Məhkəmə qərarları › İş №e-2(012)-1445/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1445/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1445/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 36000 manat məbləğində borc, 320 manat məbləğində hüquqi yardım xərci və 199 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il hazırlıq iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 10000 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10500 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 19500 manat olmaqla ümumilikdə ona 40000 manat məbləğində borc vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı borcu xx.xx.2022-ci il tarixinə qədər, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı borcu xx.xx.2022-ci il tarixinə qədər və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə aldığı borcu xx.xx.2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə götürdüyü öhdəliklərin icra edilməsi üçün müqavilədə göstərilmiş tarixdən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq o bu günə qədər öz öhdəliklərini tam və lazımınca icra etməmişdir. Bugünə qədər cavabdeh ödəməli olduğu borcundan cəmi 4000 manat məbləğində pulu geri ödəmişdir. Hazırda cavabdehin qeyd edilən müqavilələr üzrə qalıq borcunun məbləği 36000 manatdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı aralarında uzun müddət ərzində aparılan danışıqlara baxmayaraq cavabdeh bugünə qədər öz öhdəliklərini icra etməmişdir və belə görünür ki, könüllü şəkildə icra etmək niyyətində də deyil. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddianı tam qəbul edir. Belə ki, o, notariusda bağlanmış kredit müavilələri əsasında iddiaçıdan borc götürmüş, lakin borcu tam qaytara bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 10000 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. -Abşeron Rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 10500 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. -Abşeron Rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 19500 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10500 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 19500 manat olmaqla o, ümumilikdə Cavabdeh 40000 manat məbləğində borc vermişdir. Cavabdeh xx.xx.2022-ci ildəki müqaviləyə əsasən aldığı borcu xx.xx.2022-ci il tarixinə qədər, xx.xx.2022-ci il tarixindəki kredit müqaviləsinə əsasən aldığı borcu xx.xx.2022-ci il tarixinə qədər, xx.xx.2022-ci il tarixindəki kredit müqaviləsinə əsasən isə borcu xx.xx.2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə götürdükləri öhdəliklərin icra edilməsi üçün razılaşdırılmış tarixdən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq Cavabdeh bu günə qədər öz öhdəliklərini tam və lazımınca icra etmir. Bugünə qədər Cavabdeh ümumi borcdan cəmi 4000 manat məbləğində borcunu geri ödəmişdir. Hazırda qeyd edilən müqavilələr üzrə ona ödəməli olduğu borcun məbləği 36000 manatdır. Lakin aralarında uzun müddət ərzində aparılan şifahi danışıqlara baxmayaraq bu günə qədər öhdəlikləri icra edilmir və belə görünür ki, Cavabdeh könüllü şəkildə icra etmək niyyətində də deyildir. Buna görə də xəbərdarlığı aldığı gündən 3 (üç) gün ərzində borclu olduğu məbləği könüllü şəkildə ödəməsini Cavabdeh təklif edir. Əks təqdirdə o, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 10000 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı, Abşeron Rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən borcalana 10500 manat məbləğində borc verməyi, borcalan isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı, Abşeron Rayon 2 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən borcalana 19500 manat məbləğində borc verməyi, borcalan isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Ümumilikdə cavabdeh həmin puldan 4000 manatı qaytarsa da, qalan 36000 manatı hələ də qaytarmamışdır. Hazırda iddiaçı 36000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 36000 manat məbləğində pulun qaytarılmalı olduğu cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır və cavabdeh tərəfindən etiraf edilmişdir. Məhkəmə Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli 36000 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1. maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 199 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçının vəkil ilə müqavilə bağlamasına görə 320 manat məbləğində ödəniş etməsi iş materiallarında olan qəbz ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, 320 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh 36000 (otuz altı min) manat, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 199 (yüz doxsan doqquz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar