Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1440/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi, həmin dörddə bir hissənin “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən sabit məbləğdən az olduqda isə alimentin sabit məbləğdə 246 manat miqdarında və mediasiya xidməti zamanı çəkilmiş 61 manat xərcin də Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının saxlanması üçün əmək haqqının 1/4 hissəsi həcmində deyil, sabit pul məbləğində, yəni ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 0,615 misli miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 01 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikah dövründə övladı xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızı dünyaya gəlmişdir. Lakin daha sonra cavabdeh ayrılmaq qərarına gəlmişdir. Bu səbəbdən Cavabdeh ona qarşı “nikahın pozulması” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinə mürаciət еtmişdir. Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-9178/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 01 sentyabr 2012-ci il tarixli, 959 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızı onun himayəsinə verilmiş, xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2016-cı il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Nəzərə çatdırır ki, hazırda təyin edilmiş aliment məbləği uşağın böyüməsi ilə əlaqədar artan ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Uşağın qida, geyim və digər gündəlik ehtiyaclarının xərcləri onun yaşına uyğun olaraq artmışdır. Bu, uşağın sağlam və dolğun inkişafını təmin etmək üçün zəruridir. Uşağın təhsili ilə bağlı xərclər, o cümlədən, dərs vəsaitləri, məktəb forması, əlavə tədris vəsaitləri və kurslar üçün xərclər artmışdır. Bu səbəblərdən mövcud aliment məbləğinin artırılması uşağın rifahı və inkişafı üçün vacibdir. Bakı 6 saylı Mediasiya təşkilatının “aliment miqdarının artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında onlar ortaq qərara gələ bilməmişdirlər. Odur ki, problemlərin yalnız məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Əlavə olaraq bildirir ki, övladı hazırda özəl məktəblərdən birində təhsil alır. Təxminən 10 ildir ki, aliment məbləğinin miqdarı dəyişməmişdir. O, ikinci dəfə ailə həyatı qurmuşdur və onun iki övladı vardır. Qeyd edir ki, Cavabdeh məhkəmədən kənar qaydada aliment məbləğini 30 manat artıraraq, hər ay 140 manat sabit pul məbləğində aliment ödəməyə başlamışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı tərəfindən aliment tələbi barədə 2019-cu ildə Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinə müraciət olunmuş, lakin sözügedən iddia tələbi rədd edilmişdir. Bildirir ki, qarşı tərəf evlənmişdir, həmçinin hazırda işləyir. O da yenidən ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı vardır. Hazırda o, ailəsi ilə birlikdə kirayə evdə qalır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 201762 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12191637 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 16 avqust 2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Kərimova (Pektanç) Göyçək Baba qızıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-9178/2016 saylı, 01 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Kərimova (Pektanç) Göyçək Baba qızı arasında 01 sentyabr 2012-ci il tarixli, 959 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 16 avqust 2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək anası Kərimova (Pektanç) Göyçək Baba qızının himayəsində qalması, 16 avqust 2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2016-cı il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Kərimova (Pektanç) Göyçək Baba qızının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 311967 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Kərimova (Pektanç) Göyçək Baba qızı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 430 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-2106/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9178/2016 nömrəli qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında tutulan alimentin tutma üsulunun və miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat aliment və uşağın təhsil haqqına görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 332784 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 14 may 2019-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1026 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Kərimova» soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 424442 saylı doğum haqqında şəhadətnamənin və AA2851354 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 30 mart 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 974018 saylı doğum haqqında şəhadətnamənin və AA6650280 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 22 may 2024-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Cavabdeh şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 669,71 (altı yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq və bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rаyоn Məhkəməsinin 2(004)-9178/2016 saylı, 01 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Kərimova (Pektanç) Göyçək Baba qızı arasında 01 sentyabr 2012-ci il tarixli, 959 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 16 avqust 2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək anası Kərimova (Pektanç) Göyçək Baba qızının himayəsində qalması, 16 avqust 2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2016-cı il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Kərimova (Pektanç) Göyçək Baba qızının xeyrinə verilməsi qət edilmişdir. Lakin Cavabdeh şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 669,71 (altı yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat təşkil edir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdehin iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli misli həddində sabit pul məbləğində aliment ödəməsi faktiki olaraq onun imkanı xaricindədir. Belə ki, cavabdeh yenidən nikaha daxil olmuşdur və həmin nikahdan iki yetkinlik yaşına çatmayan övladı vardır. Digər uşaqların da mənafeyi nəzərə alınarsa, alimentin tələb olunan formada təmin edilməsi cavabdehin başqa nikahdan olan uşaqlarının mənafeyinin ciddi şəkildə pozulması ilə nəticələnir. Məhkəmə yuxarıda qeyd olunan diqqətəlayiq halları məcmu halında qiymətləndirərək hesab edir ki, alimentin artırılması cavabdehin hazırki durumu və aldığı əmək haqqı ilə heç cür uyğunlaşmır və bu səbəbdən alimentin artırılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il təvəllüdlü Kərimova (Kərimli) Ülkər Samir qızının saxlanması üçün əmək haqqının 1/4 hissəsi həcmində deyil, sabit pul məbləğində, yəni ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 0,615 misli miqdarında alimentin tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1440/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1440/2025
07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver