Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1318/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35000 manat borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı tanışı Cavabdeh telefon mağazasına satış məqsədilə mobil telefonlar gətirirərək biznes qurmaq məqsədi ilə iddiaçıdan 1 aylıq borc olaraq 35000 manat pul istəmişdir. İddiaçı həmin insana inanaraq cavabdehə pulu 1 aylıq vermişdir. Lakin iddiaçı pulu verdikdən sonra cavabdehi tapa bilməmişdir. Borclunun pulu verməkdən imtina etməsi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinə müraciət etmişdir. Lakin orada cinayət işi rədd olunmuşdur. İddiaçıya bu işin mülki xarakterli iş olması barədə məlumat verilərək mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bildirmək istəyir ki, Cavabdeh törətdiyi başqa cinayət əməli ilə əlaqədar hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılır. Odur ki, iddiaçı həmin pulu mülki qaydada müraciət etməklə tələb etməyə məcbur olmuşdur. Eyni zamanda bildirir ki, iltizamda göstərilən 16000 ABŞ dolları məbləğində pul və 4000 manatlıq qızıl-zinyət əşyası iddiaçı tərəfindən cavabdehə verilmiş və ümumilikdə borc məbləği 35000 manat hesablanmışdır.Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh-Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan və video-konfrans əlaqə sistemi vasitəsilə əlaqə yaradılan X2 izahatında bildirmişdir ki, polis idarəsində yazılmış iltizamdakı imza ona məxsusdur. Lakin o, İddiaçı 16000 ABŞ dolları məbləğində pul və 4000 manat dəyərində qızıl-zinyət əşyasını aldığını xatırlamır və yadında deyil. Odur ki, o, iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X8 tərəfindən Xətai Rayon Prokrorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 yazılmış və öz imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, onun İddiaçı hazırda 16000 ABŞ dolları və 4000 manatlıq qızıl-zinyət əşyası borcu vardır. İddiaçı olan borcunu 2 ay ərzində qaytaracağına söz vermişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 164, X8 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı cavabdehə telefon mağazası açması məqsədilə 35000 manat məbləğində pulu 1 aylıq borc vermişdir. Lakin cavabdeh pulu iddiaçıya qaytarmamışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, 35000 manat məbləində pulun cavabdeh X3 tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin. -324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının 16000 ABŞ dolları məbləğində pul və 4000 manat dəyərində qızıl-zinyət əşyasını (ümumilikdə 31200 manat) pulu cavabdehə verməsi iş materiallarında olan X8 tərəfindən Xətai Rayon Prokrorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 yazılmış və öz imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli iltizam ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə iltizamdakı imzanın ona məxsus olduğunu bildirərək təsdiq etmişdir. Məhkəmə iclasında cavabdehin həmin iltizamın onun tərəfindən imzalamasını etiraf etməsinə baxmayaraq, iddiaçıdan aldığı pul məbləği və qızıl-zinət əşyaların onun tərəfindən alınmasını danmış yadına düşmədiyini bildirmişdir. Belə olan halda məhkəmə cavabdehin bu hərəkətini məsuliyyətdən yayınması kimi qiymətləndirir, həmin izahatı qeyri səmimi hesab edir. İşin araşdırılan hallarından da görünür ki, cavabdeh hazırda dələduzluq cinayətinin törədilməsi maddəsi ilə cinayət məsuliyyətə cəlb edilmiş həmin şəxs vətəndaşları aldadaraq pullarını mənimsəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X3 31200 (otuz bir min iki yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmənin 31200 manat pul məbləğinin ödənilməsi nəticəsiniə gəlməsinə əsas kimi iltizamda göstərilmiş məbləği əsas götürərək (16000 ABŞ dolları x 1,7 =27200 manat; 27200 manat +4000 manat =31200 manat) hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X3 31200 (otuz bir min iki yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1318/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1318/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver