Məhkəmə qərarları › İş №e-2(012)-1468/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1468/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1468/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı ödənilən Abşeron rayon Məhkəməsinin 2(012)-1018/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının hər uşaq üçün 300 manatdan 1000 manata cəmi 3000 manata artırılması və ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında olan və Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 13 sayla rəsmiləşdirilmiş nikah Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2782/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2016-cı il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X5 adlı övladlarımız dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1018/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 300 manat cəmi 900 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1018/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbulundan xeyli müddət keçib və bu müddət ərzində bütün dünyada gedən bahalaşma prosesi bütün istehlak mallarının qiymətinin artması ilə müşahidə edilir. Bu isə onu çox ağır maddi problemlərlə üz-üzə qoyur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin elektron sisteminə ərizə ünvanlayaraq, İddiaçı alimentin artırılması tələbi ilə bağlı olan iddia ərizəsi ilə tanış olmuş və iddiada göstərilən hallarla razılaşır və iddia tələbinin tam təmin edilməsi və hər bir uşaq üçün 1000 manat olmaqla cəmi 3000 manat sabit pul məbləğində alimentin ondan alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Yenidən məhkəmənin elektron sisteminə ərizə ünvanlayaraq, İşləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsində göstərilən hallarla razı olduğunu, tələbin tam təmin edilməsinə etiraz etmədiyini bildirmiş və məhkəmə prosesini onun iştirakı olmadan keçirərək iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2782/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 13 nömrə ilə qeydə alınmış nikah pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 boşanmadan sonra anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1018/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1018/2022 saylı qətnaməsi İlə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat olmaqla cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay hər bir uşaq üçün 1000 (min) manat, cəmi 3000 (üç min) manat sabit pul məbləğində aliment müəyyən edilməli və aliment ilə birlikdə iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərc Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 198 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Abşeron rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1018/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hər ay hər bir uşaq üçün 1000 (min) manat, cəmi 3000 (üç min) manat sabit pul məbləğində aliment və ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərc Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 198 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar