Məhkəmə qərarları › İş №e-2(012)-1345/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1345/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1345/2022 19.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2371,80 manat, təbii qazdan istifadəyə görə 16,50 manat, 46,48 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.04.2020-ci il tarixli 14-0964 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00195 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40012975 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 576 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 20.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 25,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2371,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 16,50 manat təşkil etmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2017-ci ildən bəri onun yaşadığı ünvana smart tipli sayğac qoyulmuşdur. 2018-ci ildə karta pul yükləyən zaman onunla eyni ad və soyadlı başqa şəxsin borcunun ona yazıldığı məlum olmuşdur. Onun qaza ödənişlərlə bağlı qəbzləri də vardır. O heç vaxt sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. İş materiallarında olan fotoşəkillərdəki ev isə ona məxsus deyildir. Odur ki, onun İddiaçı İB-yə borcu yoxdur. O, tək yaşayır və maddi vəziyyəti aşağıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materialarında olan 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 576 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı şirkətin vəkili-nümayəndəsini və cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında İddiaçı, Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində hesablanmış 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 576 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əssında 25,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla, cəmi 2217 manat cərimə borcu və təbii qazdan istifadəyə görə 16,50 manat borcu iddiaçı təşkilatın vəkilinümayəndəsinin izahatı ilə yanaşı, iş materialında olan abonentin saldosu, aktlarla və fotoşəkillərlə sübuta yetirilmişdir. Lakin məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan cavabdehin 165,60 manat cərimə olunması barədə 28.06.2019-cu il tarixli ******* saylı, 295,20 manat cərimə olunması barədə 20.01.2020-ci il tarixli ******* saylı, Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən 28.06.2019-cu il tarixli ******* saylı, 20.01.2020-ci il tarixli ******* saylı, aktların mövcud olması barədə mötəbər sübutlar təqdim edilmədiyi üçün iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa iş materiallarında olan 28.02.2020-ci il tarixli ******* saylı aktda vurulmuş ziyanın məbləği 295,20 manat müəyyən edilsədə,iddiaçı təşkilat həmin akta görə 25,20 manat tələb etdiyindən,məhkəmə vurulmuş ziyana görə həmin məbləği əsas götürür. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qayadalarının” təsdiq edilməsi haqqında AR DNŞ Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı Qərarının 2-ci bəndinə görə İddiaçı İB Qaydaların öz fəaliyyətində tətbiq olunmasını, eləcə də istehlakçılarla bağlanmış qazın alqı-satqı müqavilələrində nəzərə alınmasını təmin etməlidir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydalar sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda tətbiq olunur. Bu halda, istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46,48 manat dövlət rüsumu və 65 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərtib olunmuş aktlar üzrə 2217 manat, təbii qazdan istifadəyə görə 16,50 manat, 46,48 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar