manat pulu 'MUĞANBANK'' ASC Sumqayıt filialında X2 hesabına mədaxil etmək üçün təhvil vermişdir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh hesabına 500 manat pul köçürülmüşdür. Mülki işin materiallarından olan xx.xx.2023- cü il tarixli qəbzdən görünür ki, Cavabdeh hesabına 500 manat pul köçürülmüşdür. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh hesabına 500 manat pul köçürülmüşdür. Mülki işin materiallarından olan xx.xx.2023- cü il tarixli qəbzdən görünür ki, Cavabdeh hesabına 500 manat pul köçürülmüşdür. Mülki işin materiallarından olan Sumqayıt regional Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkillik fəaliyyəti üçün 1000 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasındaki borc (kredit) münasibətləri xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə etmişdir (mülki məcəllənin borc münasibətlərini təmzimləyən əvvəlki maddi hüquq normalarının qüvvədə olduğu dövr - xx.xx.2023), iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə görə iddiaçı 15000 manat pulu cavabdehə verməyi, cavabdeh isə həmin pulu müəyyən edilmiş vaxtadək iddiaçıya faizsiz qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı müxtəlif vaxtlarda əlavə olaraq ümumilikdə 2000 manatı cavabdehin hesabına köçürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh bu günə qədər borc aldığı məbləği geri qaytarmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin cavabdehdən 17000 (on yeddi min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsi əsaslı olduğundan təmin edilməli, 17000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “1000 manat məbləğində vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hazırki işin konkret halları nəzərə alınmaqla göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 500 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia borc pul tələbi hissədə tam təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 141 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17000 manat borc pul, 500 manat məbləğində vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğ və dövlət rüsumu üçün ödənilmiş 141 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1308/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1308/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver