Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-148/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 (Cavabdeh) qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 (Cavabdeh) qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2060 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 10:27 radələrində Xocasən yolunda cavabdeh tərəfindən ona qarşı yol-nəqliyyat hadisəsi törədilmişdir. Belə ki, idarə etdiyi “Mazda” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı maşınla Xocasən yolunda hərəkətdə olarkən “SOCAR” YDM-nin yanında, yolun ortasında qırıq-qırıq xəttdən sola dönmə əməliyyatını etməyə hazırlaşmışdır. Arxadan gələn “Mersedes” markalı, AE 7453XC dövlət qeydiyyat nişanlı yük maşını yüksək sürətlə onun soluna keçərək, yəni qarşı yola keçərək və qoşa xəttin tələbini pozaraq onun avtomobilinin sol hissəsini vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, təcili yardımın çağırılmasına zərurət olmamışdır. Faktla bağlı Bakı şəhər, Qaradağ Rayon DYPŞ YNH tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 60 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdehin icbari sığortası olmamışdır. Ona isə ümumilikdə 2060 manat maddi ziyan dəymişdir. Maşının qabaq sol qanadı, qabaq buferi, sol güzgüsü, qabaq sol təkəri və sol qabaq peredoku, qabaq sol qapısı zədələnmişdir. Cavabdeh həmin zərəri ödəməkdən boyun qaçırdığı və icbari sığortası olmadığı üçün həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X7 (Cavabdeh) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AC 619314 saylı, xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İşdə olan ƏN-İİİ 700858 saylı, xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, “Mazda” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 həmin avtomobili sürücülük hüququ olduqda idarə etməyi xx.xx.2023-cü ilədək İddiaçı etibar etmişdir. İşdə olan Qaradağ rayon X12 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə X1 Xətalar Məcəlləsinin 469.3 və 327.2-ci maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu barədə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qəbul olunmuşdur. İşdə olan fiziki şəxs X8 (VÖEN-**********) tərəfindən tərtib edilmiş dəymiş ziyanın hesablanmasına dair xx.xx.2023-cü il tarixli baxış aktının surətindən görünür ki, “Mazda” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün ümumilikdə 2060 manat tələb olunur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/6942/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X8 (VÖEN-**********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Mazda” markalı, 90-CU- 788 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1760 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X7 xx.xx.2023-cü ildə idarə etdiyi “Mersedes” markalı, AE 7453XC dövlət qeydiyyat nişanlı yük maşını ilə Xocasən yolunda qarşı yola keçərək və qoşa xəttin tələbini pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının etibarnamə əsasında idarə etdiyi avtomobilə zərər dəymişdir. Qaradağ rayon X12 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.2-ci maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. Fiziki şəxs X8 (VÖEN-**********) tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 2060 manat müəyyən edilmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzini cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 1760 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən xx.xx.2023-cü il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6942/2023 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində 1760 manat pul, delikt törətmiş cavabdeh İ.S.Həmidovdan tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 1760 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsait cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 (Cavabdeh) İddiaçı xeyrinə 1760 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti X3 (Cavabdeh) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-148/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-148/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver