Məhkəmə qərarları › İş №e-2(012)-1462/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1462/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1462/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə 18 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında yerləşən binanın 3-cü blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 m olan 4 otaqli 78 №li mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli və Cavabdeh5 ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrin faktiki olaraq ləğv edilməsi səbəbindən Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında sözügedən 78 №li mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə isə Cavabdeh4la həmin mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilə mövcud olması səbəbindən etibarsız hesab edilməsi, Cavabdeh4 ilə "xxxx" MMC və hüquqi varisi Cavabdeh3 MTK arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında yerləşən binanın 3-cü blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 m olan 4 otaqli 78 №li mənzilə dair xx.xx.2015-ci il tarixli 15 №li və xx.xx.2017-ci il tarixli 204 №li müqavilələr əsasında bu mənzil ona onun mülkiyyətində olan 60 №li mənzilin əvəzində verildiyi üçün, onun hazırda həmin 78 №li mənzildən imtina etdiyi halda, əvəzləşdirmə əsasında ona verilmiş həmin 78 №li mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh4 və Cavabdeh3 MTK-nın üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh4 "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh3 MTK ilə ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 3cü blokunun yaşayış hissəsinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133,6 m olan 4 otaqlı 78 №li mənzilə dair bağladığı xx.xx.2015-ci və xx.xx.2017-ci il tarixli müqavilələrdən guya sonradan onun maraqlarına toxunması bəhanəsi ilə imtina edərək, hazırda onun mülkiyyətində olan həmin binanın yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 133,6 m olan 4 otaqlı 60 №li mənzili onunla bu mənzilə dair əvvəllər bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında tələb etmiş və hazırda onun iddia tələbi təmin edilmişdir. Halbuki, sözügedən 78 №li mənzil Cavabdeh4 onun mülkiyyətində olan 60 №li mənzilin əvəzində verilmişdir. Lakin, Cavabdeh4 78 №li mənzildən imtina etdiyini bəyan etsə də, əsl həqiqətdə bu mənzilə dair xx.xx.2017-ci il tarixli müqaviləsini ləğv etməmiş və onun mənzilinin əvəzində ona verilmiş həmin mənzili indiyədək ona qaytarmamışdır. Odur ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Cavabdeh4 sözügedən 78 №li mənzil onun mülkiyyətində olan 60 №li mənzilin əvəzində verildiyi üçün, o hazırda 78 №li mənzildən imtina etdiyi halda, əvəzləşdirmə əsasında həmin 78 №li mənzili ona təhvil verməlidir. "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 133,6 m olan 4 otaqlı 60 №li mənzilə dair Cavabdeh4 ilə onun özünün həqiqi iradəsi olmadan səlahiyyətsiz şəxs ilə xx.xx.2009-cu il tarixli müqavilə bağlanmış, həmçinin həmin mənzilə dair İddiaçı ilə də xx.xx.2010-cu il tarixli müqavilə bağlamışdır. Cavabdeh4 2014-cü ildə MMC-yə müraciət edərək sözügedən 60 №li mənzilə dair xx.xx.2009-cu il tarixli müqavilə əsasında bu mənzili tələb etmiş, lakin ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 bu müqaviləsi əsl həqiqətdə doğru olmayıb görüntü yaratmaq üçün bağlanmışdır. Belə ki, xx.xx.2009-cu il tarixli müqaviləni və eyni tarixli maliyyə arayışını eyni vaxtda imzalayan MMC-nin rəhbəri E.Tağıyevin imzaları ziddiyətli olub, uyğun gəlmir; həmçinin müqavilə Cavabdeh4 tərəfindən deyil, naməlum və səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Cavabdeh4 öz iradəsi ilə sözügedən 60 №li mənzildən imtina edərək, əvəzində "xxxx" MMC ilə həmin blokun yaşayış hissəsinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133,6 m olan 4 otaqlı 78 №li mənzilə dair xx.xx.2015-ci il tarixli 15 №li yeni müqavilə bağlamış, daha sonra isə bu müqaviləsini də ləğv edərək həmin 78 №li mənzilə görə "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə yeni şərtlərlə xx.xx.2017-ci il tarixli 204 №li əlavə pul öhdəliyinə dair müqavilə bağlamış və MTK-nın “Ödəniş Cədvəl”inə və müvafiq xx.xx.2015il tarixli 64 №li; xx.xx.2017-il tarixli 314 №li; xx.xx.2017-il tarixli 494 №li; xx.xx.2017-il tarixli 617 №li; xx.xx.2018-il tarixli 815 №li ödəniş qəbzlərinə əsasən 2018-ci ilin iyun ayınadək ümumilikdə 2000 manat əlavə pul ödəmiş lakin o, işin yuxarıda sadalanan hallarını əvvəlki məhkəmələrdən gizlətmişdir. Lakin, Cavabdeh4 2019-cu ildə MTK-nın əvvəlki hüquqşünası X3 və digər vəzifəli şəxsləri ilə əlbir olub, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə onun mülkiyyətində olan həmin binanın 3-cü blokunun yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən 60 №li mənzili ələ keçirərək qanunsuz yolla varlanmaq niyyəti ilə əvvəlcədən hazırladıqları saxta sənədlər əsasında məhkəmədə iddia qaldırmış və onun mülkiyyətində olan 60 №li mənzilin ona verilməsinə dair qətnamə çıxarmağa nail olmuşlar. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 2(012)-3167\2019 №li iş üzrə xx.xx.2019-cu il tarixli xüsusi qərardadı ilə Cavabdeh4la Cavabdeh3 MTK arasında xx.xx.2016-cı il tarixli 204 №li müqavilənin bağlanması hissəsində cinayət əməli aşkar edərək, bu barədə ayrıca akt şəklində xx.xx.2019-cu il tarixli xüsusi qərardadla Azərbaycan Baş Prokuroruna məlumat verilmişdir. Cavabdeh4 2019-cu il tarixli iddiası üzrə yuxarı instansiya məhkəmələrinin gəldikləri nəticə yalnız onun 60 №li mənzillə bağlı olub, bu zaman Cavabdeh4 sözügedən 78 №li mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilənin onda qalan nüsxəsinin tarixlə bağlı hissəsinin xx.xx.2016 kimi göstərilmiş texniki qüsuru; həmçinin Cavabdeh4 78 №li mənzilin guya ondan əvvəl daha 2 nəfərə satıldığı üçün guya onun maraqlarına toxunduğundan bu mənzilə dair bağladığı müqavilələrin ləğv edilərək, 60 №li mənzilə dair xx.xx.2009-cu il tarixli müqaviləsini bərpa etməsinə dair guya xx.xx.2016-cı ildə MTK-ya müraciət etməsi və guya MTK-nın sədri R.Nəsirov ona xx.xx.2016-cı il tarixli məktubla müsbət cavab verməsi görüntüsü yaradan saxta məktubları nəinki ümumiyyətlə araşdırılmamış, əksinə yuxarı instansiya məhkəmələri həmin saxta sənədlərə əsaslanaraq onun mülkiyyətində olan 60 №li mənzilin Q.Qasıma verilməsinə dair qanunsuz qətnamə çıxarmışlar. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışına əsasən, Cavabdeh3 MTK xx.xx.2016-cı ildə təsis olunduğu halda, sözügedən müqavilə xx.xx.2016-cı il tarixdə bağlana bilməzdi. Cavabdeh3 MTK-nın sabiq sədri "xxxx" MMC-nin sabiq direktoru X2 xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli teleqramdakı izahatı ilə sübut olunur ki, Cavabdeh4 sözügedən 78 №li mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilənin onda qalan nüsxəsinin tarixlə bağlı hissəsində isə texniki qüsur olaraq xx.xx.2016-cı kimi göstərilməsi, həmçinin Cavabdeh4 78 №li mənzilin guya ondan əvvəl daha 2 nəfərə satılması səbəbindən onun maraqlarına toxunduğu üçün bu mənzilə dair bağladığı xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilərək, 60 №li mənzilə dair xx.xx.2009-cu il tarixli müqaviləsini bərpa etməsinə dair guya xx.xx.2016-cı ildə MTK-ya müraciət etməsi və guya MTK-nın sədri R.Nəsirov ona xx.xx.2016-cı il tarixli məktubla müsbət cavab verməsi həqiqətə uyğun olmayıb, imzası ona məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmışdır. Həmçinin, Cavabdeh4la Cavabdeh3 MTK arasında sözügedən 78 №li mənzilə dair müqavilənin məhz xx.xx.2017ci ildə bağlanması faktı, Cavabdeh3 MTK-nın xx.xx.2021-ci il tarixli 41 №li arayışı və MTKnın yeni nümayəndəsi S.İsmayılovun Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclasındakı izahatı ilə (lakin nədənsə S.İsmayılovun buna dair izahatı məhkəmənin iclas protokolunda göstərməmişdir) sübut olunur. Cavabdeh4 sonradan xx.xx.2009-cu il tarixli müqaviləyə dəyişiklik edərək 78 №li mənzilə dair bağladığı xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrin guya bu mənzilin ondan əvvəl daha 2 nəfərə satıldğından onun MƏNAFELƏRİNİ POZMASİ həqiqətin ziddinə olub, belə görüntü yaradan sənədləri səxtalaşdırmasına söykənmişdir. Belə ki, sözügedən 78 №li mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin MTK-da qalan surəti ilə sübut olunur ki, Cavabdeh2 E.Tağıyevin rəhbəri olduğu digər "xxxx" MTK-dan gələn zərərçəkmiş olub, bu müqavilə ona orada vurulan zərərin kompensasiyası məqsədilə yazılmış; lakin, bu müqavilə üzrə onun yeni borcu yarandığından, o bu müqavilədən imtina etmiş, əvəzində ona E.Tağıyevin rəhbəri olduğu digər "xxxx" MMC-dən başqa mənzil verilərək təmin edilmiş və bu barədə həmin xx.xx.2011-ci il tarixli müqavilənin üzərində müvafiq əlyazma qeydləri aparılmışdır. Lakin, Cavabdeh2 aid xx.xx.2011-ci il tarixli müqavilənin Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş kserosurəti ilə sübut olunur ki, bu sənəd MTK-da qalan nüsxənin üzərindəki “ləğvetməyə aid” yazılı qeydlərin Cavabdeh4 tərəfindən silinərək saxtalaşdırılmış versiyası olub, guya onun mənafelərinin pozulması görüntüsü yaradaraq məhkəməni aldatmışdır. Sözügedən 78 №li mənzilə dair "xxxx" MMC ilə Cavabdeh5 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin MTK-da qalan nüsxəsi ilə sübut olunur ki, bu müqavilənin predmetini təşkil edən mənzilin nömrəsi göstərilmədiyi səbəbindən fərdiləşdirilməmiş, həmçinin Cavabdeh5lə "xxxx" MMC arasındakı bu müqavilənin bağlanmasında onun həqiqi iradəsi mövcud olmamış, onun imzası naməlum və səlahiyyətsiz şəxs tərəfindən saxtalaşdırıldığından bağlandığı andan etibarsız olmuşdur. Lakin, Cavabdeh5 aid xx.xx.2013-cü il tarixli müqavilən Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş kserosurəti ilə sübut olunur ki, bu sənəd MTK-da olan nüsxənin “mənzil nömrəsinə aid boş qalnmış hissəsində” Cavabdeh4 tərəfindən sonradan “78” rəqəmi yazılaraq saxtalaşdırılmış versiyası olub, guya onun mənafelərinin pozulması görüntüsü yaradaraq məhkəməni aldatmışdır. Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında sözügedən 78 №li mənzilə dair bağlanmış xx.xx.2018-c il tarixli müqavilə isə, bu mənzilə dair Cavabdeh4la bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən 4 il sonra bağlandığı səbəbindən, heç bir halda onun mənafelərini poza bilməzdi və bu müqavilə Cavabdeh4la həmin 78 №li mənzilə dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilmədən bağlandığı üçün etibarsızdır. Beləliklə, Cavabdeh4 sözügedən 78 №li mənzilə dair bağladığı xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrin guya onun xx.xx.2016-cı il tarixli məktubu əsasında MTK-nın xx.xx.2016-cı il tarixli məktubu ilə "xxxx" doğru olmayıb, belə görüntü yaratmaq üçün, Cavabdeh4 və onun havadarı MTK-nın nümayəndəsi X3 tərəfindən belə “ləğvetmə görüntüsü” yaratmaq niyyəti ilə saxtalaşdırılmış məktublara söykəndiyindən, əsassız və qanunsuz olmuş, əsl həqiqətdə isə, sözügedən 78 №li mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilə indiyədək heç bir halda ləğv edilməmişdir. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, əsl həqiqətdə Cavabdeh4la "xxxx" MMC arasında sözügedən 78 №li mənzilə dair bağlanmış xx.xx.2015ci il tarixli 15 №li müqavilə və bunun əsasında həmin 78 №li mənzilə dair Cavabdeh3 ilə yeni şərtlərlə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında həmin 78 №li mənzil Cavabdeh4 mülkiyyətində olduğu üçün "xxxx" MTK-nın bu mənzilə sərəncam vermək hüququ olmadığı bir halda, işdə olan xx.xx.2018-ci il tarixli müqavilə əsasında Cavabdeh1 qanunsuz olaraq satılmış, nəticədə qanunsuz yolla əldə olunmuş pul mənimlə qərəzli münasibətdə olan MTK-n sabiq hüquqşünası A.Orucov və havadarları arasında bölüşdürülmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli 78 №li mənzilə dair onunla da müqavilə bağlanmışdır. Həmin mənzilin pulunu iki dəfəyə ödəmişdir. Birinci ödənişi edəndə ona bildirmişdirlər ki, əgər qalan hissəni vaxtında ödəməsə mənzili başqa adama satıb, onun ödədiyi pulu özünə qaytaracaqlar. Onun mənzilin başqa şəxsə satılmağından xəbəri olmayıb. Həmin mənzilə xərc çəkmiş, qapı qoymuşdur. Müqaviləni onun əvəzindən onun xahişi ilə qızının əri imzalamışdır.Bunu mübahisələndirmir. Digər Cavabdeh4 iddia tələbinə etiraz edərək iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazda qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(012)-3167/2019 saylı qətnaməsi ilə onun Cavabdeh3 MTK və İddiaçı qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia tələbi qismən təmin edilib, Cavabdeh4 və "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 15 saylı müqavilə (xx.xx.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və Cavabdeh4 və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK arasında xx.xx.2016-cı il tarixli, 204 saylı müqavilələr etibarsız hesab edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, İddiaçı Cavabdeh4 və Cavabdeh3 MTKya qarşı qarşılıqlı iddia tələbi qismən təmin edilib, "xxxx" MMC və Cavabdeh4 arasında "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alğı-satqısına dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, (012)- 3167/2019 saylı qətnaməsi Cavabdeh4 verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1349/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilməsi, iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2222/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı və "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzil Cavabdeh4 təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququ tanınması, mənzilin Cavabdeh4 təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTKya həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4753/2021 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2222/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq iddiaçı əsassız iddialarından əl çəkmir, qanuni qüvvəsini almış qətnamədə qeyd edilənləri yenidən mübahisə obyektinə çevirirək yeni məhkəmə mübahisəsi açmışdır. İddia ərizəsində qeyd edilən cavabdehlərlə bağlı hər hansı məlumatım yoxdur. Həmin şəxslərlə bağlanmış müqavilələr kooperativ tərəfindən məhkəmələrə təqdim edilmişdir. Həmin şəxsləri tanımıram və hər hansı əlaqəm yoxdur. İddiaçı 60 saylı mənzilə dair onunla bağlanmış xx.xx.2010-cu il tarixli etibarsiz hesab edilmiş müqaviləni əsas gətirərək 78 saylı mənzilin ona verilməsini heç bir əsas olmadan tələb edir. Kooperativ tərəfindən verilən məlumata əsasən 78 saylı mənzilə dair digər Cavabdeh1 adlı şəxslə pay haqqı ödəməklə Cavabdeh3 MTK arasında müqavilə bağlanmışdır. Əsassız iddialarla başqasına məxsus olan mənzilin İddiaçı formal mülahizələrlə ona məxsus olmasını və ona verilməsini iddia etməsi absurddur. Çünki İddiaçıla cavabdeh "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli, 60 saylı mənzilə dair bağlanılmış müqavilə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. İddiaçıla cavabdeh "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli, 60 saylı mənzilə dair bağlanılmış müqavilə bağlandığı andan etibarsız hesab edilmişdir. Etibarsız hesab edilmiş müqavilənin əsasında 78 saylı mənzil üzərində hüquqların əldə edilməsi barədə iddiası tam əsassızdır. İddiaçı etibarsız hesab edilmiş müqavilə dəyərinin geri qaytarılmasını məhkəmə qaydasında tələb edə bilər və yaxud kooperativdən başqa mənzillə əvəzləşdirilməsini xahiş edə bilər. Bu isə məhkəmə predmeti deyildir. İddia ərizəsində İddiaçı həmişə olduğu kimi Cavabdeh3 MTKnin 2 il əvvəl etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş A.Orucov barəsində, həm də mənim pay haqqı ödəyərək əldə etdiyi müqavilə barədə hər cür şər böhtan xarakterlı uydurma fikirlər, ifadələr söyləməkdədir. Şirkətin əvvəlki nümayəndəsi olmuş A.Orucov məhkəmə arasdırmalarında kooperativi təmsil etmiş və kooperativin adından çıxış etmiş, kooperativin sədri tərəfindən imzalanaraq təsdiq edilmiş rəsmi arayışları məhkəməyə təqdim etmiş, 60 saylı mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin İddiaçı öncə mənimlə bağlandığını bildrimişdir. Məhkəmələrdə şirkəti 2 ildir ki, yeni nümayəndə təmsil etsə də əvvəlki nümayəndə Orucov A. ilə heç bir əlaqəsi olmadığı halda (məhkəmə proseslərində görmüş və tanımışdır) onu bu gündə havadarı hesab edir. Halbuki həmin şəxs ədalətli qərar çıxarılması üçün mövcud faktları məhkəməyə təqdim etmiş və onunla bağlanmış müqavilənin ilkin bağlanılmış müqavilə hesab edildiyini bildirmişdir. Sonda həqiqətən də məhkəmələrdə bu faktlar öz təsdiqini tapmışdır. İddiaçının qeyd etdiyi və təqdim etdiyi qəbzlər üzrə ödənişlər tikintinin aparılması üçün payçılardan əlavə pul tələbi ilə bağlı tərəfimdən digər payçılar kimi edilmiş ödənişlərdir. Həmin ödənişlər iddiaçının uydurduğu, mövcud olmayan xx.xx.2017-ci il tarixli müqavilə ilə heç bir əlaqəsi yoxdur. Kooperativdə yaradılmış qeyri-rəsmi “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın sədri olan hazırki İddiaçı tərəfindən əlavə pullar yığılaraq bankda öz hesabına açılmış hesaba köçürülmüşdür. Tərəfindən tikinti aparılmasına köməklik göstərilməsi məqsədilə könüllü olaraq digər payçılarla bərabər kooperativə əlavə pul ödənilimişdir. Hazırki iddia ərizəsinə İddiaçı xx.xx.2016-cı il tarixli, 204 saylı müqavilənin əvəzində şirkət tərəfindən “əsli ilə düzgündür” düzəlişlə 2017-ci il tarixli müqavilənin surətini təqdim etmişdir. Həmin müqavilənin 2016-nın yerinə 2017 yazılması İddiaçı özü tərəfindən düşünülmüşdür. Əvvəllər də məhkəmə qaydasında xx.xx.2017-ci il tarixli müqavilənin əslinin kooperativin yeni nümayəndəsinə məhkəməyə təqdim etmək üçün vaxt verilsə də həmin sənəd məhkəməyə əslinin olmadığından təqim edilməmişdir. Mübahisə edilən 78 saylı mənzillə hər hansı bağlılığı yoxdur və əvvəllər bağlanmış xx.xx.2015-ci il tarixli, 15 saylı və xx.xx.2016-cı il tarixli 204 saylı müqavilələr məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Məhkəmə qaydasında hazırki tələblə bağlı artıq 78 saylı mənzilə dair müqavilələrin ləğv edildiyi və etibarsız hesab edilməsi öz təsdiqini tapmışdır. İddiaçı 78 saylı mənzilə hər hansı subyektiv hüququ yoxdur. Qanunvericilik ləğv edilmiş və etibarsız sayılmış müqavilələr üzrə təkrar tələblərə baxmır. xx.xx.2017-ci il tarixli müqavilə mövcud olmamış, ona təqdim edilməmiş və belə bir müqavilə onunla 2017-ci ildə bağlanılmamışdır. Əksinə onunla bağlanmılmış xx.xx.2016-cı il tarixli, 204 saylı müqavilə kooperativ tərəfindən ləğv edilmiş və daha sonra məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki iş materiallarında olan xx.xx.2009-cu il tarixli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” Cavabdeh4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3 blok 10 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 60 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 500 manat təşkil edir və sahəsi 133.6 kv.m olan mənzil üçün cəmi 66800 (altmış altı min səkkiz yüz) manat ödənilməlidir. Mülki iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusudur. Bu binanın 3-cü giriş 10-cu mərtəbəsində, ümum sahəsi 133,6 kv.m olan 4 otaqlı 60 saylı mənzilin pay dəyəri 66800 (altmış altı min səkkiz yüz) manat Cavabdeh4 tərəfindən tam ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcu yoxdur. Mülki iş materiallarında olan xx.xx.2010-cu il tarixli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3 blok 10 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 60 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 285 manat təşkil edir və sahəsi 133,3 kv.m olan mənzil üçün cəmi 37990.05 (otuz yeddi min doxsan doqquz) manat ödənilməlidir. Mülki iş materiallarında olan xx.xx.2011-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” Cavabdeh2 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 3 blok 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,0 kv.m olan, izolə olunmuş 3 otaqdan ibarət 78 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 200 manat təşkil edir və sahəsi 120.8 kv.m olan mənzil üçün cəmi 24160 (iyirmi dörd min yüz altmış) manat ödənilməlidir. Mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” Cavabdeh5 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 13 mərtəbəli yaşayış evinin 3 blok 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 78 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 520 manat təşkil edir və sahəsi 133.3 kv.m olan mənzil üçün cəmi 69316 (altmış doqquz min üç yüz on altı) manat ödənilməlidir. Mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli 204 №-li müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh3 MTK ilə “Payçı” Cavabdeh4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 blok 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 78 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 500 manat təşkil edir və sahəsi 133.6 kv.m olan mənzil üçün cəmi 66800 (altmış altı min səkkiz yüz) manat ödənilməlidir. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” Cavabdeh1 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 blok 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 78 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 650 manat təşkil edir və sahəsi 133.3 kv.m olan mənzil üçün cəmi 86645 (səksən altı min altı yüz qırx beş) manat ödənilməlidir. Mülki iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh3 MTK ilə xx.xx.2017-ci il tarixli “X1 haqqında” müqavilənin 3.1., 4.1., 7.5., 7.6., 7.7-ci bəndələrinə uyğun olaraq "xxxx" MTK tərəfindən yeni şərtlərlə müqavilənin bağlanılması, dəyişdirilməsi, yeni qiymətlərlə satışı maliyyə arayışının verilməsi tikintinin maliyyələşdirilməsi və yaşayış sahəsinin payçıya təhvil-təslimi razılaşdırılmışdır. Bu binanın 3-cü giriş 13-cü mərtəbəsində, ümum sahəsi 133,3 kv.m olan 4 otaqlı 78 saylı mənzilin pay dəyəri 86645 (səksən altı min altı yüz qırx beş) manat Cavabdeh1 tərəfindən ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli 25 nömrəli Mənzil Tikintisi haqqında müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh3 MTK ilə “Payçı” Cavabdeh1 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 blok 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 78 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 650 manat təşkil edir və sahəsi 133.3 kv.m olan mənzil üçün cəmi 86645 (səksən altı min altı yüz qırx beş) manat ödənilməlidir. Mülki iş materiallarında olan Cavabdeh3 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh3 MTK-ya məxsusdur. Bu binanın 3-cü giriş 13-cü mərtəbəsində, ümum sahəsi 133,3 kv.m olan 4 otaqlı 78 saylı mənzilin pay dəyəri 86645 (səksən altı min altı yüz qırx beş) manat Cavabdeh1 tərəfindən ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. Cavabdeh3 MTK tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş 41 nömrəli arayışdan görünür ki, onun sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh4 ilə "xxxx" MMC arasında ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 133, 6 kv.m olan 4 otaqlı 60 № li mənzilə dair bağlanmış 21 may 2009-cu il tarixli müqavilə onun öz iradəsi ilə ləğv edilərək, əvəzində həmin yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133, 6 kv.m olan 4 otaqlıJ78 №li mənzilə dair 12 dekabr 2015-ci il tarixli 15 №li müqavilə bağlanmış, sonrakı dövrlərdə bu müqavilə də ləğv edilərək, əvəzində həmin 78 №li mənzilə görə əlavə pul öhdəliyinə dair 08 yanvar 2017-ci il tarixli 204 №li yeni müqavilə bağlanmışdır. Q.Qasımomov 08 yanvar 2017-ci il tarixli 204 №li müqavilə əsasında həmin 78 №li mənzilə görə 2018-ci ilin iyun ayınadək ümumilikdə 2000 (iki min) manat əlavə ödənişi etmiş, lakin öhdəliyini indiyədək tam yerinə yetirməmişdir. Qeyd etmək zəruridir ki, Cavabdeh4la ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133, 6 kv.m olan 4 otaqlı 78 №li mənzilə dair müqavilə 08 yanvar 2017-ci il tarixdə bağlanmış və həmin müqavilə indiyədək ləğv edilməmişdir. Lakin, tərtibat zamanı müqavilənin Cavabdeh4 qalan 2-ci nüsxənin kompyuterlə əvvəlcədən yazılmış rekvizitlərində “2016-cı il” mətn yazısına isə texniki səhv olaraq əlyazma ilə müvafiq düzəliş edilməmişdir. Həmçinin, Cavabdeh3 MTK 15 fevral 2016-cı il tarixdə hüquqi şəxslərin qeydiyyatından keçməklə təsis olunduğu səbəbindən, 08 yanvar 2016-cı il tarixdə heç bir halda müqavilə bağlaya bilməzdi. Odur ki, Cavabdeh4 həmin 78 №li mənzilə dair 08 yanvar 2017-ci il tarixdə müqavilə bağladığı bir halda, onun 18 aprel 2016cı il tarixdə MTK-ya həmin müqavilənin ləğv edilərək 60 №li mənzilə dair ləğv edilmiş müqaviləsinin bərpa edilməsinə dair müraciət etməsi və MTK-nın isə 16 may 2016-cı il tarixli məktubla ona müsbət cavab verrnəsi ilə həqiqətə uyğun deyildir. Mülki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2222/2021 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilməsi, İddiaçı və "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzil Cavabdeh4 təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin Cavabdeh4 təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilməsi, Hayan-E” MMC ilə Cavabdeh4 arasında ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzillin alqı-satqısına dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4753/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2222/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən və işin materiallarından müəyyən edilir ki, Cavabdeh4 ilə "xxxx" MMC arasında ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 133, 6 kv.m olan 4 otaqlı 60 № li mənzilə dair bağlanmış 21 may 2009-cu il tarixli və həmin mənzilə dair İddiaçı ilə xx.xx.2010-cu il tarixli ikinci bir müqavilə bağlanmışdır. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh4 ilə "xxxx" MMC arasında ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blokunun yaşayış hissəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 133, 6 kv.m olan 4 otaqlı 60 № li mənzilə dair bağlanmış 21 may 2009-cu il tarixli müqaviləyə dəyişiklik edilərək, 12 dekabr 2015-ci il tarixli 15 №li müqavilə və xx.xx.2016 cı il tarixli yeni müqavilə bağlanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2222/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilməsi, İddiaçı və "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzilin alqısatqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzil Cavabdeh4 təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin Cavabdeh4 təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilməsi, Hayan-E” MMC ilə Cavabdeh4 arasında ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzillin alqı-satqısına dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli 25 nömrəli Mənzil Tikintisi haqqında müqavilələrə əsasən Cavabdeh3 MTK ilə “Payçı” Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 blok 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 78 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Cavabdeh3 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh3 MTK-ya məxsusdur. Bu binanın 3-cü giriş 13-cü mərtəbəsində, ümum sahəsi 133,3 kv.m olan 4 otaqlı 78 saylı mənzilin pay dəyəri 86645 (səksən altı min altı yüz qırx beş) manat Cavabdeh1 tərəfindən ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh3 MTK ilə “Payçı” Cavabdeh1 arasında 78 saylı mənzilə dair müqavilə bağlanarkən iddiaçının hər hansı hüquqları pozulmamış, tərəflər öz iradələrinə uyğun müqavilə bağlanmış, tərəflər müqavilə öhdəliklərini icra etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında yerləşən binanın 3-cü blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 m olan 4 otaqli 78 №li mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli və Cavabdeh5 ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrin faktiki olaraq ləğv edilməsi səbəbindən Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında sözügedən 78 №li mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə isə Cavabdeh4la həmin mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilə mövcud olması səbəbindən etibarsız hesab edilməsi, Cavabdeh4 ilə "xxxx" MMC və hüquqi varisi Cavabdeh3 MTK arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında yerləşən binanın 3-cü blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 m olan 4 otaqli 78 №li mənzilə dair xx.xx.2015-ci il tarixli 15 №li və xx.xx.2017-ci il tarixli 204 №li müqavilələr əsasında bu mənzil ona onun mülkiyyətində olan 60 №li mənzilin əvəzində verildiyi üçün, onun hazırda həmin 78 №li mənzildən imtina etdiyi halda, əvəzləşdirmə əsasında ona verilmiş həmin 78 №li mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh4 və Cavabdeh3 MTK-nın üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar