Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1320/2025 26.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 595İK- SAB/2020 nömrəli xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə 96288.23 manat əsas, 4578.6 manat faiz borcu və 147.36 manat cərimə borcu olmaqla, cəmi 101014.19 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 391.02 manat dövlət rüsumu və 0.59 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Fatmayı kəndi, fərdi yaşayış evinə (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********85-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait, tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edəsin xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1320/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının «X1» MMC-nə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Lakin artıq «X1» MMC qiymətləndirmə şirkəti hüquqi şəxs olaraq fəaliyyətini dayandırdığından mülki iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1320/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1320/2025 saylı qərardadı ilə mülki iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının "xxxx" MMC qiymətləndirmə şirkətinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2025-ci il tarixli rəyi xx.xx.2025-ci il tarixində Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1320/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin və dövlət rüsumunun iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh hazırki iddia ərizəsinin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 391,02 (üç yüz doxsan bir manat iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,59 manat xidmət haqqı iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov