Məhkəmə qərarları › İş №e-2(012)-1518/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1518/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1518/2023 24.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsas borc üzrə 11.094 manat, faiz borcu üzrə 1.355,13 manat, cəmi 12.449,13 manat məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövət rüsumunun tutuaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 187,4 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması, əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 12.449,13 (on iki min dörd yüz qırx doqquz manat, on üç qəpik) manat məbləğində borcun və 128 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixində LB/22/003/000226 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz hesablanmaqla 11.094 (on bir min doxsan dörd) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə X3 arasında 04 oktyabr 2022-ci il tarixində G- LB/22/003/000226 saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən X2 mülkiyyətində olan ümumi çəkisi 187,4 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 04 oktyabr 2022-ci il tarixindən LB/22/003/000226 saylı kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, MAR/285 saylı, 06 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 11.094 (on bir min doxsan dörd) manat, faiz borcu üzrə 1.355,13 (min üç yüz əlli beş manat, on üç qəpik) manat, cəmi borcu 12.449,13 (on iki min dörd yüz qırx doqquz manat, on üç qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən cavabdeh X1 əsas borc üzrə 11.094 manat, faiz borcu üzrə 1.355,13 manat, cəmi 12.449,13 manat məbləğində borcun və ödənilmiş 128 manat məbləğində ödənilmiş dövət rüsumunun tutuaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 187,4 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması, əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 12.449,13 (on iki min dörd yüz qırx doqquz manat, on üç qəpik) manat məbləğində borcun və 128 (yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də İddiaçı Açıq Səhmdar Cəmiyyətindən iddia tələbində qeyd edilən məbləğdə kredit götürmüşdür. Lakin maddi imkansızlığı səbəbindən aylıq ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada ödəyə bilməmiş, nəticədə iddiaçı təşkilat ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, borc məbləğinin banka qaytarılmasından imtina etmir. Lakin borc məbləğinin banka qaytarılması üçün vaxta ehtiyacı vardır. Bu səbəbdən də məhkəmədən borcunun qaytarılması üçün ona vaxt verilməsini istəyir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını istəyir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, LB/22/003/000226 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 24% olmaq şərtilə 11.094 manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması G-LB/22/003/000226 saylı ipoteka (girov) müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, G-LB/22/003/000226 saylı girov müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, LB/22/003/000226 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə 187,3 qram çəkidə qızıl-zinət əşyalarını “Girov saxlayan”nın sahibliyinə vermişdir. 04 oktyabr 2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş qiymətlilərin dəyərlilərinin qiymətləndirmə və təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən kredit məbləğinin və ona hesablanmış faizlərin təminatı kimi bazar dəyəri 15.849,50 manat, likvid dəyəri 11.094,50 manat qiymətləndirilən, əyarı 583 olan, çəkisi 47,2 qram olan 1 ədəd qarnetur BR, çəkisi 62,5 qram olan 6 ədəd sep və 3 ədəd klon, çəkisi 29,2 qram olan 4 ədəd sep və 1 ədəd klon, çəkisi 19,6 qram olan 1 ədəd komplekt, 3 cüt sırğa və 1 ədəd üzük, çəkisi 18,2 qram olan 5 cüt sırğa və 1 ədəd üzük, çəkisi 8,3 qram olan 1 ədəd sep klon, 1 cüt sırğa və 1 ədəd klon, çəkisi 2,3 qram olan 1 ədəd üzük, ümumi çəkisi 187,3 qram olan qızıl-zinət əşyaları İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov olaraq təhvil verilmişdir. 01 dekabr 2022-ci il tarixli, Mar 258 nömrəli xəbərdarlığın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 oktyabr 2022-ci il tarixli, LB/22/003/000226 nömrəli kredit müqaviləsi üzrə olan bütün borc məbləğini 5 iş günü müddətində ödəməyi barədə Cavabdeh xəbərdar etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli, MAR 285 saylı arayışdan görünür ki, Cavabdeh həmin tarixə banka 04 oktyabr 2022-ci il tarixli, LB/22/003/000226 saylı kredit müqaviləsinə əsasən əsas borcu 11.094 manat, faiz borcu 1.355,13 manat olmaqla, cəmi 12.449,13 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 128 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuşəşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); 298-ci maddəsinə əsasəngirov qoyulmuşəşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixində LB/22/003/000226 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alana) 36 ay müddətinə, illik 24% ödəmək şərti ilə 11.094 manat məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh məxsus olan qızıl-zinət əşyaları (bazar dəyəri 15.849,50 manat, likvid dəyəri 11.094,50 manat qiymətləndirilən, əyarı 583 olan, çəkisi 47,2 qram olan 1 ədəd qarnetur BR, çəkisi 62,5 qram olan 6 ədəd sep və 3 ədəd klon, çəkisi 29,2 qram olan 4 ədəd sep və 1 ədəd klon, çəkisi 19,6 qram olan 1 ədəd komplekt, 3 cüt sırğa və 1 ədəd üzük, çəkisi 18,2 qram olan 5 cüt sırğa və 1 ədəd üzük, çəkisi 8,3 qram olan 1 ədəd sep klon, 1 cüt sırğa və 1 ədəd klon, çəkisi 2,3 qram olan 1 ədəd üzük, ümumi çəkisi 187,3 qram olan qızıl-zinət əşyaları) 04 oktyabr 2022-ci il tarixli, G- LB/22/003/000226 saylı girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka ödənilməmiş əsas borcu 11.094 manat, faiz borcu 1.355,13 manat olmaqla, cəmi 12.449,13 manat borcu yaranmışdır. İddiaçı tərəfindən 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizi ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən girov müqaviləsinin şərtlərinə müvafiq qaydada girov predmetinə yönəldilməli, girov predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 04 oktyabr 2022-ci il tarixli, LB/22/003/000226 saylı kredit müqaviləsi üzrə yaranmış 11.094 manat əsas borc, 1.355,13 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat, cəmi 12.577,13 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girova qoyulmuş əyarı 583 olan, çəkisi 47,2 qram olan 1 ədəd qarnetur BR, çəkisi 62,5 qram olan 6 ədəd sep və 3 ədəd klon, çəkisi 29,2 qram olan 4 ədəd sep və 1 ədəd klon, çəkisi 19,6 qram olan 1 ədəd komplekt, 3 cüt sırğa və 1 ədəd üzük, çəkisi 18,2 qram olan 5 cüt sırğa və 1 ədəd üzük, çəkisi 8,3 qram olan 1 ədəd sep klon, 1 cüt sırğa və 1 ədəd klon, çəkisi 2,3 qram olan 1 ədəd üzük, ümumi çəkisi 187,3 qram olan qızıl-zinət əşyalarına yönəlməklə, həmin qızılzinət əşyalar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 11.904 manat əsas borc, 1.355,13 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat, cəmi 12.577,13 manat məbləğində pul Cavabdeh ödənilməli, qalan məbləğ Cavabdeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 04 oktyabr 2022-ci il tarixli, LB/22/003/000226 saylı kredit müqaviləsi üzrə yaranmış 11.094 (on bir min doxsan dörd) manat əsas borc, 1.355,13 (min üç yüz əlli beş manat, on üç qəpik) manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (yüz iyirmi səkkiz) manat, cəmi 12.577,13 (on iki min beş yüz yetmiş yeddi manat, on üç qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girova qoyulmuş əyarı 583 olan, çəkisi 47,2 qram olan 1 ədəd qarnetur BR, çəkisi 62,5 qram olan 6 ədəd sep və 3 ədəd klon, çəkisi 29,2 qram olan 4 ədəd sep və 1 ədəd klon, çəkisi 19,6 qram olan 1 ədəd komplekt, 3 cüt sırğa və 1 ədəd üzük, çəkisi 18,2 qram olan 5 cüt sırğa və 1 ədəd üzük, çəkisi 8,3 qram olan 1 ədəd sep klon, 1 cüt sırğa və 1 ədəd klon, çəkisi 2,3 qram olan 1 ədəd üzük, ümumi çəkisi 187,3 qram olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyalar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 11.904 (on bir min doxsan dörd) manat əsas borc, 1.355,13 (min üç yüz əlli beş manat, on üç qəpik) manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (yüz iyirmi səkkiz) manat, cəmi 12.577,13 (on iki min beş yüz yetmiş yeddi manat, on üç qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan məbləğ Cavabdeh verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar