Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1460/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı "xxxx" MMMC-nın sədri X4, Cavabdeh «TURAN-AH” MMC-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMMC-nın Cavabdeh MMC-yə qarşı əmlaka istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi, yaşayış binasına aid sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh MMC-yə qarşı əmlaka istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi, yaşayış binasına aid sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən halların, o cümlədən "xxxx" MMMC-nin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və.s.) hərəkətlərin qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən və hazırda onların idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" MMMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən halların, o cümlədən "xxxx" MMMC-nin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və.s.) hərəkətlərin qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən və hazırda iddiaçının idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının (Binanın tikintisi üçün ayrılmış torpağayırma sənədlərinin,binanın texniki pasportunun, Liftlərin texniki vəziyyətini əks etdirən aktın, Binaya qurulmuş baş sayğacın texniki şərti və müqaviləsinin, o cümlədən qaz ,su və kanalızasiya xətləri üçün texniki şərt və müqavilələrin və su nasosxanasının təhvil aktı və s.) təhvil verilməsi öhdəliyinin qoyulması, ödənilmiş 100 manat məhkəmə rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMMC-nın sədri X7 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin yığıncağının xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMMC-nin nizamnaməsi təsdiq edilmiş, X7 həmin cəmiyyətin İdarə Heyətinin sədri şeçilmişdir. Bundan sonra "xxxx" MMMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət qurumuna müraciət edilmiş və 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən 1124-MM11-0318 Qeydiyyat nömrəsi ilə həmin cəmiyyət Dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMMC-yə X2 Dövlət Qeydiyyati haqqinda 1124-MM11-0318 Qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Həmin tarixdə həmçinin "xxxx" MMMC-yə Azərbaycan Respublikasının Ədliyyə Nazırliyi X1 Reyestrindən 3-165/2-14-908/2/2024 nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək "xxxx" MMMCnin fəaliyyət predmeti və məqsədidir. Lakin Cavabdeh MMC və onunla əlaqəli digər şəxslər "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallara yol verməkdə davam edir. Aylıq qazancdan məhrum olan cavabdehin belə mövqedən çıxış etməsi başa düşüləndir. Lakin bu hal qanun pozuntusudur. Şəxsi ambisiyalar qanundan üstün ola bilməz və buna son qoyulmalıdır. Cavabdehə tanıtım məktubu göndərilmiş, ondan (rəhbərliyindən) dəfələrlə belə hərəkətlərə son qoyması, binanın mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi tələb edilsə də nəticə olmamış, əksinə binanın zirzəmisinin qanunsuz (səlahiyyətindən kənar) olaraq müxtəlif fiziki və hüquqi şəxslərə satması, icarəyə verməsi hallarına davam edir. Göstərilənlərə əsasən o, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında və etirazında bildirmişdir ki, "xxxx" MMMC-nin sədri X7 bir neçə ildir ki, ətrafına bina sakinlərindən 30-40 nəfər toplayaraq "xxxx" MTK-nın və Cavabdeh MMC-nin qanuni fəaliyyətinə maneçilik törətməkdədirlər. Belə ki, Aliyev Elçin ətrafına yığdığı sakinlərlə birlikdə heç bir əsas olmadan Xırdalan 11 MMMC-nin yaranmamışdan əvvəldən qeyriqanuni olaraq pulları mənimsəmişdilər. İddiaçı tərəf ona şər atıb bütun dövlət orqanlarına şikayət etmişlər. Özlərinin qoyduqları qeyri-qanuni komendat Abbasov Aşur vastəsilə 10 ay ərzində 37520 manat yığmışlar. Amma məbləğ yazmadan + işarəsi qoymuşlar. Xərclənib 17376 manat. Mənimsənib 20144 manat. Bundan əlavə Cavabdeh MMC-nin təsisçisi olaraq 17000 manata genirator alıb sonra 3000 manat kabel turba usta haqqı və sair öz şəxsi vəsaitini xərcləmişdir. 20000 manat "xxxx" MTK-nın adına olan baş sayğacını pulunu ödəmirlər. O, dəfələrlə müraciət etməyinə baxmayaraq işığa olan borclarını necə aylardı ki, ödəməyirlər. Bundan başqa Elçin Rəşad və digər 30-40 nəfər dostları üstünə basqına gələrək onu, həyat yoldaşını təhqir etmiş və komendat otağının açarını əlindən almışlar. Hətta daxili işlər nazirliyində işləyən oğlunun üstünə şər ataraq oğlunun Abşeron rayon Polis idarəsinin rəhbər heyətinə təsir etdiyini və buna görə onu məsuliyyətə cəlb eləmədiklərini bildirmişlər. 2023-ci ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayına qədər olan müddətdə 6 nəfər işə götürmüş və həmin işçiləri 1 aydan artıq işləməyə qoymamışlar. Bu işçilər qorxudan gəlib ərizə yazıb işdən çıxmışlar. Hətta həmin şəxslərdən 1 nəfər öz evini satıb binadan köçmüşdür. Əlavə olaraq bildirir ki, sözügedən ərazi Cavabdeh MMCyə deyil, "xxxx" MTK-ya məxsusdur. Odur ki, qeyd edilənlərə əsasən və iddia tələbi əsassız olduğundan, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirir ki, onun iddia tələbinə etiraz yoxdur. Nə varsa, iddiaçı tərəf gələrək qəbul edə bilərlər. Həmçinin iddiaçı tərəf qarajların sənədlərinin də onlara verilməsini tələb edir. Lakin bu iddiaçıya aid deyil, cavabdehə aiddir. Bu səbəbdən o, bunları qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1124- MM11-0318 qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1124-MM11-0318 qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır, qanuni təmsilçisi X6r, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək "xxxx" MMMC-nin fəaliyyət predmeti və məqsədidir. -ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin yığıncağının xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMMC-nin nizamnaməsi təsdiq edilmiş, X7 həmin cəmiyyətin İdarə Heyətinin sədri şeçilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan göründüyü kimi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1124-MM11-0318 qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır, qanuni təmsilçisi X6r, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək "xxxx" MMMC-nin fəaliyyət predmeti və məqsədidir. İddia ərizəsində göstərilmişdir ki, Lakin Cavabdeh MMC və onunla əlaqəli digər şəxslər "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallara yol verməkdə davam edir. Cavabdehdən dəfələrlə belə hərəkətlərə son qoyması, binanın mövcüd texniki sənədlərinin və inventarlarının siyahısının təhvil verilməsi tələb edilsə də, nəticə olmamışdır. Bu səbəbdən iddiaçı əmlaka istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi, yaşayış binasına aid sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1. maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikasl Mənzil Məcəlləsinin 122.1. maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; 23.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; 123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək; 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək. Məhkəmə sübutları və iş materiallarının təqdid edərək qeyd edir ki, mövcud qanunvericilik mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə verdiyi hüquq və vəzifələr sadalanmışdır. Həmin hüquq və vəzifələr iddiaçının iddia ərizəsində göstərilənləri tələb etməyə əsas verir. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh MMC-yə onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallar, ünvan 1 ünvanında yerləşən və hazırda iddiaçının idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədləri və inventarlarının siyahısı (Binanın tikintisi üçün ayrılmış torpağayırma sənədləri, binanın texniki pasportu, Liftlərin texniki vəziyyətini əks etdirən akt, Binaya qurulmuş baş sayğacın texniki şərti və müqaviləsi, o cümlədən qaz ,su və kanalızasiya xətləri üçün texniki şərt və müqavilələrin və su nasosxanasının təhvil aktı və s.) təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddianın "xxxx" MMMC-nin ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək hüququnu məhdudlaşdıran (səlahiyyət həddini aşmaqla başqa hüquqi və fiziki şəxslərin qanunsuz istifadəsinə vermə və.s.) hərəkətlərin qadağan edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddiaçı maneçiliklə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbinin sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-yə onunla əlaqəli digər şəxslərə "xxxx" MMMC-nin qanuni fəaliyyətinə aid olan kommunal xərclərin yığılması, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən hallar, ünvan 1 ünvanında yerləşən və hazırda iddiaçının idarəçiliyində olan 12 mərtəbəli 5 bloklu çoxmənzilli yaşayış binasının mövcüd texniki sənədləri və inventarlarının siyahısı (Binanın tikintisi üçün ayrılmış torpağayırma sənədləri, binanın texniki pasportu, Liftlərin texniki vəziyyətini əks etdirən akt, Binaya qurulmuş baş sayğacın texniki şərti və müqaviləsi, o cümlədən qaz ,su və kanalızasiya xətləri üçün texniki şərt və müqavilələrin və su nasosxanasının təhvil aktı və s.) təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov