Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1320/2023 24.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə 24 yanvar 2023-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 200 manat əsas, 46,63 manat faiz, 1,54 manat cərimə, 2,82 manat komisyon haqqı borcu olmaqla, cəmi 250,99 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron məhkəmə sistemindən çıxarılmış şəxsi məlumatlardan müəyyən edilir ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 10, 14 ünvanıdır. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyət qaydalarına əsasən düzgün verilmədiyindən MPM-nin 152.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə- Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etməsi ona izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etməsi ona izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1320/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1320/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver