Məhkəmə qərarları › İş №e-2(012)-1521/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1521/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1521/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 mart 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28600 (iyirmi səkkiz min altı yüz) manat pulun və 175 (yüz yetmiş beş) manat dövlət rüsumunun, cəmi 28775 (iyirmi səkkiz min yeddi yüz yetmiş beş) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini bildirərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdırlar: Maddə 1. İddiaçı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə Abşeron rayonu ərazisində yerləşən həyatyanı sahədə yerləşən toyuq fermasında toyuq yetişdirib satışı ilə məşğul olmaları ilə bağlı razılığa gəlmiş, bu məqsədlə hissə-hissə olmaqla ona 60.000 (altmış min) manatdan artıq pul verdiyini, pulun bir hissəsi qaytarıldığı halda 28 600 (iyirmi səkkiz min altı yüz) manatı ona qaytarılmamış və məhkəmədən Cavabdeh 28 600 (iyirmi səkkiz min altı yüz) manat pulun və 175 (yüz yetmiş beş) manat dövlət rüsumunun, cəmi 28 775 (iyirmi səkkiz min yeddi yüz yetmiş beş) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddə 2. 2.1. Cavabdeh Saziş imzalandıqdan sonra 7 (yeddi) ay ərzində hər ayın 20-dən gec olmayaraq 2000 (iki min) manat pul və ya 2000 (iki min) manatın dəyərində cücə olmaqla ümumilikdə 14000 (on dörd min) manat pul və ya 14000(on dörd min) manat pulun dəyərində cücə verəcəkdir. 2.2. İddiaçı iddia tələbinin qalan hissəsindən, yəni 14 600 (on dörd min altı yüz) manat hissəsindən imtina edir. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.5. Bu müqavilədə nəzərdə tutulmuş vəsaitin ödənilməsi şərtləri Cavabdeh tərəfindən pozulduqda, o, hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 5%-i miqdarında pulu İddiaçı cərimə ödəməyə borcludur. Maddə 3.

3. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Maddə 4.

4. Cavabdeh barışıq sazişinin icrasından könüllü boyun qaçırdıqda, tərəflər bu barışıq sazişinin lazımi qaydada icrası üçün icra icraatına başlamaq hüququnu tanıyırlar. Maddə 5.

5. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən məhkəmədən barışıq sazişini təsdiq etməyi, icraata xitam verilməsini xahiş edir. Həmin Maddədə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə əlaqədar icraata xitam verilməsinin nəticələri bizə izah olunur və başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Məhkəmə işin materiallarını araşdırıb,tərəflərin izahatını dinləyib hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlandığından və bu barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmadığından barışıq sazişi sazişdə göstərildiyi qaydada məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh X1 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qeyriqanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda təsdiq edilsin: Maddə 1. İddiaçı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə Abşeron rayonu ərazisində yerləşən həyatyanı sahədə yerləşən toyuq fermasında toyuq yetişdirib satışı ilə məşğul olmaları ilə bağlı razılığa gəlmiş, bu məqsədlə hissə-hissə olmaqla ona 60.000 (altmış min) manatdan artıq pul verdiyini, pulun bir hissəsi qaytarıldığı halda 28 600 (iyirmi səkkiz min altı yüz) manatı ona qaytarılmamış və məhkəmədən Cavabdeh 28 600 (iyirmi səkkiz min altı yüz) manat pulun və 175 (yüz yetmiş beş) manat dövlət rüsumunun, cəmi 28 775 (iyirmi səkkiz min yeddi yüz yetmiş beş) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddə 2. 2.1. Cavabdeh Saziş imzalandıqdan sonra 7 (yeddi) ay ərzində hər ayın 20-dən gec olmayaraq 2000 (iki min) manat pul və ya 2000 (iki min) manatın dəyərində cücə olmaqla ümumilikdə 14000 (on dörd min) manat pul və ya 14000(on dörd min) manat pulun dəyərində cücə verəcəkdir. 2.2. İddiaçı iddia tələbinin qalan hissəsindən, yəni 14 600 (on dörd min altı yüz) manat hissəsindən imtina edir. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.5. Bu müqavilədə nəzərdə tutulmuş vəsaitin ödənilməsi şərtləri Cavabdeh tərəfindən pozulduqda, o, hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 5%-i miqdarında pulu İddiaçı cərimə ödəməyə borcludur. Maddə 3.

3. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Maddə 4.

4. Cavabdeh barışıq sazişinin icrasından könüllü boyun qaçırdıqda, tərəflər bu barışıq sazişinin lazımi qaydada icrası üçün icra icraatına başlamaq hüququnu tanıyırlar. Maddə 5.

5. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən məhkəmədən barışıq sazişini təsdiq etməyi, icraata xitam verilməsini xahiş edir. Həmin Maddədə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə əlaqədar icraata xitam verilməsinin nəticələri bizə izah olunur və başa düşülür.” Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar