Məhkəmə qərarları › İş №e-2(012)-153/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-153/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-153/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 68735.81 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 22121.62 manat faiz, 10560.92 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 4849.69 manat olmaqla, cəmi 106268.04 manat, xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 21243.51 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 6803.15 manat faiz, 3152.42 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra banka vurulmuş zərərə görə (illik 5% olmaqla) 1498.85 manat olmaqla, cəmi 32697.93 manat borcun, 428.62 manat dövlət rüsumu və digər xərclərə görə 135 manatın tutulması, cavabdeh Zamin məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsinə əsasən, ona illik 8 faiz dərəcəsi ilə 100000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixdə tranşla 76000 manat kredit və xx.xx.2013-cü il tarixdə isə tranşla 24000 manat kredit xx.xx.2020-ci il tarixə qədər verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, Cavabdeh bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında yerinə yetirməyi öz öhdəsinə götürmüş, kreditin təminatı olaraq, cavabdeh Zamin məxsus Bakı şəhəri, Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən, ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2013-cü il tarixli, 100- 10042-1/İPM saylı ipoteka müqaviləsinə əsasən, bank qarşısında ipoteka hüquqları ilə yüklü etmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, Cavabdeh kreditdən istifadə müddəti 84 ay müəyyən edilmiş, kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən isə borcalana kredit məbləği kreditin verilmə tarixindən sonra bu müqavilənin ayrılmaz hissəsi olan tərəflər arasında yazılı tərtib edilmiş ödəniş cədvəli üzrə həyata keçirilir. xx.xx.2013-cü il tarixdə 1-ci tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə cavabdehin banka xx.xx.2022-ci il tarixə 68735.81 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 22121.62 manat faiz, 10560.92 manat cərimə, illik 5% dərəcəsinə görə 4849.69 manat olmaqla, cəmi 106268.04 manat, xx.xx.2013-cü il tarixdə 2-ci tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə isə 21243.51 manat əsas, 6803.15 manat faiz, 3152.42 manat cərimə, illik 5% dərəcəsinə görə 1498.85 manat olmaqla, cəmi 32697.93 manat borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Zamin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 95 saylı reyestr kitabının 8861 saylı vərəqində ********** qeydiyyat nömrəsi və **********15-05101-083017 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana evin tikintisi məqsədi ilə 84 ay müddətinə qaytarmaq şərtilə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 100000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tranşla 84 ay müddətinə 24000 manat kredit verilmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 377.44 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tranşla 73 ay müddətinə 69014.16 manat kredit verilmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 1380.674 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan İddiaçı ASC ilə Cavabdeh, ipoteka qoyan Zamin arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100-10042-1/İPM saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsi olan zirzəmini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Zamin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 95 saylı reyestr kitabının 8861 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 84 ay müddətinə İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -»AFB Bank» ASC-nin ünvan 3 ünvanladığı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 120 manat xidmət haqqı və 15 manat dövlət rüsumu ödənilmişdir. -ünvan 4 ünvanladığı xx.xx.2022-ci il tarixli **********35 saylı məktubdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -»AFB Bank» ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsi üzrə 1-ci tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 68735.81 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 22121.62 manat faiz, 10560.92 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra banka vurulmuş zərərə görə (illik 5% olmaqla) 4849.69 manat olmaqla, cəmi 106268.04 manat borcu vardır. -»AFB Bank» ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsi üzrə 2-ci tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 21243.51 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 6803.15 manat faiz, 3152.42 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra banka vurulmuş zərərə görə (illik 5% olmaqla) 1498.85 manat olmaqla, cəmi 32697.93 manat borcu vardır. -»AFB Bank» ASC-nin Cavabdeh və Zamin ünvanladığı xx.xx.2022-ci il tarixli 3899 saylı xəbərdarlıqdan görünür ki, bank kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Hüquqi şəxslərin dövlət Qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ASC - adlı quruma VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydə alınmış və xx.xx.2021-ci il tarixli, **********496500 nömrə ilə çıxarış verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh Abşeron rayonu, Görədil kəndində, Zamin isə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 1 saylı evdə qeydiyyatdadır. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 428.62 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -»X3 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-107/2022 saylı rəyindən görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Zamin mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti: 51400 manat; likvid qiyməti: 41100 manat təşkil edir. Rəydən daha sonra görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 400 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmış və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün hazırki iş üzrə cavabdehlər öhdəlik daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 84 ay müddətinə qaytarmaq şərtilə 100000 manat kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən isə xx.xx.2013-cü il tarixdə 1-ci tranşla 76000 manatlıq, 2-ci tranşla isə 24000 manatlıq kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2013-cü il tarixli 100-10042-1/İPM saylı ipoteka müqaviləsinə əsasən, Zamin mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 68735.81 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 22121.62 manat faiz, xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə isə xx.xx.2022-ci il tarixə 21243.51 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 6803.15 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə ödəmələrin vaxtında icra edilməməsi hazırki iş üzrə cavabdehlərə xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə 10560.92 manat, xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə isə 3152.42 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsi”nə dair 09 iyul 2009-cu il tarixli Qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə hesablanmış 10560.92 manat cərimənin və xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə hesablanmış 3152.42 manat cərimənin azaldılaraq hər birinin 500 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsi üzrə ödəmələrin vaxtında icra edilməməsi xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 4849.69 manat, xx.xx.2013-cü il tarixdə tranşla 24000 manat məbləğli kredit üzrə isə xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 1498.85 manat əldən çıxmış faydanın (cərimə) hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı”nda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 4849.69 manat, xx.xx.2013-cü il tarixdə tranşla 24000 manat məbləğli kredit üzrə xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 1498.85 manat əldən çıxmış fayda qanuni və əsaslı olduğundan həmin məbləğləri cavabdehlərdən tələb edə bilər. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq) 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Zamin məxsus Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti göstərilmədiyindən məhkəmə daşınmaz əmlakın qiymətləndirilməsinə dair «X3 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-107/2022 saylı rəyini digər sübutlarla birgə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, paralel şəkildə qiymətləndirib əsas sübut kimi nəzərə alıb qiymətləndirir və daşınmaz əmlakın likvid qiymətinin 41100 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında Qanun”un 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra boşaldılaraq alıcıya təhvil verilməlidir. Beləliklə, məhkəmə qanunvericliyin tələblərini və mülki iş materiallarına əlavə olunmuş sənədləri paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100- 10042/F saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 68735.81 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 22121.62 manat faiz, 500 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 4849.69 manat olmaqla, cəmi 96207.12 manat, xx.xx.2013cü il tarixdə tranşla 24000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 21243.51 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 6803.15 manat faiz, 500 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra banka vurulmuş zərərə görə (illik 5% olmaqla) 1498.85 manat olmaqla, cəmi 30045.51 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdeh Zamin məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməli, qeyri-yaşayış sahəsi likvid dəyəri 41100 manat olmaqla açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməli və qeyri-yaşayış sahəsi məcburi boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 428.96 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub iddiaçıya verilməli, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 400 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı tərəfindən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100-10042/F saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 76000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 68735.81 (altmış səkkiz min yeddi yüz otuz beş manat səksən bir qəpik) manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 22121.62 (iyirmi iki min yüz iyirmi bir manat altmış iki qəpik) manat faiz, 500 (beş yüz) manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 4849.69 (dörd min səkkiz yüz qırx doqquz manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 96207.12 (doxsan altı min iki yüz yeddi manat on iki qəpik) manat, xx.xx.2013-cü il tarixdə tranşla verilmiş 24000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə 21243.51 (iyirmi bir min iki yüz qırx üç manat əlli bir qəpik) manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 6803.15 (altı min səkkiz yüz üç manat on beş qəpik) manat faiz, 500 (beş yüz) manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vurulmuş zərərə görə (illik 5% olmaqla) 1498.85 (min dörd yüz doxsan səkkiz manat səksən beş qəpik) manat olmaqla, cəmi 30045.51 (otuz min qırx beş manat əlli bir qəpik) manat borc, ödənilmiş dövlət rüsumuna görə 428.96 (dörd yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat və məhkəmə xərclərinə görə 135 (yüz otuz beş) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Zamin məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilsin, qeyri-yaşayış sahəsi likvid satış qiyməti 41100 (qırx bir min yüz) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 126252.63 (yüz iyirmi altı min iki yüz əlli iki manat altmış üç qəpik) manat borc, məhkəmə xərclərinə görə 563.96 (beş yüz altmış üç manat doxsan altı qəpik) manat İddiaçı ASC-nin hesabına keçirilsin. Cavabdeh Zamin məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 145 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o, satıldıqdan sonra qeyri-yaşayış sahəsi boşaldaraq iddiaçıya təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar