Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1539/2022 29.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya akt əsasında vurulmuş 3311,90 manat zərərin, təbii qazdan istifadəyə görə hesablanmış 432,45 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 60,94 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 65 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/0291 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********02690 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına qaz xəttinə qoşulmuş, təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 460.60 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 96 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2021 il tarixli ******* saylı akt əsasında 230.40 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 21.60 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 109.80 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133.20 manat,xx.xx.2019 il tarixli0215695 saylı akt əsasında 133.20 manat,xx.xx.2019 il tarixli0216990 saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020 il tarixli akt əsasında 226.30 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 3311.90 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin təbii qazdan istifadə nəticəsində 2020-ci ilin mart ayından 2021-ci ili noyabr ayı da daxil olmaqla təbii qazdan istifadə borcu 732.45 manat debitor borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 4044.35 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya akt əsasında vurulmuş 3311,90 manat zərərin, təbii qazdan istifadəyə görə hesablanmış 732,45 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 60,94 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 65 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında iddia ərizəsində göstərilənləri qeyd edib iddia tələbinin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, 14/0291 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2021 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində (abonent kodu: **********02690) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktları imzalamamışdır. İş materiallarında olan “istehlakçı” Cavabdeh adına olan **********02690 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 4053,45 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktlarla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi qismən məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 24 və ya 18 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay və yaz fəslində 4-6 saat, qış və payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, Cavabdeh Birliyə xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 44,8 manat (1,6 x 10 x 28 = 448 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 46,8 manat (2,6 x 6 x 30 = 468 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 24 manat (1,6 x 6 x 25 = 240 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 21,6 manat (1,2 x 6 x 30 = 216 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 60 manat (2 x 10 x 30 = 600 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 114,8 manat (4,1 x 10 x 28 = 1148 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 98,4 manat (4,1 x 8 x 30 = 984 kub.metr), xx.xx.2019 il tarixli ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020 il tarixli ******* saylı akt üzrə 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020 il tarixli ******* saylı akt üzrə 114,8 manat (4,1 x 10 x 28 = 1148 kub.metr), xx.xx.2020 il tarixli ******* saylı akt üzrə 56,58 manat (4,1 x 6 x 23 = 565,8 kub.metr) ziyan vurması məlum olur. Beləliklə, işdən sayğacdankənar qoşulma nəticəsində abonentin bütün aktlar üzrə cəmi 1436,78 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********02690) Abşeron rayonu, Hökməli qəsəbəsində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı İB tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, göstərilən aktlar əsasında hesablanmış cəmi 1436,78 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2020-2021-ci illər üçün 732,45 (255,90+470,75+11,90+3,90-10) manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu kimi 60,94 manat və vəkil xərci kimi 65 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********02690) ziyana görə 1436,78 manat, debitor borcu kimi 732,45 manat olmaqla, cəmi 2169,23 manat, vəkil xərci kimi 65 manat və dövlət rüsumu kimi 60,94 manat pul tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1539/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1539/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver